Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bala
Bala — hansısa bioloji növün yetkinlik yaşına çatmayan nümayəndəsi.
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22—23 sm, kütləsi 150—200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Bala Muğanlı
Bala Muğanlı — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Qarğa (Həştrud)
Qarğa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 285 nəfər yaşayır (48 ailə).
Qarğa (bürc)
Qarğa (lat. Corvus) — göyün cənub yarımkürəsində bürc.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ala qaçuu
Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri. Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün. Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır.Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi. Bəzilər oğurlanmağı hətta qürur mənbəyi kimi sayırlar, çünki, onların firkincə bu qadının həyat yoldaşı olmağa layiqliyini göstərir.Baxmıyaraq ki, Sovet dövründə də, müasir zamanda da, Qırğızıstanda gəlin oğurlaması qanuna ziddir, hökumət qadınları ondan yətərincə qədər müdafiə etməməyində günahlandırılır.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib.Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. == Tədbirin tarixi == Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.Tədbir Troiçki körpüsünün(ru) altından hərəkətə başlayan bir qrup katelə açıq elan olundu. Onların ardınca Leninqrad(ru)(indiki Ümid(rus.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir.O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Bala Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-cu il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm.
Bala Nəzərov
Bala Sərxuş oğlu Nəzərov (10 avqust 1921, Balaxanı, Bakı qəzası – 26 noyabr 2005) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964). == Həyatı == Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Atası və əmisi xalq düşməni kimi 20 il azadlıqdan məhrum edilmiş, iki dayısı isə güllələnmişdir. Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır. İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir. Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.
Bala Qacar
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Adi qarğa soğanı
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. == Morfoloji təsviri == Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. === Yarpaq === Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. === Çiçək === İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. === Meyvə === Qutucuq oval-ellipsşəkillidir.
Kərpicvari qarğa soğanı
Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir == Yayılması == Böyük Qafqazın Quba hissəsi və şərqi .
Qarğa (film, 1994)
Qarğa, David J. Schow və John Shirley tərəfindən yazılmış, Aleks Proyasın 1994-cü ildə təşkil etdiyi bir Amerikan fövqəltəbii super qəhrəman filmidir. Film, James O'Barrın 1989-cu il tarixli "Qarğa" komik kitabına əsaslanaraq,ölümündən ötrü intiqam almaq və nişanlısının təcavüzü və öldürülməsi üçün ölümdən canlandırılan Erik Draven (Lee) adlı bir rok musiqiçisinin hekayəsini izah edir. Əsas aktyor Brendon Li, qüsurlu bir boşluq çəkilişində təsadüfən yaralanıb və əməliyyat zamanı xəstəxanada öldü. İstehsalata səkkiz gün qaldi,onu göstərən bitməmiş səhnələr senaryoda yenidən yazılmış formatla, ikiqat və rəqəmsal xüsusi efektlər ilə əvəzləşdirildi. Film həm Lee, həm də nişanlısı Eliza üçün həsr olunub.... Li'nin ölümü səbəbiylə bir neçə istehsal çatışmazlığına baxmayaraq, The Crow özünə məxsus vizual stil, emosional dərinliyi və ölən aktyorun himayəsi üçün tənqidi şəkildə qəbul edildi. Film kassanın yuxarı hissəsində açılmış və güclü bir kütləyə qovuşmuşdur.Film üç davam filmi ve televiziya serialından ibarətdir. == Məzmun == 30 oktyabrda Detroyt şəhərində Şeytan Gecəsi, Çavuş Albrecht, Shelly Websterın döyüldüyü və təcavüz edildiyi bir hadisə yerində hansı ki,nişanlısı Erik Draven, bıçaqlanaraq, vurulub pəncərədən atılaraq öldüyü küçədədir . Cütlük Halloween ertəsi günü evli olmalı idi. O, Shelly ilə xəstəxanaya gedərkən, Albrext Sarah adlı gənc bir qızla tanış olur, Sarah, onların dostu olduğunu və onunla maraqlandıqlarını deyir.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Şoranyer qarğa soğanı
Elmi adı - Gladiolus halophilus Boiss. et Heldr.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15—18 mm hündürlükdə, 10—15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20-25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3-7 mm enində, 3—4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4—6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır .
