Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri. == Qurultayın çağrılmasına hazırlıq == 1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümum-Azərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi. Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümum-Azərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər. Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi.
Ümum-Rusiya Müsəlmanları Qurultayı
Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: V. I. Lenin.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Azərbaycan (qəzet, Azərbaycan)
"Azərbaycan" (az.-əski. آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. == Tarixi == "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı.
Ümum-Rusiya Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutu
"Kurçatov İnstitutu" Milli Tədqiqat Mərkəzinin Ümumrusiya Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutu (ÜAMİ; rus. Всероссийский научно-исследовательский институт авиационных материалов Национального исследовательского центра «Курчатовский институт»; ВИАМ) — materialşünaslıq sahəsində Rusiya Federasiyasının dövlət elmi mərkəzi. İnstitut tam innovasiya dövrü həyata keçirmiş, burada fundamental və tətbiqi tədqiqatlar aparılmış, yeni nəsil materiallar, yarımfabrikatlar və unikal texnoloji avadanlıqların istehsalı üçün yüksək texnologiyalı elmtutumlu sənaye sahələri yaradılmışdır. ÜAMİ mütəxəssisləri aviasiya və digər maşınqayırma, energetika, tikinti, tibb və s. üçün metal və qeyri-metal materialların, örtüklərin, texnoloji proseslərin və avadanlıqların, korroziya zədələnməsindən və bioloji zədələnmədən qorunma üsul və vasitələrinin geniş çeşidini hazırlayır və təchiz edir. 28 iyun 1932-ci ildə Ümumittifaq Aviasiya Materialları Elmi-Tədqiqat İnstitutunun (ÜAMİ) yaradılması haqqında SSRİ Ağır Sənaye Xalq Komissarlığının 435 nömrəli sərəncamı verilmişdir. 1932-ci ildə ixrac tədarükündən qurtulmaq məqsədilə gücü 1600–1700 MPa olan xromansil 30XQSA polad hazırlanmış və sənayeyə təqdim edilmişdir. Alüminium ərintilərinin yenidən kristallaşması nəzəriyyəsi işlənib hazırlanmışdır. 1932–1950-ci illərdə metalların çoxelektrodlu struktur korroziyası nəzəriyyəsinin əsasları yaradılmışdır. 1933–1950-ci illərdə metal ərintilərinin möhkəmlik və etibarlılıq nəzəriyyəsinin əsasları hazırlanmışdır.
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Azərbaycan, Azərbaycan (film, 1970)
Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. == Məzmun == Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir. İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır. Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.
Azərbaycan Metrologiya İnstitutu (Azərbaycan)
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi. Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər. “Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib. İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır. == Haqqında == Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır. AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Azərbaycan Milli Mərkəzi (Azərbaycan)
Azərbaycan Milli Mərkəzi — Bakıda yaradılıb və fəaliyyət göstərən gizli təşkilat. == Fəaliyyəti == Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin "Azərbaycan Milli Mərkəzinin işi" adı altında apardığı istintaq işinə görə, bu mərkəz sovet hakimiyyətini devirərək, müstəqil Azərbaycan Respublikası qurmaq məqsədilə 1924-cü ildə Bakıda yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş nazirləri və üzvləri, "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri rəhbərlik edirdilər. İstintaqa görə "AMM" gələcək müstəqil Azərbaycan Respublikası üçün iqtisadi baza yaratmaq məqsədilə hakim partiya və dövlətin şüarlarından öz xeyrinə istifadə etməli idi. "AMM" ilk mərhələdə əməli fəaliyyətini sənaye və kənd təsərrüfatının bütün sahələri üzrə milli kapitalın yerləşdirilməsi məsələsinə yönəltmişdi. Sovet hakimiyyətinin özünü məhv edəcəyinə və yenidən doğulacağına olan bütün ümidlərin itdiyi bərpa dövrü başa çatdıqdan sonra mərkəzin fəaliyyət taktikası fəal mübarizəyə və sənayenin birbaşa dağıdılmasına yönəldilmişdi. İstintaq işinə görə "AMM"in fəaliyyətinin ikinci dövrü üsyançı dəstələr yaratmaq, Azərbaycan diviziyasının milli hissələrində hərbi təşkilat yaratmaq və s. yollarla sovet hakimiyyətini devirmək uğrunda silahlı mübarizə dövrüdür. "AMM" sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, "Müsavat" və "İttihad" partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı.
