Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəylik
Bəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adları: Bəylik — Ağdaş rayonunda kənd. Bəylik — Laçın rayonunda kənd. Bəylik — Saatlı rayonunda kənd. Bəylik — Kəlbəcər rayonunun Alıbəyli kəndinin köhnə adı.
Zəylik
Zəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı: Zəylik — Ağdərə rayonunda kənd. Zəylik — Daşkəsən rayonunda kənd. Zəylik — Kəlbəcər rayonunda kənd.
Əylis
Aşağı Əylis — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzi. Yuxarı Əylis — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi.
Əyrik
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Aşağı Əylis
Aşağı Əylis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzidir. == Tarixi == Aşağı Əylis Ordubad rayonunun Əylis inzibati ərazi vahidində kənd. Əylis çayının sahilində, dağ ətəyindədir. "Əylis yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. Kənd XIX əsrdə Əylis (indiki Yuxarı Əylis) kəndindən çıxmış bir qrup ailənin Dəşt (farsca "col, səhra") adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Əylis (əylənmək, koc salmaq, məskunlaşmaq mənalı feldən) "əylənc, düşərgə, yaşayış yeri" mənasına uyğundur.. El arasında Aşağı Əylisə Yaz Əylisi deyilməsi Araza yaxın olan bu kənddə təbiətin tez oyanması ilə əlaqədardır. Aran Əylis deyilməsi isə həm təbiətin tez oyanması, həm də yer, məkan mənasında qəbul edilmişdir. Aşağı Əylisə "Dəşt" deyilməsinin səbəbi ərazinin relyef quruluşu ilə əlaqələndirilir ("dəşt" fars dilində düz, çöl deməkdir). Məlum olduğu kimi, Naxçıvan MR ərazisi uzun zaman İran imperiyasının tərkibində olmuşdur.
Bəylik (Ağdaş)
Bəylik (əvvəlki adı: İkinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qulbəndə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Ağdaş rayonunun İkinci Şordəhnə kəndi Bəylik kəndi adlandırılmışdır. == Toponimikası == 29 aprel 1992-ci ilə qədər kəndin adı İkinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Kəndin adındakı "ikinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır. Yaşayış məntəqəsi keçmiş Şordəhnə (sonralar Birinci Şordəhnə) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən kəndin adı Bəylik oykonimi ilə əvəz olunmuşdur. Ağdaş rayonunda Birinci Şordəhnə kəndi də mövcud olmuşdur. 5 oktyabr 1999-cu ildə bu kəndin adı dəyişdirilərək Şordəhnə adlandırılmışdır. == Coğrafiyas və iqlimi == Kənd Kür-Araz ovalığında yerləşir.
Bəylik (Laçın)
Bəylik — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Zabux kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Bəy (titul) və -lik (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır. 1933-cü ildə Kəlbəcər rayonunun Əsrik inzibati ərazi vahidində də Bəylik adlı kənd qeydə alınmışdır. Saatlı və Ağdaş rayonunun ərazisində də bu adda yaşayış məntəqələri var. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Bəylik (Saatlı)
Bəylik — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 953 nəfərdir. == Toponimikası == Bəylik oyk., düz. Saatlı rayonunda kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əhalisi keçmişdə bəy rəiyyəti olduğu üçün kənd belə adlanır. Bəy (titul) və -lik (mənsubiyyət bildirən şək.) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır.
Yuxarı Əylis
Yuxarı Əylis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. 29 mart 2005-ci ildə Mərkəzi Yuxan Əylis kəndi olan Əylis kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq, Yuxan Əylis kənd inzibati ərazi vahidi adlandırılmışdır. Əylis kəndində orta əsrlərə aid Əylis məscidi var. Mir Gədik məscidi kəndin şimal hissəsində yerləşir. Əylisçayın sol sahilində inşa edilən məscid müstəqillik illərində bərpa olunmuşdur. Giriş qapısı şimaldan olan məscidin daxili sahəsi 50 m² yaxındır. Məscidin tavanı 4dirək üzərində dayanmışdır. Cənub divarında isə 2 pəncərə yerləşir. Əsasən məhəllə sakinlərinə xidmət edən məscidin inşa tarixi XVII əsrə aid edilir. Əhalisi 1859 nəfərdir.
Zəylik (Ağdərə)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəylik (Daşkəsən)
Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Oykonim "zəy olan yer" mənasındadır. Kəndin keçmiş adı Pip olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
Zəylik (Kəlbəcər)
Zəylik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Hopurlu və Şeyinli kəndləri ilə birlikdə Zəylik kənd inzibati ərazi dairəsini təşkil edirlər. Yaşayış məntəqəsi adını Zəylik çayının adından almışdır. Bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür. Zəylik kəndinin əsası XVII əsrin sonlarına doğru Şimali İraqın Kərkük və Molsul vilayətlərində yaşayan türkmanların Farukhanlılar (Faruxkanlılar) nəslindən olan Alıpənah (Alpana) və Həsən (boyu və barmaqları uzun olduğundan el arasında Şana ləqəbi ilə çağırılırmış) adlı iki qardaşın törəmələri tərəfindən qoyulmuşdur. Onlar bir müddət Zar kəndində yaşasalar da, axırda burada su olmadığından Zəylik çayının sahilinə köçüb orada məskunlaşmışdılar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda ermənilərin təzyiqi ilə Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən qondarma Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zəylik kəndi mahalın bir hissəsi olmuşdur.
