1. sif. Evə aid, evə məxsus, ailə ilə bağlı; ailəlik.
Əsəd Arazı əncir ağacı altına çəkdi: – Yox, evlik işim yoxdur.
2. köhn. evf. Qadın, arvad mənasında.
[İbad:] [Almaz] dayanıb belə, bizim qardaşın evliyi də belə, bir az da özümü irəli verdim, gördüm yox, iş bir təhərdir.
3. Saylarla evlərin miqdarını bildirir. 100 evlik kənd.
– Beş yüz evlik, şəhər tipli gur bir qəsəbədə çalğıçı dəstəsinin olmaması qəribə görünsə də, ancaq bu belə idi.