üzəngi
üzərlik
OBASTAN VİKİ
Vulkan üzərində ev
Filmin əsasını olmuş əhvalatlar təşkil edir, 1907–1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr təşkil edir. Bütün bu əhvalatlar ekranda qocaman qazma ustasının xatirələrində canlandırılır. Film aktyor Ələsgər Ələkbərovun kinoda ilk işidir. Quruluşçu operator: Aleksandr Qalperin Quruluşçu rəssam: Aleksandr S. Qonçarski İkinci operator: E. Nikulesku Fotoqraf-rəssam: E. Nikulesku Qrim rəssamı : Georgi Parisaşvili Rejissor assistenti: Qriqori Braginski, Mustafa Mərdanov Rejissor köməkçisi: A. Məmmədov, V. Troşkin Ələsgər Ələkbərov — Həsən Salman Dadaşov — Abbas (Həsənin oğlu) Dmitri Kipiani — Georgi Aleksandr Şiray — rus fəhləsi Pavel Yesikovski — rus fəhləsi S. A. Makuxina — Sona Mikayıl Mikayılov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970. "Kino" qəzeti. 9 iyul 1984-cü il.
Ülgüc üzərində qaçan
Ülgücün üzəri ilə qaçan (ing. Blade Runner) — elmi fantastika janrında çəkilmiş 1982-ci il istehsalı film. Ridley Scottun 4-cü filmidir. Film Filip Dikin "Do Androids Dream of Electric Sheep?" adlı hekayəsi əsasında çəkilmişdir.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16–18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Rona üzərində ulduzlu gecə
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir. Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır. Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi. Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi. Görünüş Ronenin şərq tərəfindəki çay sahilindəki bir küçədən, çayın qərb sahilindəki bir küncdən gəlir: şimaldan enən Rone Arlın tikildiyi qayaları bağlamaq üçün sağa dönür. Sent-Culyen və Sent-Trofim qüllələri solda, sağda isə şəhərətrafı bir məhəllədə Arl və Trinquetailleni bağlayan dəmir körpüdür. Bu, Lamartinin cənub-qərbinə doğru bir nöqtənin olduğunu izah edir. Gecə boya çəkmənin çətinliyi van Qoq-u maraqlandırdı.
Reyxstaq üzərində Zəfər bayrağı
Reyxstaq üzərində Zəfər bayrağı — tarixi əhəmiyyətli İkinci dünya müharibəsində çəkilən foto. Şəkil Yevgeni Haldey tərəfindən 2 may 1945-ci ildə Berlin döyüşü zamanı çəkilib. Şəkil Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin simvoluna çevrilib. Sovet bayrağı Meliton Kantariya və Mixail Yeqorov tərəfindən Berlindəki Reyxstaq binasında ucaldılıb. Minlərlə tirajla nəşr olunan bu fotoşəkil İkinci Dünya Müharibəsinin ən diqqət çəkən fotoşəkilləri arasında idi. Şəkildəki əsgərlərin və şəkli çəkən əsgərin kimliyi illər sonra məlum olub. Berlin döyüşü İkinci Dünya Müharibəsinin Avropa Cəbhəsində sonuncu böyük hərbi əməliyyat idi. 1945-ci il aprelin 16-da Almaniya cəbhəsinə doğru irəliləyən Sovet Qırmızı Ordusu sutkada 30–40 km sürətlə Almaniyanın içərilərinə doğru irəliləyirdi. Berlin uğrunda döyüş 1945-ci il aprelin 20-dən mayın 2-dək davam etdi və müharibənin ən qanlı döyüşlərindən biri oldu. Reyxstaq binası 1894-cü ildə tikilib və dövrün ən möhtəşəm memarlıq əsərlərindən biri hesab olunur.
Ülgüc üzərində qaçan 2049
Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison Ford və Ana de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi. 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır. “Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub.
"Yaponiya üzərində qələbəyə görə" medalı
"Yaponiya üzərində qələbəyə görə — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Medal layihəsinin müəllifi rəssam Lukina M. L.-dir. == Təltif olunanlar == 1,8 milyon müharibə iştirakçısı bu medalla təltif edilmişdir.
Polad Dirəklər Üzərində Şəhər (1975)
Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Təkərlər üzərində qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Tərtər çayı üzərində qədim körpü
Tərtər çayı üzərində qədim körpü — Azərbaycanın Bərdə şəhəri ərazisində yerləşən VI–VII əsrlərə aid körpü. Tərtər çayının sağ sahilində yerləşən körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olmuşdur. Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatmışdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub. Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb. İndikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olmuşdur. Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib.
