ÇÜRÜTMƏK

f.
1. Çürüməsinə səbəb və ya vasitə olmaq, çürüməsi üçün şərait yaratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək.
– Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları. S.Vurğun.
[Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.

2. məc. Əzab və əziyyət içərisində məhv etmək.
Südabəyə elə gəlirdi ki, Kərimxanın cəlladları, Firidunu məhbəsdə çürüdən ( f.sif. ) qatillər qarşısında oturmuşdur. M.İbrahimov.
…Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər. Ə.Sadıq.

ÇÜRÜTMƏ
ÇÜY

Digər lüğətlərdə

забеле́ться ито́житься картели́ровать коррекцио́нный оподзо́ливание просопе́ть силуэти́стка толстячо́к удочери́ть бабу́ся быстрина́ вви́нчиваться ка́нтри кержа́нка очка́рик пе́шка угрызе́ние уда́рить в спину ф comport droop nose each other issuant tell over приёмщик