əziyyətsiz
əziz-xələf
OBASTAN VİKİ
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.
Kənan Əziz
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Əziz
Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı. Əziz Əliyev Əziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Oxşar Əl-Əziz (ər.
Tariq Əziz
Tariq Əziz (ərəb. طارق عزيز‎; 28 aprel 1936[…], Telkafe, Neynəvə mühafəzəsi – 5 iyun 2015[…], Nəsiriyyə) — İraqın informasiya (1974–1977) və xarici işlər naziri (1983–1991). == Həyatı == 28 aprel 1936-cı ildə İraqda doğulub. 5 iyun 2015-ci ildə İraqda vəfat edib.
Vahid Əziz
Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu; 23 noyabr 1945, Herher, Paşalı rayonu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). == Həyatı == Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964). Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
İlham Əziz
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Əziz Alpoud
Əziz Alpoud, Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov — 1918–1920-ci illərdə Əziz Alpoud Azərbaycanın dəmir yolları üzrə baş hakimi olub. == Həyatı == Əsl adı Mirəbdüləziz, soyadı isə Seyiddir. 1895-ci ildə bir ziyalı ailəsində dünyaya gəlib. 93 illik ömrünün 30 ili Azərbaycanda keçib. Qalan hər nə varsa "Həyatımın hekayətləri"ndədir – sevgisi də, mübarizəsi də, taleyi də, qəribliyi də… Kiçik bir arayışla 93 ili əhatə etmək təbii ki, mümkün deyil. Təsəvvür edin, onun taleyində bütün XX yüzilin əks-sədası var. O, bu dünyanın simasını dəyişən savaşların, inqilabların, sürgünlərin, ölüm-itimlərin, ayrılıqların, mühacirətin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısıdır. O, kimlərlə görüşməyib – Ömər Faiq Nemanzadədən tutmuş Atatürkə qədər. O, kimlərlə ünsiyyətdə olmayıb – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Ənvər Paşa, İhsan Paşa, Xosrov bəy Sultanov, general Murad bəy Tlexas və başqaları.
Əziz Boran
Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti. == Həyatı == 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. == Təhsili və elmi adları == 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir == Əmək fəaliyyəti == 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir. == Tədqiqat sahəsi == Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
Əziz Dövlətabadi
Əziz Dövlətabadi (1922, Təbriz - 30 aprel 2009, Təbriz) — Cənubi Azərbaycan dilçisi, filoloqu. == Həyatı == Əziz Dövlətabadi 1922-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Milli kitabxananın rəisi vəzifəsində çalışmışdı. Əziz Dövlətabadi 30 aprel 2009-cu ildə vəfat edib. == Elmi fəaliyyəti == XX əsr İran Azərbaycanın alimi Əziz Dövlətabadi «Süxənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində 352, II cildində 499 fars dilində yazan Azər¬baycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-yan 228-dək farsca yazan azərbaycanlı» şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir.
Əziz Kərimov
Əziz Kərimov ( azərb. Əziz Elxan oğlu Kərimov‎ ) azərbaycanlı fotoqrafdır. O, Free Media Awards 2020 The Fritt Ord (təşkilat) mükafatına layiq görülüb. == Həyat və İş təcrübəsi == 1987-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bitirib. 2013-cü ildə çəkdiyi fotolar Associated Press agentliyində dərc olunub çalışıb, sonradan karyerasına müstəqil fotoqraf kimi başlayıb. 2019-cu ildə, dünya nəhəndi olan Getty Images agentliyinə qoşulur. 2013 Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən fotoşəkillərdən ibarət sərgi hazırlanır. 2014-cü ildə YARAT-ın təşkil etdiyi ."BEYNƏLXALQ YAY FOTO MƏKTƏBİ"ində MAGNUM PHOTOS peşəkar təlimçilərinin təlimində iştirak edir. " 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman fotojurnalistikası. 2019 Azərbaycan Dillər Universitetinin müəllimi – Fotojurnalistika fənnini tədris edib.
Əziz Mirəhmədov
Əziz Mirəhmədov (tam adı: Mirəhmədov Əziz Mirfeyzulla oğlu; 11 fevral 1920–2002) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980). == Həyatı == Əziz Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. İlk təhsilini Bakıda M. A. Əliyev və M. F. Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943–1948-ci illərdə ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B. Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza — 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi.
