APEYRON

[yun.apeyron] – əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anak-simandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir.
APATİYA
APODEYTİKA
OBASTAN VİKİ
Apeyron
Apeyron (ἄπειρον) [yun.apeyron] — əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anaksimandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir. Apeyron Anaksimandrın arxesidir. Anaksimandr tərəfindən arxe kimi təklif edilməsinin səbəbi Anaksimandrın müasiri Falesin "su" arxesini qeyri-kafi olması idi. Anaksimandrın fikrincə, “ədalət”ə çatmaq üçün bir-birinin daim mövcud olmasına və yox olmasına səbəb olan torpaq, od, hava və su arasında tarazlıq olmalıdır. Arxe torpaq, od, hava və ya su elementlərindən biridirsə, arxe olaraq təyin olunan ünsür tarazlığı öz xeyrinə pozacaq və varlığı təmin edən ziddiyyətli tarazlıq pozulacaq. Ancaq varlığın davamlılığı açıq-aşkar müşahidə edilə bilən bir həqiqət olduğu üçün arxenin bu dörd maddədən biri olması mümkün deyil. Üstəlik, Anaksimandra görə, arxenin konkret olaraq müəyyən edilə bilməz; Onun “dünyada olmaması” da lazımdır. Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”.

Digər lüğətlərdə