Zəylik (Tərtər)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəylik bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əylis məscidi
Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi. Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə Səfəvi şahı I Şah Abbas tərəfindən inşa edilmişdir (el arasında Şah Abbas məscidi də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda bərpa edilmişdir.
Əylis şəhəri
Əylis — Azərbaycan ərazisində XVI-XVIII əsrlərdə mövcud olmuş şəhər, nahiyə mərkəzi XVI əsrdə məhsuldar qüvvələrin inkişafı nəticəsində Əylis xeyli tərəqqi etmiş, şəhərə çevrilmişdir. M.Heydərov yazır ki, Culfanın tənəzzülündən sonra Əylis bölgənin əsas ticarət mərkəzi rolunu öz üzərinə götürmüşdü. Mənbələrdə verilən məlumatlar sübut edir ki, bu dövrdə Əylis şəhəri Naxçıvan ölkəsinin Şorlut nahiyyəsinə aid idi. Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi. Mənbələrdəki faktlar sübut edir ki, mahalın mərkəzi sayılan Əylis şəhəri Səfəvi şahlarının xüsusi himayəçiliyi altında olmuşdur. Bu şəhər də əsas ipək ticarəti mərkəzlərindən biri sayılırdı Əylis təkcə tranzit keçid şəhəri olmamış, həm də tacirlərin və səyyahların müvəqqəti məskunlaşaraq gətirdikləri malları satdıqları, mübadilə etdikləri bir mərkəz olmuşdur. I Osmanlı idarəçiliyi dövründə (1590-1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur.
Əlik bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əlik kəndi
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Erlik
Yuxarı Əylis Karvansarası
Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərmiş böyük karvansaralardan biri də bəhs edilən dövrdə Ordubad rayonu ərazisində ticarət-iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsində olan Əylis şəhərindəki (indiki Yuxarı Əylis kəndi) karvansara idi. Yuxarı Əylis kəndinin mərkəzində, hazırda "Bazar meydanı" adlanan yerdə orta əsrlər zamanı böyük ticarət mərkəzi olmuş, müxtəlif ölkələrdən gələn tacirlər burada alver etmişlər. Bazarda çoxlu dükanlar, dükanların altında zirzəmilər olmuşdur. Bu zirzəmilər anbar rolunu oynamış, kənar yerlərdən ticarət karvanları ilə gətirilən mallar bu anbarlarda saxlanılmışdır. Həmin anbarların çoxu indiyədək salamat vəziyyətdə gəlib çatmışdır. Zirzəmilər inşa edilərkən ağac, taxta materialından istifadə edilməmiş, kənddəki mədrəsədə olduğu kimi tavan daş və əhənglə ovalvari formada hörülmüşdür. Bazarın cənub tərəfində iri həcmli (uzunu 40 m, eni 6 m, hündürlüyü 4 m) karvansara olmuşdur. Yerli əhalinin fikrincə, karvansara Səfəvi hökmdarı I Şah Abbas zamanında inşa etdirilmişdir. AMEA-nın müxbir üzvü H. Səfərlinin fikrincə qaynaqlarda verilən məlumatlarda göstərildiyi kimi 27 may 1680-ci ildə cümə axşamı günü Əylisli Musa bəyin nəvəsi Musa bəyin Əylis bazarının cənub tərəfində bünövrəsini qoyduğu karvansara bu karvansaradır . Şimal tərəfdən təxminən 6 metr hissəsi dağılan karvansaranın qərb və cənub divarları, həmçinin, zirzəmiləri indiyədək salamat vəziyyətdə qalmışdır.
Yuxarı Əylis hamamı
Yuxarı Əylis hamamı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində XVII-XVIII əsrlərə aid tarix-memarlıq abidəsi. Hamam düzbucaqlı formadadır. Divarları yerli materialdan – kvadrat formada kəsilmiş (30 x 30 sm) dağ daşından, günbəzləri və çatma tağtavanları isə bişmiş kərpic (20 x 20 x 5 sm) və əhəng məhlulundan istifadə edilərək inşa olunmuşdur. Bina iki zaldan, onlara bitişik iki köməkçi otaqdan və ocaqxanadan ibarətdir. Hamamın tağtavanlı giriş qapısından ensiz vestibülə, vestibüldən isə dar keçidli pilləkənlərlə soyunma zalına və digər yuyunma otaqlarına keçmək olur. Hamamın hər iki zalı səkkizbucaqlıdır. Soyunma zalının divarlarında 5 ədəd dərin taxçalar yerləşdirilmişdir. Taxçalar hamama gələnlərin əşyalarını qoymaq üçün nəzərdə tutulmuşdur. Taxçalara yerdən 60 sm hündürlükdə pillələrlə qalxılır. Zalların hündürlüyü 7,2 metrdir.
