ƏXLAQSIZ
ƏXLAQSIZLIQ
OBASTAN VİKİ
Əxlaqsızlıq
Əxlaqsızlıq — (en. indecency ~ ru. непристойность ~ tr. ahlaksızlık)– adi insanları təhqir edən, ancaq açıq-saçıqlığın (OBSCENITY) hüquqi meyarlarına uyğun gəlməyən material. ABŞ-də əxlaqsız material söz azadlığı ilə bağlı Birinci düzəliş [First Amendment] tərəfindən qorunur və çapda, kabel televiziyasında və İnternetdə leqal hesab olunur (ancaq kütləvi kanallardan istifadə edən radio və televiziyada qadağandır). Əxlaqsızlıq fəlsəfədə əxlaqın əksini (yəni əxlaqsızlığı) deyil, əksinə, müxtəlif tarixi dövrlərdə və müxtəlif cəmiyyətlərdə insanların davranışlarını istiqamətləndirən qaydalar və normalar kompleksinə qarşı arzuolunan və ya şüursuz şəkildə əsaslandırılmış laqeydliyi ifadə edən bir termindir. Buna görə də əxlaqsızlıq yaxşı və şərin ümumbəşəri prinsipləri altına salına bilməyən, hər hansı bir əxlaq normasının olmaması və ya onun qiymətləndirmə meyarı kimi qəbul edilməsinin mümkünsüzlüyü qeyd edilən bütün hərəkətlərdə formalaşır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. "A resource for educating the public and reporting violations of internet obscenity laws" Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine 2005, Senate Commerce, Science & Transportation Cmte. Hearing on Decency in the Media archive at CSpan.

Digər lüğətlərdə