Yay Yəəssüratları Üzərində Qış Xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
Buludların üzərində ölüm
Buludların üzərində ölüm romanı Aqata Kristinin 1935-ci ildə qələmə almış olduğu detektiv əsərdir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası. == Personajlar == Erkül Puaro, həvəskar detektiv Ceyms Cepp, Skotland Yardın şef inspektoru, Erkül Puaronun dostu. Monsiyer Furne, Paris polisi Henri Mitçell, böyük bələdçi Albert Devis, bələdçi Mari Morisot, sələmçi zəngin qadın Anne Koridor, onun qızı Dr. Brayant, burun-boğaz-qulaq həkimi Ceyn Qrey, bərbər köməkçisi Norman Qeyl, diş həkimi Qrafinya Siseli Xorbari, Graf Xorbarinin arvadı Graf Stefan Xorbari, Qrafinya Siseli Xorbarinin əri Venesiya Kerr, bir ingilis lordunun qızı, Graf Xorbarinin qonşusu və məşuqəsi.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Çip üzərində sistem
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.
Atom (çip üzərində sistem)
2012-ci ildə İntel şirkəti Atom prosessorlarını yeni çip üzərində sistem (SoC) formatında təqdim etdi. Yeni platforma kommunikator və planşet kompüterlər üçün nəzərdə tutulub. Həm də, 13 sentyabr 2011-ci ildə Google şirkəti Android ƏS üçün Intel x86 arxitekturalı prosessorları üçün tərəfdaşlıq təklifi etmişdir. 2015-ci ildə İntel şirkəti Atom ailəsi prosessorlarını üçün səviyyə bölgüsü tətbiq etməyə başlayır. Hal-hazırda onlar Core ailəsi prosessorlarını kimi 3 yerə bölünür. İndi Atom ailəsi prosessorları x3, x5, x7 markalanırlar: Atom x3 - baza səviyyəli, Atom x5 —orta səviyyəli, Atom x7 - ən məhsuldar prosessorlar sayılırlar. == Modellərin siyahısı == == Oxşar platformalar == Snapdragon от Qualcomm Tegra - Nvidia Exynos - Samsung Ax - Apple Atom - Intel OMAP - Texas Instruments MediaTek == İstinadlar == == Xarici keçidlər == Quad-Core Intel Atom CPUs Coming in 2013 // Tom's Hardware, 10.01.2012 Bay Trail.
Bulud üzərində rabitə xidmətləri
Bulud üzərində rabitə xidmətləri, telekommunikasiya tətbiqetmələri, kommutasiya və saxlama yerlərindən istifadə edərək təşkilat xaricində üçüncü tərəf şirkət tərəfindən internet üzərindən təqdim olunan, internet əsaslı səs və məlumat rabitə xidmətləridir. Bulud xidmətləri, əsasən İnternet infrastrukturu vasitəsilə idarə olunan və məlumat əldə edilən məlumat mərkəzlərinə aid xidmətlərə istinad edərək geniş bir termindir. Son vaxtlara qədər bu xidmətlər məlumat mərkəzlidir, lakin VoIP (İnternet protokolu üzərindən səs) inkişafı ilə səs bulud fenomeninin bir hissəsi oldu. Bulud telefoniyası (həmçinin ev sahibliyi telefonu olaraq da tanınır) xüsusi olaraq səs xidmətləri və daha doğrusu özəl filial mübadiləsi (PBX) kimi şərti iş telefon avadanlıqlarının üçüncü tərəf VoIP xidməti ilə əvəz edilməsinə aiddir. Buludlu rabitə təminatçıları, müştərilərinə "bulud" a daxil olmaq imkanı verən səsvermə və məlumat rabitə tətbiqetmələri və xidmətləri, provayderlərin sahib olduqları və qoruduqları serverlərdə yerləşdirir. Yalnız istifadə etdikləri xidmətlərə və ya tətbiqlərə görə ödədikləri üçün müştərilər daha şərti PBX sisteminin yerləşdirilməsi ilə əlaqəli baş ağrısı olmadan daha qənaətli, etibarlı və etibarlı bir rabitə mühitinə sahibdirlər. Şirkətlər xüsusiyyətlərini itirmədən bulud rabitə xidmətləri ilə xərcləri azalda bilər. Google və başqalarının bulud əsaslı provayderlər kimi müvəffəqiyyəti bir bulud əsaslı platformanın bir proqram əsaslı platforma qədər təsirli ola biləcəyini göstərdi, lakin daha aşağı qiymətə. Buluddan gələn səsli xidmətlər, ev sahibliyi edilən telefonunuzun dəyərini artırır, belə ki istifadəçilər, eyni zamanda VoIP üçün obyektlərə əsaslanan xidmət təminatçısına güvənmək əvəzinə bulud əsaslı bir təklifə müraciət edə bilərlər. Bu, seçimlərini yerli və ya regional daşıyıcılardan kənarda genişləndirir.