Əziz Məmmədov
Əziz Məmmədov — kino və dekor rəssamı, animator. == Həyatı == Əziz Məmmədov 1955-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1969-1973), İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1985-1990). 1976-cı ildən dekor rəssamı, daha sonra quruluşçu rəssam işləyir. == Filmoqrafiya == Arxada qalmış gələcək (film, 2004) Arxası qibləyə (film, 2009) Bağ mövsümü (film, 1985) Buta (film, 2011) Dərvişin qeydləri (film, 2013) Düyün (film, 2008) Etiraf (film, 1992) Əlvida, cənub şəhəri (film, 2006) Əlvida, Şmidt! (film, 2019) Fəryad (film, 1993) Girov (film, 2005) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!...
Əziz Nesin
Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[…] və ya 21 dekabr 1915, Heybəliada, İstanbul ili və ya Konstantinopol – 6 iyul 1995[…], Alaçatı, İzmir ili) — türk yazıçısı, publisist və dramaturq. == Həyatı == Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olmuşdur. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də bitirir. Oxuduğu hərb məktəbində düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir.
Əziz Nəzərov
Nəzərov Əziz Nəzər oğlu (1898, Hacı Elyaz, İrəvan qəzası – 29 noyabr 1942, Bakı) — partiya və dövlət xadimi. == Həyatı == 1917-ci ildə Fevral inqilabı ərəfəsində İrəvanda Fəhlə Əsgər Deputatları Sovetinə (çörəkçilər ittifaqından) seçilmişdir. 1917-ci ildə Oktyabr inqilabından əvvəl Rostov-Don şəhərinə getmiş, mühəndis Saprunovun yanında sürücü kurslarında təlim almışdır. 1918-ci ildə Gəncə şəhərində yerləşən Gəncə stansiyasında işə düzəlmiş və burada Hümmət Partiyasına daxil olmuşdur. 1919-cu ildə ailəsini İrəvandan Gəncəyə gətirir. Azərbaycanın sovetləşməsi dövründə Gəncə stansiyası inqilab komitəsinin sədrinin müavini seçilir, may üsyanından sonra isə Gəncə stansiyası inqilab komitəsinin, Gəncə inqilab komitəsinin sədri seçilir. Sonra ikinci rayonun milis rəisi, 1924-cü ilə gədər Gəncə stansiyası Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisi təyin olunur. 1920-ci ilin may ayında Əziz Nəzərov yoldaşları ilə birlikdə müsavatçıların əlindən zirehli qatarı (bronepoezd və vaqonları) alıb Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə (Nəriman Nərimanova) verir. 1924-cü ildə Bakı şəhər Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisinin köməkçisi vəzifəsinə təyin olunur 1926–1930-cu illərdə — Bakı şəhər soveti inzibati şöbəsinin rəisi (sonralar həmin şöbə şəhər milisi adlandırılırdır Bakı milisinin ən gənc rəhbərlərindən biri olmuşdur. 1929-cu ilin sentyabr ayında quldur Aslanovun yaxalanması əməliyyatı zamanı ağır yaralanır.
Əziz Qubaydullin
Qubaydullin Qazis (Əziz) Salih oğlu (15 (27) iyun 1887 – 13 oktyabr 1937, Bakı) – professor, yazıçı, tarixçi, repressiya qurbanı. == Həyatı == 1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş Əziz Salih oğlu Qubaydullin adı qaynaqlarda Əziz, Aziz, Qaziz, Oaziz, soyadı Qubaydullin, Ubaydullin, ata adı isə Saleh, Salih və ya Salihoviç kimi yazılıb. Bu fərqlilik eyni ad və soyadın Rus, Tatar və Azərbaycan türkcəsində yazılışından doğur. Valideynləri Əzizi kiçik yaşlarında mollaxana adlandırdığımız məhəllə məktəbinə göndərib. Orada "Qurani Kərimi" oxumağı, islam dininin əsaslarını öyrəndikdən sonra, yəni səkkiz yaşında Xalidiyyə mədrəsəsinə gedib. Onun oxuduğu mədrəsədə dərs deyən müəllimlər Yaxın Şərqin məşhur elm ocaqlarında oxuduqlarından tələbələrinə formal sxolastik məntiq və fəlsəfəni də dərindən öyrətməyə çalışıblar. Tatarıstan Rusiya işğalı altına düşdükdən sonra buradakı ziyalıların çoxu Rus mədəniyyəti, ədəbiyyatı ilə eləcə də Rusiya vasitəsilə Avropanın inkişaf etmiş xalqlarının ərəbiyyatı, elmi və mədəniyyəti ilə yaxından tanış ola bilmişdilər. Buna görə də Xalidiyyə mədrəsəsinin tədris proqramı Yaxın Şərqin mədrəsələrinin ənənəvi tədris proqramından xeyli fərqlənirdi. Belə ki, burada tələbələr Qərb mədəniyyəti, orada gedən ideoloji mübarizələr tarixi ilə də tanış ola bilirdilər. Əziz də mədrəsədə oxumaqla yanaşı, hökumətin açdığı Rus-tatar məktəbinə də gedib.
