ÖD DÜŞMƏX’

(Şərur)
incimək, arası dəymək. – Bı mənnən niyə öd duşup bilmirəm
ÖCƏŞMƏK
ÖDDƏHLİX’
OBASTAN VİKİ
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Öd turşuları
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
Öd turşusu
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
Öd daşı xəstəliyi
Öd daşı xəstəliyi (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir. Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).
Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Öd kisəsinin ləğvi
Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy — chole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir. == Göstərişlər == Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər: Öd kisəsinin iltihabı (lat. cholecystitis) Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir. == Cərrahi müdaxilə == === Tarixi === İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882-ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985-ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.
Öd kisəsi diskineziyası
Öd kisəsi diskineziyası — Öd kisəsi diskineziyası kisədə funksional dəyişikliklərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı kriteriyalarla təyin olunur. Klassik öd sancısı və ya öd ağrısı (yeməkdən sonra küt ağrı, yağlı yeməklərdən sonra narahatlıq və ya səhərə yaxın ağrılar) ilə büruzə verir. USM-də öd kisəsi və öd yollarında daş və ya üzvi dəyişiklik tapılmır, laborator göstəricilər (qaraciyər, xolestaz, pankreatik enzimlər) normaldır. Öd kisəsinin yığılma funksiyasında azalma (artım fraksiyası <35%) və ya öd tərkibində dəyişmə (kristallar, fosfolipid, öd turşusunun duzları) və ya kisə divarında xronik xolesistit əlamətləri tapılır. Ədəbiyyatda bu xəstəlik müxtəlif adlarla adlanır: öd kisəsi diskineziyası, xronik daşsız xolesistit, daşsız öd sancısı və.s. Adların müxtəlifliyi xəstəliyin təbiətinin dəqiqləşmədiyini göstərir və bəzi müəlliflər klinik təzahürə (öd sancısı), bəziləri funksional dəyişikliyə (diskineziya), bəziləri isə morfoloji dəyişikliyə (xroniki iltihab) istinad edirlər.
Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. == Risk faktorları == Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.