ÜMİDVAR

sif.
1. Ümidli, ümid edən.
□ Ümidvar etmək – bax ümidləndirmək.
Ümidvar olmaq1) ümid etmək, arxayın olmaq.
[Molla Xəlil] belə bir mübarizədən qalib çıxacağına ümidvar olsaydı, müəllimlə rəftarı tamamilə başqa tərzdə olardı. S.Hüseyn.
[Nəbi:] Ölsəm də, oluram buna ümidvar; Analar minlərcə Nəbilər doğar. S.Rüstəm;

2) etibar etmək, qızmaq, inanmaq, xatircəm olmaq.
[Qədir] ailəsini yalnız Nəsirə ümidvar olub gedə bilərdi. S.Hüseyn.

2. Ümidvaram şəklində – xatircəməm, inanıram.
Məcnun dedi: – Mən fədayi-yarəm; Vəslinə onun ümidvarəm. Füzuli.
[Elçin:] …Ümidvaram ki, Sevinc çox gözəl usta olacaqdır. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜMİDVAR arxayın — xatircəm — əmin

Etimologiya

  • ÜMİDVAR Mürəkkəb sözdür, var hissəsi “есть” mənasını bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÜMİDSİZLİK
ÜMİDVERƏN

Digər lüğətlərdə

выма́ливаться изма́занный ин... кувыркну́ть многоме́стный постреля́ть пробегаться пробира́ть расщепля́ться скры́тно ви́нный спирт дуби́льный спле́тник спозна́ться сумато́шно точе́ние billow enzymic Flag Day marplot smithsonite ей поточный соединяться тунг