Əziz Sancar
Əziz Sancar (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil oldu. == Həyatı == 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Sancarın ifadəsinə görə, Əziz Sancarın ana dili ərəbcədir və ailədə ərəbcə danışılırdı. Əziz Sancar,ərəb dilində valideynləri ilə danışıldığını, ancaq bacı-qardaşları arasında türk dilində danışdığını söyləyir.
Əziz Seyidov
Əziz Cəfər oğlu Seyidov — Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir. == Həyatı == Əziz Cəfər oğlu Seyidov 6 oktyabr 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi bitirib. 1983-cü ildən prokurorluq orqanlarına qəbul edilməklə Baki şəhər Nizami rayon prokurorluğuna, Bakı şəhər prokuroluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Respublika Hərbi Prokurluğun İstintaq idarəsinin rəisi, Baş Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi, ixtisaslaşdırılmış hərbi prokuror vəzifəsində işləyib. 2001-ci ilin aprel ayından Baş Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ilin aprel ayından 2017-ci ilin aprel ayının 25nə qədər Baki şəhər prokuroru olmuşdur. 2017-ci il aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci il iyulun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşdur. Ailəlidir, dörd övladı var.
Əziz Ələkbərli
Əziz Yusif oğlu Ələkbərov (5 oktyabr 1960, Qaralar, Vedi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri. Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984–1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur.
Əziz Əsgərov
Əsgərov Əziz Həmzə oğlu — (6 may 1907, Dərbənd — 6 iyul 1993, Bakı) — sovet və Azərbaycan hidrogeoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Azərbaycan Dövlət Universitetində Geologiya-coğrafiya fakültəsinin (1943) ilk dekanı, Hidrogeologiya kafedrasının müdiri (1951), Hidrogeologiya üzrə Elmi Şuranın sədri (1952) olmuşdur. O Azərbaycan hidrogeologiya tarixində ilk dəfə Kurort İdarəetmə və Kurortologiya İnstitutunun (Bakı), eləcə də "Azgeokaptajminvod" Respublika ekspedisiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. "Badamlı" mineral mənbəyini şəxsi axtarışı nəticəsində kəşf etmiş (1944), daha sonra bu kəşfin öyrənilməsi üçün xüsusi ekspedisiya təşkil etmişdir (1945 və 1946-cı illər). Daha sonra 1947-ci ildə çoxlu elmi sübutları toplayaraq Moskvadan icazə alıb, Azərbaycanda birinci mineral su zavodu yaradılmasına nail olmuşdur. Azərbaycan və Dağıstan ərazisində mineral su zavodlarının, kurortlarının yaradılmasının təşəbbüskarıdır. == Bioqrafiyası == Dərbənd şəhərində ziyalı Azərbaycan ailəsində anadan olmuşdur. Atası - Həmzə Əsgərov müəllim və şair olmuş, amma zamanınn çətin və ağır vaxtlarında isə ailəni dolandırmaq üçün sənətkar kimi papaqçılıq peşəsi ilə məşğul olmuşdur. Anası - Rübabə Əsgərova ailənin yeddi oğul və bir qız övladına layiqli tərbiyə verən ziyalı xanım olmuşdur. Dərbənddə 7 illik məktəbi bitirərək, 1924-cü ildən Bakı Pedaqoji Texnikumunda təhsil almış, daha sonra "Dağıstan füqərası" adlı nüfuzlu Respublika qəzetinin şöbə müdiri, sonra isə məsul katibi vəzifələrində çalışmışdır.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Əziz Əsədov
Əziz İsmayıl oğlu Əsədov (v. 1991) — Alim, hərbi hüquqşunas, hərbi prokuror köməkçisi, hüquq elmləri doktoru, professor, 1952-1968 və 1972-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri olmuşdur. == Həyatı və elmi fəaliyyəti == Əziz Əsədov 1916-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1932-ci ildə orta məktəbi bitirdikdən sonra Qazax rayon prokurorluğunda katib vəzifəsində çalışmışdır. 1934-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1938-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1938-1944-cü illərdə Sovet ordusu sıralarında xidmət etmiş, ona "hərbi hüquqşunas" adı verilmişdir. Müharibə illərində hərbi müstəntiq işləmiş, hərbi prokurorun köməkçisi olmuşdur. Hərbi xidmətdən sonra Respublikanın partiya və Sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1949-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hüquq üzrə professor elmi adı verilmişdir.