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə.Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Diana Abla
Diana Abla (d. 29 iyul 1995) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Abla, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara ada
Qara ada - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 7-ci hissəsidir.
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma Ata
Alma Ata - türk və Mərkəzi Asiya mifologiyalarında xüsusilə qazax əfsanələrində adı çəkilən əfsanəvi övliya. == Xüsusiyyətləri == Bir rəvayətə görə yer üzündə ilk alma ağacını yer üzündə o tikmişdir. Qazaxıstanın paytaxtı Almatının adı buradan gəlir və almalı (və ya almanın yayıldığı yer) deməkdir. Onsuz da bu şəhərin eks adı da Alma Atadır. Yaxın bir zamana qədər də bu şəhərin adı rəsmi olaraq da Alma Ata idi. Almanın varlığı ilk insana qədər uzandığı üçün Alma Ata'nın haradasa ilk insan ilə ortaq bir keçmişin məhsulu olduğu qarşıya sürə bilər. Alma sözcüyü əmr kipinde mənfi quruluşda "Alma!" şəklində də ələ alınsa, almanın qadağan bir meyvə olduğu bir daha aydın olacaq. Lakin bu qadağa o biri dünyaya aid olduğu, bu dünyada isə kənar aləmin tam tərsi bir məntiq etibarlı olduğu üçün ən müqəddəs və ən məşhur ağac ilə meyvəsi almadır. == Türk mifologiyasında alma == Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
İnformasiya çıxarma
İnformasiya çıxarma (ing. information extraction, rus. извлечение информации, türk. bilgi çıkarma) – təbii (insan) dildə yazılmış sənədlərdən tanınabilən informasiyanın kompüter vasitəsilə çıxardılmasından ibarət hərəkət; məsələn, ingilis dilində hava haqqında məlumatı oxuyub, tarix və temperaturlar cədvəlinin qurulması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alaq əməköməci, balba
Alaq əməköməci — (lat. Malva neglecta) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. == Karyerası == O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Ayla Akat Ata
Ayla Akat Ata (16 fevral 1976, Diyarbəkir) — Türkiyə siyasətçisi və hüquqşünası. O, Sülh və Demokratiya Partiyasından Batman vilayətini təmsil edərək Türkiyə Böyük Millət Məclisinin XXIII və XXIV çağırış deputatı olmuşdur. == Həyatı == Dəclə Universitetinin Hüquq fakültəsini bitirmişdir. İnsan Haqları Dərnəyi, Cəmiyyət və Hüquq Araşdırmalar Vəqfi, Göç-Der və Diyarbakır Qadınlar Platformasının üzvü olmuşdur. O, 2007-ci il seçkilərində müstəqil namizəd kimi Batmandan millət vəkili seçilmişdir. Daha sonra parlamentdəki Demokratik Cəmiyyət Partiyası qrupuna daxil olmuşdur. O, 2009-cu ildə partiya buraxıldıqdan sonra Sülh və Demokratiya Partiyasına üzv olmuşdur. 4 fevral 2010-cu ildə Bengi Yıldız ilə birlikdə Türkiyə Böyük Millət Məclisində partiyanın qrup sədr müavini təyin edilmişdir. 2011-ci ildə yenidən müstəqil Batman millət vəkili seçilən Ata parlamentdəki BDP qrupuna daxil edilmişdir. 2013-cü ildə partiyanın qərarı ilə partiyaya çevrilən Xalqların Demokratik Partiyasında üzvlüyünü davam etdirmişdir.
