Dağlılar Dövlət Aqrar Universiteti
Dağlılar Dövlət Aqrar Universiteti — Şimali Osetiyanın paytaxtı Vladiqafqazda dövlət ali təhsil müəssisəsi.
Böyük kənd təsərrüfatı tədqiqat mərkəzidir. Universitet 1918-ci ildə yaradılmışdır. Şimali Qafqazın ən qədim universitetidir.
== Tarixi ==
Universitet Moskva Dövlət Universitetinin təşəbbüsü ilə 1918-ci ildə dosent V.F.Razdorski tərəfindən açılmışdır. İnstitutun ilk rektoru İosif Qavriloviç Esman (1918-1922) olmuşdur. İnstitutun yaranmasında alimlərdən - Razdorski V.F., Günter A.R., Pankov A.P., Ryazantsev N.V., Dzokaev K.X., İosifov İ.M., Tarnoqradski D.A., Dzanaqov X.B., Qutiyev M.N., Salamov A.B., Rubil E.V., Trofimenko K.İ., Qrabovski İ.S., Smolski Y.V., Djanayev G.G., Kaloyev A.V., Stoyuşkin İ.A., Tsabolov R.G., Kulçiyev B.X., Tsoqoyev N.D., Kizinov F.İ., Xilkeviç N.M., Xilkeviç N.M. və s. xidmətləri olmuşdur.
Fəaliyyət göstərdiyi illər ərzində universitet qırx səkkiz mindən çox mütəxəssis hazırlayıb. Universiteti bitirənlər arasında tanınmış kənd təsərrüfatı rəhbərləri, elm, dövlət və ictimai xadimlər var ki, bu dövrdə məzunlardan 20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, biri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.