ƏLÜSTÜ (müxtəlif mənalarda) Söz yox ki, əlüstü başa düşdü ki, qoca kişi elə qazının özüdür (C.Məmmədquluzadə); ATÜSTÜ Atüstü olsa da qısa bir söhbət; Dönür unudulmaz bir xatirəyə (S.Vurğun); CƏLD ...ağa bu sözləri eşitcək cəld bu qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını göstərdi (C.Məmmədquluzadə); DƏSTİ Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən dəsti getdi eşşəyi çıxardıb gətirsin (C.Məmmədquluzadə); İTİ [Səməd;] ..küçənin ortası ilə iti ötür (Çəmənzəminli); TEZ Xudayar bəy: Muradbala, dur bu saat get Məşədi Əhməd dayına deyinən dədəm deyir bir tez Qasıməlini göndərsin bura, vacib iş var (C.Məmmədquluzadə); YEYİN Qulam: Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm (C.Cabbarlı); TƏLƏSİK (bax).