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma - alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Bursa bursa-pastoris
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Ağa-bala Hacıyev
Ağa-bala Hacıyev – texniki elmlər namizədi, AR Nazirlər Kabineti Aparatının rəhbəri == Həyatı == Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlamış, daha sonra çilingər olmuşdur. 1960-1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunun (Ukrayna) tələbəsi olmuşdur.1965-1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin "Azərenerjisazlama" müəssisəsində mühəndis, baş mühəndis olmuşdur. Sex rəisinin müavini vəzifələrində işləmişdir. 1978-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışmış, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşdur. 1991-1994–cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir. A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Bala Qusar
Bala Qusar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bala Qusar oyk, mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sol sahilində, Qusar maili düzənliyindədir. Oykonim "Qusar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. Kənd XIX əsrdə Qusardan köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1446 nəfər əhali yaşayır.
Bala Qəcər
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Bala Soltanlı
Balasoltanlı və ya Bala Soltanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Etnotoponimdir. Oykonim "Soltanlı yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Adı Cəbrayıl rayonundakı Soltanlı kəndi ilə bağlıdır. == Tarixi == Yaşayış məntəqəsini XIX əsrin ortalarında indiki Cəbrayıl rayonundakı Soltanlı kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 7 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Balasoltanlı kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Bala Təklə
Bala Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 467 nəfərdir. == Toponimiyası == Keçmiş adı Abdulla Təkləli olmuşdur. Abdulla həmin kənddə məskunlaşmış təklə tayfasına mənsub ailələrin başçısının adıdır. "Təklə yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Etnotoponimdir.
Bala qaraşəngi
Bala qaraşəngi — (lat. Scrophularia minima Bieb.) – Keçiqulağıkimilər (Scrophulariaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Alçaqboylu, 4–10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1–4 sm uzunluğunda, 8–20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4–4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5–6 mm uzunluğunda, şarvari – yumurtavaridir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir.
Bala qırxbuğum
Kiçik qırxbuğum (lat. Polygonum minus) - qırxbuğum cinsinə aid bitki növü.
Bala Çaylı
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır.Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. == Tarixi == Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır. Əhalinin 546 nəfəri kişilər, 543 nəfəri qadınlardan təşkil olunmuşdur.
Bala İsgəndərov
Bala İsgəndərov (tam adı: Bala Ağa-Hüseyn oğlu İsgəndərov; 21 dekabr 1936, Bakı – 9 avqust 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == Bala Ağa-Hüseyn oğlu İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə təhsilini davam etdirmək üçün SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika-riyaziyyat fakültəsinə köçürülmüşdür. B.A.İsgəndərov 1961-ci ildə bu fakültəni bitirmiş, həmin il ADU-nun aspiranturasına daxil olmuş və MDU-ya ezam olunmuşdur. O, professor A.Q.Kostyuçenko və professor M.V.Fedoryukun rəhbərliyi altında namizədlik dissertasiyası yazmışdır. == Elmi və pedoqoji failiyyəti == 1964-cü ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) işləyir. Otuz ildən artıqdır ki, həmin institutun “Diferensial tənliklər” şöbəsinin müdiridir. 1967-ci ildə B.A.İsgəndərov AMEA-nın RMİ-da “Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu işdə o, Petrovskiyə görə korrekt tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi vermiş və məsələnin həllinin azalma sürətini dəyişənlərin fəza ölçüsündən asılı olaraq təyin etmişdir.
Bala Şahağac
Bala Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Şahağac Astara rayonunun Kakalos inzibati ərazi vahidində kənd. Lənkəran ovalığında, Xəzər dənizi sahilindədir. Oykonim "Kicik şahağac kəndi" deməkdir. Şahağac ərazidəki ağac növlərindən birinin adıdır.18 km rayon mərkəzinə. == Etimologiyası == Kəndin adı Azərbaycan dilndəki bala «kiçik», şah «böyük», «iri» və ağac sözlərinin birləşməsindəndir. == Tanınmış şəxslər == Şakir Yaqubov — jurnalist.