Əziz Əzizli
Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. == Həyatı == Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur. Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.
Əziz Əzizov
Əziz Əzizov (icra başçısı) (09.12.1963) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı. Əziz Əzizov (əsgər) (01.03.2000) — əsgər, Vətən müharibəsi şəhidi.
Əziz Əşrəfov
Bakı komissarı Məşədi Əzizbəyov (film, 1975)
Bakı komissarı Məşədi Əzizbəyov qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Məzmun == Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın Rejissor: Ruslan Şahmalıyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Aqşin Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bəxtiyar Əzizli
Elbrus Əzizov
Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. == Həyatı == Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur.
Eldar Əzizov
Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019—2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985-1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014-2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elgün Əzizov
Elgün Elman oğlu Əzizov (8 yanvar 1990, Qurdtəpə, Şamaxı rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1996-2007-ci illərdə Q.Baxşıyev adına Bakı şəhər 179 saylı tam orta məktəbdə, 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elgün Əzizov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmətə başlayıb. İkinci Qarabağ müharibəsinə qədər “baş leytenant” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Əzizov
Elvin Əfrail oğlu Əzizov (25 mart 1986; Masallı rayonu, Azərbaycan SSR — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əzizov 1986-cı il martın 25-də Masallı rayonunun Qarğalıq kəndidə anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əzizov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Əzizov
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). == Həyatı == Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Elçin Əzizov (baş leytenant)
Elçin Əvəz oğlu Əzizov (30 mart 1985, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 13 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elçin Əzizov (müğənni)
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). == Həyatı == Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Emin Əzizov
Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu. 2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı. Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.
Fərid Əzizov
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanı təmsil edən taekvondoçu. == Karyerası == Fəridə Əzizova 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Bir il sonra, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Fəridə Əzizova 2009-cu ildə İsveçin Trelleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu, Xorvatiyanın Zaqreb şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2011-ci ildə Fəridə Əzizova Rusiyada Russian Open və Xorvatiyada Croatia Open beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Fəridə Əzizova həm də həmin il Azərbaycanda Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Fəridə Əzizova Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Fəridə Əzizova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −67 Kq.
Giritli Əli Əziz Əfəndi
Giritli Əli Əziz (1749 - 29 Oktyabr 1798, Berlin ), Türk diplomat, səfir, yazıçı və şair . 1749-cu ildə Giritdə (Krit) anadan olub. Atası Giritin xəzinədarı və tarixçi Mehmed Əfəndidir. Təhsilini Giritdə etdi. Zəngin atasından miras qalan sərvəti xərclədikdən və istehlak etdikdən sonra İstanbula getdi. Hassa muşketyorlarına qoşuldu. Validə Kətxuda olan həmyerlisi Yusuf Ağaya bağlanmış və köməyi ilə Xiosa vergiyığan təyin edilmişdir. Bir müddət sonra Belqrada göndərildi. İki il orada qaldı və bəzi dövlət mülklərinin satışına uğurla nəzarət etdi. Vəzifə borcundakı bu müvəffəqiyyət sayəsində mir-i miran rütbəsi ilə 1797-ci ildə Berlin səfiri təyin edildi və Prussiya dövlətinin hüzurunda Osmanlı İmperiyasının ilk daimi və məskunlaşmış səfiri oldu.
Habil Əzizov
Habil Əzizov (tam adı: Habil Komunar oğlu Əzizov; 19 yanvar 1968, Kalininkənd, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Kalinin kəndində (indiki Vurğun qəsəbəsi) anadan olub. Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuyandan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtmışdır. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsinin fəhlə briqadasında fəhlə işləyirdi. == Qanlı Yanvar faciəsi == Hadisə vaxtı III kursda qiyabi oxuyan Habil qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Faciə baş verən gün Habilin ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər.
Laz Əziz Əhməd Paşa
Laz Əziz Əhməd Paşa (türk. Laz Aziz Ahmet Paşa; laz ლაზი აზიზ აჰმედ-ფაშა, Lazi Aziz Ahmed-Paşa; v. mart 1819, Ərzurum) — Osmanlı sədrəzəmi. == Həyatı == Laz Əziz Əhməd Paşa dövlətə xidmətinə yeniçərilərdən başlamış, Qapıçıbaşı rütbəsinə yüksəlmişdir. O, daha sonra Breila şəhərinin valisi olmuşdur. Əziz Əhməd Paşa rus-türk müharibəsinin başlanması ilə qoşunları uyğunlaşdırmaq üçün Ədirnə şəhərinə köçmüşdür. Əziz Əhməd Paşa Hacı Mustafa Ağanın ordusunun ilkin qələbələrindən sonra sədrəzəm olmudur. Osmanlı imperiyasının məğlubiyyəti və 28 may 1812-ci il tarixində Buxarest sülh müqaviləsinin imzalanmasından sonra Xurşid Əhməd Paşa onu məharətsiz olmaqla ittiham edir. Əziz Əhməd Paşa çox keçməmiş vəzifəsindən azad edilir. Laz Əziz Əhməd Paşa 1814-cü ildə Bursa, daha sonra isə Hələb və Ərzurum şəhərlərinə vali təyin edilir.
