əvəz. Nə üçün, nə səbəbə, nəyə görə, niyə? Nədən saralıbsan sən də mən kimi; Nədir dərdin, ey biçarə şamama? Fələ, mənə bir söylə, nədən hörmətin olsun? Axır nə səbəb söz deməyə qüdrətin olsun?!
□ Nədən ki, nədəndir ki – çünki, o səbəbə ki. Mirzə Çopurov da oxuya bilməyibdir, nədən ki, külək kağızı cırıq-cırıq eləmiş(di).