Zərf (nitq hissəsi)
== Zərfin quruluşca növləri ==
Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
=== Sadə zərflər ===
Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir şəkilçi qəbul etmirlər.: tez, gec, axşam, yuxarı, sakit ,aşağı, gündüz, yavaş,rahat,asta və.s
==== Düzəltmə zərflər ====
Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:
-ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca, ingiliscə xırdaca, astaca və s.
-casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə, qorxaqcasına və s.
-yana², -anə: dostyana, dahiyanə, şairanə zarafatyana və s.
-da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə, yayda və s.
-dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s.
-la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s.
-akı²: yanakı, çəpəki və s.
-ən: daxilən, qəsdən, ruhən, qəlbən, qəflətən və s.