ÜZƏNGİ

is. Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri.
Rüstəm kişi boz atın üzəngisinə ayaq qoyanda Maya dönüb ferma işçilərilə görüşdü. M.İbrahimov.
Ağaxan bəy üzəngidə dikələrək: – …Bunlar hamısı sizə qurbandır, – deyib, ətrafı paşaya göstərməyə başlayırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZƏNGİ ÜZƏNGİ, RİKAB Abbas əhd eləmişdi ki, Gülgəz Pəriyə çatıb onu kəcavəyə mindirəndə onun üzəngisini özü basıb ata mindirsin

Omonimlər

  • ÜZƏNGİ ÜZƏNGİ I is. Yəhərdə ayaq qoyulan yer. Yəhərə çəkilən bu cüt üzəngi; Baxın, oxşamayır biri-birinə (Ə

Etimologiya

  • ÜZƏNGİ Üzük və üzəngi sözləri üzmək feilindən əmələ gəlib: biri qızı ata evindən, 2-ci isə ayağı yerdən üzür
ÜZƏN
ÜZƏR

Digər lüğətlərdə