Sözün əsli qaraq (göz) kimi olub “ön tərəf” anlamını əks etdirib, qarşı kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dialektlərin bəzilərində buynuzu olmayan keçiyə, qoyuna qabaq (başı hamar olan) deyirlər. Ehtimal ki, belə heyvanların başı balqabağa bənzədilir (hamar olur) və söz də buradan irəli gəlib. Rus dilindəki “тыква” mənasında işlədilən qabaq sözünü alimlərin bəziləri türk, bəziləri alman, başqaları osetin, digərləri fars mənşəli hesab edirlər. Dünyanın çox dillərində, o cümlədən rus dilində də işlədilir. Qabağın bir növü suqabağı adlanır və keçmişdə ondan qab kimi istifadə olunub. Zənn edirəm ki, türk mənşəlidir və qabarmaq sözü ilə qohumdur (formaca qabarıq olur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)