FINCA Azərbaycan
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı == Tarixçə == Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgən (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Hüseynçilər (Azərbaycan)
Idman Azərbaycan
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Iran Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Jandarma (Azərbaycan)
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Komando (Azərbaycan)
M7 (Azərbaycan)
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. == İnşa tarixindən == Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Miss Azərbaycan
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Mum
Mum — ali turşuların və yüksək molekulyar spirtlərin bitki və heyvanlar aləmində mürəkkəb efirləri. Bitki və heyvan mənşəli mumları fərqləndirmək olar. Heyvan mumları: Arıların istehsal etdiyi mum arı şanın qurulmasında istifadə olunur. Qoyunun yunun qaynadaraq Lanolin adlı mumu əldə etmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin Ümumi Qərargahı
Ümumi qərargah — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrinin təşkilinə, komplektləşdirilməsinə, həmçinin təchizatı, təlim-tərbiyəsi, döyüş hazırlığı və döyüş vəzifələrinin icrasına rəhbərlik edən hərbi orqan. == Tarixi == === Yaradılması === Əsası Səməd bəy Mehmandarovun 1918 il 15 noyabr tarixli əmri ilə qoyulmuşdu. O vaxta qədər Əlahiddə Azərbaycan 424 korpusunun qərargah rəisi olan polkovnik Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edilmişdi. Qərargah ləvazimat, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Səməd bəy Mehmandarovun göstərilen əmri ilə polkovnik Əbdülhəmid bəy Qaytabaşı növbətçi general, polkovnik Seyfulla Mirzə Qacar ləvazimat, general-mayor Murad Gəray Tlexas topçu şöbələrinin, general-mayor İbrahim ağa Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq işi müfəttişi vəzifələrinə təyin olunmuşdular. == Fəaliyyəti == Tomson missiyasının fəaliyyətə başlaması ilə 1918-ci il noyabrın 22-də Hərbi Nazirliklə bərabər, Ümumi qərargah da Gəncəyə köçdü və fəaliyyətini burada davam etdirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirə tabe etdirildi. İstehkam şöbəsinin də strukturu və səlahiyyətləri genişləndirilərək, İstehkam idarəsinə çevrildi və o da Ümumi qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. 1919-cu ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi.
Ümumi psixologiya
Ümumi psixologiya — psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri-tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunlarının müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri-praktik məsələlərinin öyrənilməsi onun başlıca vəzifəsidir.
Ümumi bilik
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır. Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Ümumi cərrahiyyə
Ümumi cərrahiyyə — qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, mədəaltı vəzi, öd kisəsi, apendiks, öd yolları və çox vaxt qalxanabənzər vəzi də daxil olmaqla qarın boşluğuna diqqət yetirən cərrahi ixtisas. Ümumi cərrahiyyə həmçinin dəri, sinə, yumşaq toxuma, travma, periferik arteriya xəstəlikləri və yırtıqları əhatə edən xəstəliklərlə məşğul olur və qastroskopiya, kolonoskopiya və laparoskopiya kimi endoskopik əməliyyatları həyata keçirir. Ümumi cərrahlar aşağıdakı fənlərdən biri və ya bir neçəsi üzrə ixtisaslaşa bilərlər: Şimali Amerika, Avstraliya və Böyük Britaniya da daxil olmaqla dünyanın bir çox yerlərində travmaya qulluq üçün ümumi məsuliyyət ümumi cərrahiyyənin üzərinə düşür. Bəzi ümumi cərrahlar bu sahədə təkmil təlim və cərrahi reanimasiya üzrə ixtisaslaşdırılmış sertifikatdan keçirlər. Ümumi cərrahlar demək olar ki, hər hansı bir təcili cərrahi əməliyyatı idarə edə bilməlidirlər. Onlar çox vaxt ağır xəstələr və ya ağır yaralı xəstələr üçün ilk müraciət yeridir və bu xəstələri stabilləşdirmək üçün müxtəlif prosedurları yerinə yetirməlidirlər, məsələn, torakostomiya, krikotiroidotomiya, kompartman fasiotomiyaları və qanaxmaya nəzarət etmək üçün təcili laparotomiya və ya torakotomiya. Onlar həmçinin cərrahi reanimasiya və ya travma reanimasiya şöbələrinə dəvət olunurlar. Bütün ümumi cərrahlar təcili cərrahiyyə üzrə təhsil alırlar. Qanaxma, infeksiyalar, bağırsaq keçməzliyi və orqan perforasiyası onların qarşılaşdıqları əsas problemlərdir. Xolesistektomiya (öd kisəsinin cərrahi çıxarılması) — bütün dünyada ən çox görülən cərrahi əməliyyatlardan biridir.
