HAMI

1. HAMI [Cırtdan:] Hamı yatıb, mən oyağam! (M.Seyidzadə); CÜMLƏ Çingiz: Şükür olsun ki, gəlib cümlənizi sağ və salamat tapdım (S.S.Axundov); HAMISI Elə ki Yusif Sərracın dükanına bərabər oldular, hamısı dayandı (M.F.Axundzadə).

2. hamı bax bütün I

HAMBAL
HAMILIQLA
OBASTAN VİKİ
Hamı haradadır
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. == Personajlar == == I Pərdə == Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Hamı bir nəfər üçün (film, 1984)
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur. Film yalançı liderin iç üzünü açıb göstərir.
Hamımız öldük (serial, 2022)
Hamımız öldük (ing. All of Us Are Dead, kor. 지금 우리 학교는) — Cənubi Koreya istehsalı, zombi mövzulu qorxu serialı. Serial Cu Donq-cunun Now at Our School (2009-2011) adlı webtoon-una (Cənubi Koreya istehsalı veb cizgi romanı) əsaslanır. Serial 28 yanvar 2022-ci ildə Netflix-də yayımlanmışdır. == Mövzu == Elmi araşdırma nəticəsində zombi virusu məktəbə yayılır. Zombilərlə dolu məktəbdə virusa yoluxmamış bir qrup şagird sağ qalmaq üçün mübarizə aparırlar. Ac və susuz qalan şagirdlər xilas olmaq üçün məktəbdə tapdıqları hər şeyi istifadə edirlər. == Rollarda == Park Ci-hu - Nam On-co rolunda. Çonq-sanın qonşusu və uşaqlıq dostudur.
Hamının hamıya qarşı müharibəsi
Hamının hamıya qarşı müharibəsi (lat. Bellum omnium contra omnes) — Tomas Hobbsun sosial fəlsəfəsində cəmiyyətin “ictimai müqavilə”nin bağlanmasından və dövlətin formalaşmasından əvvəlki təbii vəziyyətini təsvir edən konsepsiya. Dövlət haqqında fikirlərini əsaslandırmaq üçün Hobbs “təbii vəziyyəti” təsvir etmək üçün artıq sübut edilmiş texnikaya müraciət edir. Burada bütün insanlar bərabərdir və hər kəs öz ehtiyac və maraqlarını rəhbər tutur. İnsan eqoistdir, bu ona güclü ehtiraslar verir və insan hakimiyyət, sərvət, ləzzətlər arzulayır. Onun davranış prinsipi son dərəcə sadədir: insan mümkün qədər çox fayda əldə etməyə, əziyyətdən isə qaçmağa çalışır. İnsan azaddır: hər kəsin hər şeyə, hətta başqa bir insanın həyatına belə haqqı var. Bu, daimi münaqişələrə, ictimai rifahı təmin edə və özümüzü şərdən qoruya bilməməyə gətirib çıxarır. Beləcə, hamının hamıya qarşı müharibəsi yaranır. Bu ideya ilk dəfə “Leviafan” traktatında təqdim edilmişdir: Birincisi, sübut edirəm ki, vətəndaş cəmiyyətinə malik olmayan insanların vəziyyəti (bu vəziyyətə biz düzgün şəkildə təbii vəziyyət deyə bilərik) hamının hamıya qarşı sadə müharibəsindən başqa bir şey deyildir; və bu müharibədə bütün insanlar hər şeyə bərabər hüquqa malikdirlər.Belə bir fikir var ki, Hobbs üçün bu konsepsiyanın mənbəyi İngiltərədəki vətəndaş müharibəsi təcrübəsidir.

Digər lüğətlərdə