1. Tikiləcək paltarın və s.-nin ölçüsünü götürmək və bu ölçüyə əsasən parçasını kəsmək.
2. məc. Götür-qoy etmək, hərtərəfli fikirləşmək. Ölçüb-biçib nəticə çıxarmaq.
– [Gözəl] düşünməli, ölçüb-biçməli, cavab verməli idi.
Hidayət, kişinin bu vəziyyətində ona verəcəyi cavabı ölçüb-biçmədi.