Yuxarı Əylis körpüsü
Yuxarı Əylis körpüsü — Ordubad rayonunun Yuxarı Əylis kəndindəki 4 körpü. Ordubad rayonunun Yuxarı Əylis kəndində tarix-memarlıq abidəsi. Körpünün qalıqları kəndin içərisindən keçən Əylis çayının içərisindədir. Körpünün yalnız bir aşırımının qalıqları qalmışdır. Dayaq sütunu və tağın bir qismi qaya daşlarındandır. Əhəng məhlulu istifadə olunmaqla inşa edilmişdir. Xalq arasında Şah Abbas körpüsü adlanır. 16 əsrə aiddir. Ordubad rayonunun Yuxarı Əylis kəndində Əylisçay üzərində tarix-memarlıq abidəsi. Orta əsr Əylis bazarına yaxın olduğu və gələn ticarət karvanları bu körpüdən bazara daxil olduğu üçün bəzən "Bazar körpüsü" də adlandırılır.
Yuxarı Əylis mədrəsəsi
Yuxarı Əylis mədrəsəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində tarixi-memarlıq abidəsi. Şah Abbas məscidinin şimal-şərqində, məscidə bitişik, üzü cənuba ikimərtəbəli binadan ibarətdir. Bəzi adamlar onu yanlış olaraq qonaq evi adlandırır. I və II mərtəbələr giriş və əsas salondan ibarətdir. Girişi cənubdandır. şərq divarı məscidin qərb divarına birləşib. Alt salonun – I mərtəbənin atması yoxdur. Tavan daşla tağvarı hörülüb. Əsas salonun üç pəncərəsi var. II mərtəbəyə birincinin giriş salonundan, divarda daşdan hörülmüş dolama pilləkənlə çıxılır.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Geylik
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Bəylik dərsi (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Eylin Uornos
Eylin Karol Uornos (29 fevral 1956 – 9 oktyabr 2002, Florida Dövlət Həbsxanası[d], Florida) — 1989–1990-cı illər aralığında Florida ştatında 7 nəfərin ölümündə günahlandırılan amerikalı seriyalı qatil. ABŞ-nin ən məşhur seriyalı qatillərindən olan bu homoseksual qadın 7 nəfəri öldürsə də, ikisinin cəsədi tapılmadığı üçün 5 nəfəri öldürməkdə mühakimə olunub. Uşaq vaxtı onun atası pedofillikdə günahlandırılaraq tutulub. Anası kiçik qızını babasına verərək qaçıb. 13 yaşında təcavüzə məruz qalan Uornos uşaq dünyaya gətirib. Babası onu evdən qovduqdan sonra həyatda qalmaq üçün fahişəlik edən Uornos köhnə bir avtomobil alıb. 20 yaşında olarkən 70 yaşlı kişi ilə evlənib və ərini döydüyü üçün boşanıb. Məhkəmədə öldürdüyü adamların ona təcavüz etdiyini deyən Uornos edamdan əvvəl etiraf çıxışı belə olub: "Qətlləri qəzəbimdən törətdim. Edam edilməliyəm, çünki həbsdən çıxsam yenə adam öldürəcəyəm". == Həyatı == Eylin Uornos, Eylin Karol Pittmen doğum adı ilə 29 fevral, 1956-cı ildə Miçiqanda doğulub.
Ellik yaşayış yeri
Еllik yаşаyış yеri — Ахаmət kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin ərаzisi əkin sаhəsinə çеvrildiyindən mədəni təbəqə tаmаmilə dаğılmış, аbidə ilkin fоrmаsını itirmişdir. Yаşаyış yеrinin ərаzisində аpаrılаn аrаşdırmаlаr zаmаnı kül yığınlаrı, bаd qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrünə аiddir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XVI-XIX əsrlərə аiddir. Еhtimаl ki, yаşаyış yеrində dаhа əvvəlki dövrlərdə də yаşаyış оlmuşdur. Аbidəni XIV-XIX əsrlərə аid еtmək оlаr.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kylix
Kylix – Linux platforması üçün Object Pascal və C/C++ dillərində tətbiqi proqramlar hazırlamaq üçün vasitə. Kylix adı kilik (yun. κύλιξ, lat. calix) əntiq qabından götürülüb. Bununla da gəlişdirmə vasitələrinin adlandırılmasında Delphi, Oracle ilə başlayan qədim yunan mövzusu davam edir. Eyni zamanda -ix suffiksi məhsulun Unix əməliyyat sisteminə aidliyini göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəklik
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Malik
Malik — kişi adı.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).