Ümumi marja
Ümumi marja — gəlirlə satılan məhsul və ya xidmətin dəyəri arasındakı fərq. Nəzərə almaq lazımdır ki, ümumi mənfəət əməliyyat mənfəətindən (vergilər, cərimələr və faizlər ödənilməzdən əvvəl mənfəət, kreditlər üzrə faizlər) fərqlənir. İstehsalçı üçün ümumi mənfəət: Ümumi mənfəət = Gəlir — Amortizasiya daxil olmaqla məhsul və ya xidmətlərin satışının dəyəri. Pərakəndə satış üçün ümumi mənfəət: Ümumi marja = Gəlir — Satılan malların dəyəri Ümumi mənfəət məlumatlarına əsaslanaraq, əməliyyat mənfəətini hesablaya bilərsiniz: Əməliyyat mənfəəti = Ümumi mənfəət — Əməliyyat xərcləri (işçilərin maaşları, ofis icarəsi, səyahət xərcləri və s.) və xalis gəliri: Xalis mənfəət = Əməliyyat mənfəəti — vergilərin, cərimələrin və cərimələrin, kreditlər üzrə faizlərin məbləği. İstehsal və ticarət üçün satılan malların dəyəri fərqli hesablanır. Ümumiyyətlə, bu göstərici dolayı xərclər nəzərə alınmadan əməliyyat üzrə mənfəəti əks etdirir. İstehsalçı üçün birbaşa məsrəflər məhsul yaratmaq üçün xammal, məsrəf materialları və elektrik enerjisi xərcləridir. Məsələn, bir maşını idarə etmək üçün elektrik enerjisi xərcləri çox vaxt birbaşa xərc hesab edilir, maşın otağının işıqlandırılması isə çox vaxt əlavə xərc hesab olunur. Əgər işçilərə istehsal olunan məhsul vahidi üçün qiymət ödənilirsə, əmək haqqı da birbaşa xərclər ola bilər. Bu səbəbdən, xidmətlərini saatlıq əsasda satan xidmət sənayeləri çox vaxt əmək haqqını birbaşa xərc kimi qəbul edirlər.
Ümumi mülkiyyət
Ümumi mülkiyyət — əmlakın ayrı-ayrı şəxslərin və ya təşkilatın üzvlərinin adına deyil, bölünməz şəkildə təşkilatın, müəssisənin, iki və ya daha çox şəxsin və ya icmanın istifadəsində, sahibliyində və sərəncamında olması ilə səciyyələnən mülkiyyət forması.
Ümumi Bazar
Ümumi Bazar (ÜB) — iqtisadi inteqrsiyanın başqa bir səviyyəsi olub, mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapital və istehsalda göstərilən xidmətlərin sərbəst hərəkətini təmin etməkdən ötrü maneələrin və tariflərin aradan qaldırımasıdır. Ümumi bazar "vahid bazar"a keçid mərhələsidir. Belə ki, vahid bazara keçən ölkələrdə bütün istehsal amillərinin maneəsiz hərəkəti təmin edilir. Həm də burada fiziki (sərhədlər), texniki (standartlar) və maliyyə (vergilər) faktorları maksimum səviyyədə uyğunlaşdırılır. Qeyd olunmalıdır ki, gömrük ittifaqı qurulmadan ümumi bazara keçid mümkündür. Yəni iqtisadi inteqrasiyanın 3-cü mərhələsində ümumi bazarda yaradıla bilər. İkisinin eyni anda tətbiq edildiyi zaman iqtisadi inteqrasiyanın 4-cü səviyyəsi olan iqtisadi ittifaq formalaşır.
Ümumi Hökumət
Ümumi Hökûmet (Almanca: Generalgouvernement, Polyakca: Generalne Gubernatorstwo), İkinci Dünya Müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən “Böyük Almaniyanın” ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə Generalgouvernement (Ümumi Hökumət) olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və Ümumi Hökumət dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
Ümumi biologiya
Ümumi biologiya — Biologiya elminin ümumi qanunauyğunluqlarını öyrənən bölməsidir.Sistematik vəziyyətdən asılı olmayaraq buraya biologiyanın sitologiya,genetika,seliksiya,ekologiya,molekulyar biologiya,biokimya və s. kimi elm sahələri daxildir.
Ümumi fizika
Ümumi fizika - texniki ali məktəblərdə fizika kursunun ümumi adı. Fizika elminin bütün bölmələri haqqında xülasə məlumat verir. Kursun tədris proqramı ali məktəbin xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir. Ümumi fizika kursu bir qayda olaraq altı bölməyə bölünür: Mexanika Termodinamika Optika Atom fizikası Nüvə fizikası Elektromaqnetizm Государственные образовательные стандарты по специальности физика Arxivləşdirilib 2004-08-11 at the Wayback Machine Государственные образовательные стандарты по физическим специальностям Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Институт общей физики им.
