1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək.
Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi.
[Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı.
2. Təmin etmək.
[Gənc:] Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir.
Əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsrini ödəyəcəkdir.
// Bəs etmək, yetmək, çatmaq, kifayət etmək. Maaşı məxaricini ödəyir.
– [Bəhlul:] Mənim təqaüdüm ev kirayəsini ödəyirdi…
3. Öhdəsinə götürmüş olduğu bir şeyi yerinə yetirmək. Planı artıqlamasilə ödəmək.