ŞIQ
ŞIQQAŞIQ
OBASTAN VİKİ
Şıqqıldaq böcəklər
Şıqqıldaq böcəklər (lat. Elateridae) Azərbaycanda şıqqılad böcəklər fəsiləsinin bir çox cinsləri və növləri yaşayır. Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyildir. Ancaq onların torpaqda yaşayan məftil qurdları adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Böcəklərin bədəni uzunsov və bir qədərdə yastıdır. Onların qabaq kürəciyinin dal künclərindən axıra doğru yönəlmiş ucları şiş bir cüt çıxıntı vardır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı orta döşdə isə çökəkcik vardır. Onlar arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çüxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.
Şıqqıldayan barmaq
Şıqqıldayan barmaq (ing. trigger finger) – bükülmüş halda olan zədələnmiş barmaq səy nəticəsində şıqqıltılı səslə açılır.

Digər lüğətlərdə