ŞÜURSUZ
ŞÜY
OBASTAN VİKİ
Şüursuzluq
Şüursuzluq — subyektin şüurunun əhatə dairəsinə daxil olmayan, yəni bununla münasibətdə şüurun nəzarəti olmayan psixi proseslərin və hadisələrin məcmusu. Şüursuzluq həm də zehni təmsillərə xas xüsusiyyətdir. Karl Qustav Yunqa görə, hər hansı bir fenomen bu və ya digər dərəcədə şüursuzlaşa bilər. "Şüursuz" termini fəlsəfə, psixologiya, psixoanaliz, psixiatriya, psixofiziolgiya, hüquq elmləri, incəsənət tarixi və digər elmlərdə istifadə olunur. Psixologiyada adətən şüursuz şüurun əleyhinədir, lakin psixoanaliz çərçivəsində şüursuz (İd) və şüur müxtəlif səviyyəli anlayışlar hesab olunur. Виктор Франкл. Подсознательный бог. Психотерапия и религия. М.: Альпина нон-фикшн. 2022 [Viktor E. Frankl.
Kollektiv şüursuzluq
Kollektiv şüursuzluq - Karl Qustav Yunq tərəfindən elmi dövriyyəyə buraxılmış, Ziqmund Freydin fərdi şüursuzluğuna qarşı qoyulmuş təlim. Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında rolunu inkar etmədən, psixoloji baxımdan daha güclü olan kollektiv şüursuzluğa önəm verir. Freydin fərdi şüursuzluğu erkən uşaqlıqda meydana gəlirdisə, Yunqun kollektiv şüursuzluğu anadangəlmə psixoloji strukturdur. Kollektiv şüursuzluq bir nəsildən digərinə şüursuz şəkildə ötürülən insan təcrübəsini özündə cəmləşdirir. Yunq bu prosesdə heç bir bioloji faktorun rol oynamadığını göstərməklə freydin şüursuzluq konsepsiyasına birmənalı qarşı çıxmışdır. Ən ideal təzahürləri miflərdir. Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və fərdi şüursuzluğu ört-basdır edir.Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insane təkamülünün ruhi səltənəti durur.Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir.

Digər lüğətlərdə