ƏSƏBİ [Məsərrət:] Çox pis.. son dərəcə əsəbi və hiddətli bir adamdı (A.Şaiq); ƏSƏBANİ Şeyx Yəhya: Ağacan, nə üçün əsəbani olursan, bu nə işdir? (S.Hüseyn); HİDDƏTLİ Hiddətli halda içəri girən usta fəhlələrə dedi... (M.Hüseyn); HİRSLİ Məşədi Qəzənfər: Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? (Ü.Hacıbəyov); SİNİRLİ Dilbər: Belə sinirli bir halda danışa bilmərəm (C.Cabbarlı).