Buxta Üzərində Günəş (1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Bərəkətli torpaqlar üzərində (roman)
Bərəkətli torpaqlar üzərində — Orxan Kamalın 1954-cü ildə yazdığı roman. == Məzmun == Romanda pul qazanmaq ümidi ilə kəndi tərk edərək şəhərə köç edən üç dostun, yəni Yusif, kösə Həsən və pəhlivan Əlinin yaşadıqlarından bəhs edilir. Orxan Kamal roman haqqında, "Bu kitab öz bilgim və ədəb-ərkanım xaricində, pis iş şəraitində, bir tikə çörək üçün zəhər kimi ömür sürən insanların topladığı materiallarla yaradılmışdır. Müxtəlif kaptanları, ustaları, ustad köməkçilərini yığıb səhərə qədər oxudum, qulaq asdılar. "Bağışlayın" dedilər, "bu qədərdir. Bütün dedikləriniz doğrudur. Hətta yarımçıqdır. Çukurovanın bərəkətli torpaqlarında sizi insan edən şeylər olur. Roman 1979-cu ildə Erden Kıral (türk.) tərəfindən filmə uyğunlaşdırılmışdır.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Vulkan Üzərində Ev (1929)
Şəhər üzərində mahnı (film, 1965)
Film-konsertin əsasını Bakı haqqında mahnılar təşkil edir.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli qərarı ilə təsis edilmişdir. Medalın müəllifləri rəssamlar E. M. Romanov və İ. K. Andrianovdur. == Təsisi == SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. == Əsasnaməsi == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilsin: II Dünya Müharibəsi cəbhələrində Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunlarının sıralarında bilavasitə iştirak edən və ya hərbi rayonlardakı işləri ilə qələbəni təmin edən bütün hərbi personal və mülki heyət; Böyük Vətən Müharibəsi dövründə Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunları sıralarında xidmət etmiş, lakin yaralanma, xəstəlik və xəsarətlər səbəbindən ordunu tərk edən, habelə birbaşa dövlət və partiya təşkilatlarının qərarı ilə verilmiş bütün hərbi personal və ordu xaricində çalışan mülki işçilər; SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 07.07.1945-ci il tarixli qərarı ilə medal haqqında Əsasnaməyə edilən əlavəyə əsasən, "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı həm də Xalq Daxili İşlər Komissarlığı orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komissarlığının şəxsi heyətinə verilmişdir. == Taxılma qaydası == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı sinənin sol tərəfində, SSRİ-nin digər medallarından "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalından sonra taxılır. == Təltif olunanlar == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ən populyar medal hesab olunur. 1 yanvar 1995-ci ilə qədər təqribən 14.933.000 şəxs "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. Mükafatlandırılanlar arasında, Alman ordusu və müttəfiqlərinə qarşı döyüşlərdə iştirak edən Bolqarıstan silahlı qüvvələrinin 120 min hərbçisi də var.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medalı

25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası, (Niderlandca: Allegorie op de overwinning van de Hollandse op de Spaanse vloot bij Gibraltar) — Niderland rəssamı Adam Villarts tərəfindən 1615-ci ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 38.4 sm × 55.9 sm ölçülərində çəkilmişdir. Rəsm əsəri 1615 və 1630-cu illər aralarında rənglənmişdir. Əsər Utrext şəhərində və Amsterdamda yerləşən Dövlət Muzeyinin Rəsm Kolleksiyasında nümayiş olunmuşdur. == Rəsmin analizi == Rəsm əsərində 1607-ci ilin 25 aprel tarixində baş vermiş Cəbəllütariq döyüşü zamanı hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası və Səksənillik müharibə öz əksini tapmışdır. Rəsm əsərində taxta uğrunda mübarizə aparan vəkilləri və onların motivləri əsasında Hollandiya və İspaniya vuruşmasını görə bilərsiniz. İngiltərə və Venesiya əhalisi isə onlara itaət edir. Rəsmin fonunda Qayaların kənarlarında hərbi dəniz döyüşünü müşahidə edə bilərsiniz.