Ümumi müvazinət
Ümumi müvazinət (ing. general equilibrium) iqtisadi nəzəriyyədə — bir-birinə bağlı bir neçə bazarda tələb, tələb və qiymətlərin davranışını təsvir edir. Dar mənada ümumi tarazlıq müəyyən bir iqtisadiyyatda bütün bazarların eyni vaxtda tarazlıq vəziyyətinə aiddir. Beləliklə, ümumi tarazlıq nəzəriyyəsi bazarların bir-birindən təcrid olunmuş hesab edildiyi qismən tarazlıq nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Ümumi tarazlıq nəzəriyyəsi iki əsas məsələni həll edir. Birincisi, tarazlıq qiymət modelindən istifadə edərək iqtisadiyyatı öyrənir. İkincisi, dar mənada ümumi tarazlığın qurulduğu şərtləri müəyyənləşdirir. Nəzəriyyə XIX əsrin 70-ci illərində yaranıb, onun təməl daşlarından biri Fransız iqtisadçısı Leon Valrasın "Saf siyasi iqtisadiyyatın elementləri" əsəri idi. Müasir ümumi tarazlıq konsepsiyası 1950-ci illərdə Kennet Errou, Jerar Debre və Lionel Makenizin əsərləri əsasında hazırlanmışdır. Dəyər nəzəriyyəsində (1959) Debreu, Nikolas Bourbaki üslubunda aksiomatik ümumi tarazlıq modelini təqdim etdi.
Ümumi məlumat
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır. Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Mum lövhələr
Eramızdan əvvəl 7-ci əsrdə Qədim Romada yazı yazmaq üçün mum lövhələrdən istifadə edilirdi. İçəri tərəfi mumla örtülən bu lövhələr taxtadan və ya fil sümüyündən hazırlanırdı və mumun üzərində stilos adlanan metal çubuqla hərflər cızılırdı. Mum lövhələrdən 1500 ildən artıq zaman müddətində istifadə edilmişdir. Eramızdan əvvəl 2-ci əsrdə '''perqament''' papirusu tədricən sıxışdırıb çıxarmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmış qoyun, dana və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi. E.ə. 7-ci əsrdə informasiyanın saxlanması üçün gil lövhələrdən istifadə edilirdi.
Müdafiə (ümumi anlayış)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Nöqtə (ümumi anlayış)
Nöq́tə:
Nöqtə (ümumi anlayış )
Nöq́tə:
Relyefin ümumi səciyyəsi
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. Arsak Qafqaz Albaniyası ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Üzüm
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Umud Mirzəyev
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umud Rəhimoğlu
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Üzüm ilbizi
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Təbrizi (üzüm)
Təbrizi — üzüm sortu. Azərbaycanın ən keyfiyyətli süfrə üzümlərindəndir. Yarandığı vaxtdan Təbrizi adlanır. Azərbaycanda, Gürcüstanda və Dağıstanda geniş yayılıb. Rusiyada, Ukraynada, Moldovada və Orta Asiya respublikalannda əkinləri vardır. Çoxlu sinonimlərə malikdir. Gəncədə hər bir həyətdə və təsərrüfatda Təbrizi sortu vardır. Sortun adının Təbrizi olması keçmişdə Azərbaycanla İranın (xüsusilə Təbrizin) yüksək ticarət əlaqələri ilə bağlıdır. Kolu güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır.
Üzüm soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Ümmü Ənmar
Ümmü Ənmar (ərəb. أم أنمار الخزاعية‎) — Məhəmmədin səhabələri ilə görüşən Bəni Xuza tayfasından olan qadın. O və qardaşı qul Həbbab ibn əl-Ərattı satın aldı. O və qardaşı Sibaa ibn Əbdülüzza Həbbaba işgəncə verdilər. O, Züheyr ibn Əbdüləsədlə evləndi. Ənmar adlı bir oğlu var idi.
Umud Ağdoğan
Umud Ağdoğan (1986, Ankara) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Umud Ağdoğan 1986-cı ildə Ankarada anadan olub. Atılım Universiteti Hüquq bölməsindən məzun olub. Bir çox universitetlərdə "Hüquq Peşəsində Karyera Planlaması", "Uğurlu Hüquq Bürosunun İdarə Edilməsi", "Bir Hüquqşünasın Mental Dəftəri" adlı layihələri icra edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü, Baş Katib, Hüquq məsələlərindən məsul sədr müavini vəzifələrində təmsil olunub. 2012 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Konstitusiya Komissiyasının üzvü olub. Evli və 2 uşaq atasıdır.
Ümüd Niftəliyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Ümüd Qasımzadə
Ümüd İlqar oğlu Qasımzadə (13 aprel 2001; Cəlilabad rayonu, Azərbaycan — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ümüd Qasımzadə 2001-ci il aprelin 13-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Subay idi. Ümüd Qasımzadə uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edirdi. Məşqçisi beynəlxalq dərəcəli məşqçi Qadir Babayev idi. Ümüd Qasımzadə gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medalların sahib olub. 2020-ci ildə isə Azərbaycan Çempionatında II pillənin sahibi olub. Ümüd Qasımzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ümüd Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.
Qumuq - Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.
Qumuq–Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.