ÜZDƏ

zərf
1. Zahirən, zahirdə.
Əzizim, qəlbi nara; Tutuşdu qəlbi nara; Üzdə dost deyənlərin; Get, öyrən, qəlbin ara. (Bayatı).
Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də, ürəkdən rahat deyildi. Mir Cəlal.

2. Yer səthinə yaxın; dayaz.
Neft təbəqələri əvvəllər çox üzdə idi. S.Vəliyev.

3. Açıqda, meydanda, göz önündə.
[Vəzirbəyli:] Yoldaş İslam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim vəzifəmizdir. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZDƏ aşkarda — gerçəkdə
ÜZBƏÜZ
ÜZDƏN

Digər lüğətlərdə