Kvay çayı üzərindən körpü (film, 1957)
"Kvay çayı üzərindən körpü" (ing. The Bridge on the River Kwai) — Pyer Bulun eyniadlı romanı əsasında rejissor Devid Lin tərəfindən 1957-ci ildə Seylonda çəkilmiş Britaniya-ABŞ istehsalı olan bədii film. Baş rollarda Uilyam Holden, Alek Ginness və Cek Hokins çəkilmişdir. Müasir kinoşünaslar tərəfindən tarixinin ən yaxşı kino işlərindən hesab olunur və rejissor Devid Linin karyerasının kulminasiya nöqtəsi (Linin digər bir epik blokbasteri olan "Ərəbistanlı Lourens"lə yanaşı) sayılır. Film 7 Oskar mükafatı qazanmış, o cümlədən ilin ən yaxşı filmi seçilməklə yanaşı, bir sıra kinematoqrafiya mükafatlarına layiq görülüb. == Süjeti == II Dünya müharibəsi zamanı ingilis hərbi əsirləri Birma cəngəlliklərində yapon düşərgəsinə düşürlər. Orada onlar keçən dəfəki əsirlər partiyasından qalan iki amerikalı əsirlə rastlaşırlar. İngilislərə polkovnik-leytenant Nikolson (Alek Ginness) rəhbərlik edir. O hesab edir ki, özü və adamları Sinqapurda ali komandanlığın əmrinə əsasən əsir düşdüyündən, onlar əsirlikdə olmasına baxmayaraq, hərbi xidmət başında olmuş kimi sayılırlar. O, öz adamları arasında ciddi ordu nizamını yürüdür, hətta onlar düşərgədə yaralar, xəstəliklər və yaponların onlara qarşı törətdiyi işgəncələrə baxmayaraq sıra addımları ilə gəzirlər.
Mosfilmovskaya üzərindəki ev
Mosfilmovskaya üzərindəki ev (rus. Дом на Мосфильмовской) — Moskvanın Pyryeva küçəsi, 2-də Sergey Skuratovun layihəsinə uyğun olaraq 2011-ci ildə inşa edilən çoxfunksiyalı yaşayış kompleksi. 2004-cü ildə Moskva hökuməti, Don-Stroyun bir hissəsi olan Tamrofda, sahəsi 120.000 m² olan, 68.000 m²-i isə yaşayış kompleksindən ibarət göydələn tikməyə icazə verdi. Əvvəlcə Don-Stroy, bükülmüş bir qüllədən ibarət iki eyni cüt bina tikməyi planlaşdırdı, lakin bir binanın tikilməsi layihəsi ilə razılaşdıqdan sonra bir cüt binanın lehinə seçimlər edildi. Buna səbəb tikinti materiallarının baha olması, həmçinin Turning Torso göydələninə bənzəməsi oldu. Skuratov yeni bir qüllə dizaynını hazırladı, burada ilkin hamar əyilməni həndəsi təqlidi ilə əvəz etdi. 165 m hündürlüyündə tikilməsi planlaşdırılan göydələnin hündürlüyü Memarlıq Şurası tərəfindən tənqid edildi. Skuratov hündürlüyü 50 metrə qaldıranda baş şəhər memarı Aleksandr Kuzmin bu yüksəklikdəki bir obyekti yalnız YUNESKO-nun razılığı ilə tikilə biləcəyini söylədi. Don-Story layihəsi ilə bağlı materiallar Parisə göndərildi və təşkilatın razılığı aldı. 2010-cu ilin iyununda Moskva hakimiyyəti göydələnin icazəsiz inşa edildiyini hesab etdi və nəticəyə gəldilər ki, təxminən binanın yarısı sökülməlidir.
Mülahizələr və onlar üzərində məntiq əməlləri
Hər bir elmin özünə məxsus ilkin anlayışları vardır ki, onlar baxılan nəzəriyyə hüdudları daxilində ciddi məntiqi tərifə malik deyil. Riyazi məntiqin belə anlayışları sırasına “mülahizə”, “məntiq əməlləri”, “predikat” kimi anlayışlar daxildir. Belə anlayışların “tərifi” adi dilin qanunauyğunluqlarından istifadə olunmaqla, obyektin əsas xüsusiyyətlərini ifadə etməklə verilir, yəni anlayış öz xarakterik xüsusiyyətləri ilə təsvir olunur. Tərif 1. Mülahizə elə nəqli cümləyə deyilir ki, onun doğru yaxud yalan olduğunu hökm etmək mümkün olsun. Əlbəttə, nəqli cümlə anlayışı dəqiq tərif olunmadığı üçün onun doğru və ya yalan olması kriteriyası, ümumi halda, intuitiv olaraq müəyyən olunur. Verilən cümlənin doğru olması ona qarşı “ D {\displaystyle D} ” doğruluq qiymətinin qarşı qoyulması, yalan oması isə “ Y {\displaystyle Y} ” doğruluq qiymətinin qarşı qoyulması deməkdir. Bəzən bunların yerinə 1 {\displaystyle 1} və 0 {\displaystyle 0} ədədlərindən də istifadə olunur. Misallar. 1.
Polad dirəklər üzərində şəhər (film, 1975)
Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Ququ quşu yuvasının üzərindən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üzərindən uçarkən (film)

Digər lüğətlərdə