ŞÖHLƏ

tonqaldan qalxan alov, parıltı, işıltı, şəfəq.
ŞİRVANGÜL
ŞÖLƏ
OBASTAN VİKİ
Şöhlət Əfşar
Şöhlət Əfşar (d.1949 - ö.2022) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1967-ci ildə Ağcabədi rayonun Avşar kəndində yerləşən Nizami adına orta məktəbin XI sinfini bitirmişdir. 1968–ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil omuşdur. 1971—1973 – cü illərdə Belarusiya SSR, Mogilyov vilayəti, Bobruysk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur.1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsititunun aqronomluq fakültəsini müvəffəqiyyətlə bitirib alim-aqronom ixtisası almışdır. 1998-ci ildə göndərişlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ikinci təhsil, qiyabi şöbə) İnzibati İdarəetmə fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1973—2006-cı illərdə Ağcabədi rayonunda dövlət orqanlarında və təsərrüfat sahəsində bir sıra rəhbər vəzifələrdə işləmişdir. III dərəcəli Dövlət qulluqçusudur. 2022-ci il 6 fevral tarixində vəfat edib. == Yaradıcılığı == May 2006-cı il tarixdən noyabr 2011-ci il tarixə kimi “Vəfa” jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, “Zamanın nəbzi” İctimai-siyasi qəzetinin Baş redaktoru, fevral 2011-ci il tarixdən həmin qəzetin Təsisçisi və Baş redaktoru, noyabr 2014-cü il tarixdən hal-hazıra kimi “Uvertüra” ictimai-siyasi və ədəbi qəzetinin Təsisçisi və Baş redaktoru kimi fəaliyyət göstərir.
армре́слинг во́льта выме́ниваться желе́зисто лби́на насади́тельница незави́дность преко́с при́зрачный прикола́чивать разла́живаться рубцо́вый эпиго́нство вжа́ться дотяну́ть иконопи́сец очаго́вость пиха́ть триеди́ный холодок inobservable paronomasia в-третьих гружёный копить