Mail Əzizov
Mail Mahir oğlu Əzizov (28 avqust 2000; Şağlaküçə, Lənkəran rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mail Əzizov 28 avqust 2000-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Mahir Əzizovun ailəsində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mail Əzizov 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Lənkəran rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Malik Abdul Əziz
Mayk Tayson (30 iyun 1966[…], Bruklin, Nyu-York) — Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in "Bütün Çəkilər Üzrə Tarixin Ən Yaxşı Boksçuları" sıralamasında 42-ci yerdə göstərilib, "Bütün Zamanların Ən Yaxşı Ağırçəkili Boksçuları" negro sıralamasında isə 11-ci sırada qərarlaşıb. Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi. Mayk Tayson boks tarixində "George Foreman" və "Earnie Shavers"dan sonra ən ağır zərbə gücünə sahib boksçu olub. "Dəmir Mayk"ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub. İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoydu. == Həyatı == Maykl Cerard Tayson ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib.
Mamurətül-əziz vilayəti
Mamurətül-əziz vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Elazığ şəhəri idi.
Marqarita Əzizova
Marqarita Əzizova (d. 25 aprel 1993) — Azərbaycanı təmsil edən voleybolçu. Marqarita Əzizova, Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan Avropa Oyunlarına qatılıb və 4-cü yeri tutub.
Mehman Əzizov
Mehman Əzizov (1 yanvar 1976, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Mehman Əzizov 1996-cı ilin noyabrında Monte-Karlo şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 1998-cı ilin mayında isə Mehman Əzizov Oviedo şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2000-ci ildə Mehman Əzizov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Mehman Əzizov olimpiadanın təsnifat mərhələsində Argentina cüdoçusu Qaston Qarsiya ilə üz-üzə gəldi. Nəticədə Mehman Əzizov həmin görüşdə rəqibinə ipponla məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu. 1998-2001-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Mehman Əzizov 2001-ci ildə Çində baş tutan Universiada Oyunlarını gümüş medalla başa vurdu. Mehman Əzizov 2004-cü ilin mayında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Mehman Əzizov həmin ilin avqustunda Azərbaycanı Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin 1/16 final mərhələsində Mehman Əzizovun rəqibi Niderland nümayəndəsi Qillaum Elmont oldu.
Mənim əzizim (film, 2006)
Mənim əzizim (hind: जान-ए मन, Rom: Jaan-E-Man) hind dilində çəkilmiş və 20 oktyabr 2006-cı ildə ekranlara çıxarılmış hind komediyasıdır. Rejissor Şiriş Kunderanın debüt işi hesab edilir. Film həm Hindistanda, həm də xaricdə tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. == Süjet xətti == Kollec ulduzu, tələbə rok qrupunun üzvü Suhan Kapur gözəl Pianın sevgisini asanlıqla əldə edir. Onu ümidsizcəsinə sevən əlaçı tələbə Aqastya belə bir rəqibə qarşı heç bir şansının olmadığını başa düşür və geriyə çəkilir. Piya kolleci bitirdikdən sonra varlı valideynlərinin istəyinin əksinə olaraq kino sahəsində karyera qurmaq niyyətində olan kasıb Suhanla evlənir. Piya onu dəstəkləyir və nəhayət ona bir prodüser şirkəti ilə sərfəli müqavilə imzalamaq təklif olunur, Amma bunun üçün Suhan Piyadan ayrılmalıdır ki, bunu da asanlıqla edir. Piya xəyanətə dözür və Suhana hamilə olduğunu belə demir. Dostlarından birinin sayəsində Nyu Yorka köçür, gül dükanı açır və qızı Sühanini tək böyüdür. Suhanın karyerası müvəffəqiyyətsizlik ilə nəticələnir, belə ki, onun debüt filmi müvəffəqiyyətsizlik ilə nəticələnir və prodüserlər onunla işləməkdən imtina edirlər.

Digər lüğətlərdə