Bala Şamlıq
Bala Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Kiçik Şamlıq kəndi" deməkdir. Şamlıq komponentini tədqiqatçılar "şam ağacları çox olan yer", "şamlu tayfasının adı", "günəşə, işığa tapınanlar" və s. kimi açıqlamağa çalışmışlar. Lakin Azərbaycanda coğrafi termin şam yer (şamlıq) ifadəsi işlənməkdədir ki, bu da "otlu, xam yer" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd iki dağ silsiləsinin arasında, dərədə yerləşir. Kəndin içərisindən Zəyəmçay keçir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Bala Şamlıq kənd kitabxana filialı, Bala Şamlıq kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. == Toponimiyası == Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. == Coğrafiyası == Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. == Tarixi == Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Bala Əfəndiyev
Bala İbrahim oğlu Əfəndiyev (1893, Çaykənd, Qazax qəzası – 1938, Bakı) — bolşevik dövlət xadimi, Azərbaycanda və Ermənistanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, repressiya qurbanı. == Həyatı və fəaliyyəti == Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulub. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən nəsillərdən idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Balanın tərbiyəsi ilə əmisi molla Məhəmməd Əfəndi və atalığı Hacı Əhməd Əfəndi məşğul olurlar. Bala öz kəndlərində molla məktəbini bitirir. Daha sonra əmiləri Balada elm və sənətə olan böyük həvəsi görüb, onu 1907-ci ildə Qazaxda təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağa göndərirlər. Bala Əfəndiyev həmin siniflərdə təhsilini davam etdirir, rus dilinə yiyələnir[2]və 1912-ci ildə məktəbi bitirir. Sərbəst həyat arzusu gənc Balanı 1913-cü ildə Bakıya gətirir.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Bala-Muğanlı
Bala Muğanlı — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı.
Barja
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir.2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Aykut Barka
Barra (kommuna)
Barra (fr. Barras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 156 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 92 yaşında (15-64 yaş arasında) 63 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.5%, 1999-cu ildə 79.5%). Fəal olan 63 nəfərdən 60 nəfər (32 kişi və 28 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi. Aktiv olmayan 29 nəfər arasında şagird və ya tələbə, 10 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Martina Barta
Martina Barta (çex. Martina Bárta; d. 1 sentyabr 1988, Praqa, Çexiya) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Normandiya çıxarması
Normandiya çıxarması - kod adı "Overlord əməliyyatı" və ya "Neptun əməliyyatı" olan və İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilmiş idi.Bu əməliyyat iyun-sentyabr aylarında olmuş və alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnmişdir Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsi ilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normandiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi. Almaniyanı(Üçüncü Reyx)hərbi qüvvəsi:380.000(23 iyul) Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) hərbi qüvvəsi:1.332.000(24 iyul) Almaniya (Üçüncü Reyx):4.000-9.000 arasında ölü, yaralı və əsir. Müttəfiq ölkələr: 1)ABŞ:1465 ölü,5138 yaralı, əsir və itkin 2) Böyük Britaniya:2700 ölü,yaralı və əsir 3) Kanada:500ölü,621 yaralı Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) cəmi itkisi:10.264 ölü,yaralı,itkin,əsir. == Ümumi vəziyyət == 1943-cü ilin əvvəllərində Stalinqrad cəbhəsində ən ağır məğlubiyyətini alan və bunun ardınca Kursk uğrunda gedən döyüşlərdə də uduzan Almaniya artıq ən ağır günlərini yaşamaqda idi.
Göycə qala (Marağa)
Göyce qala- İranın Şərqi Azərbaycan ostanının Saracu nayihəsində yerləşən tarixi abidə . Qala Marağa şəhərinin 45 km cənub-şərqində Saracu nayihəsinə daxil olan eyni adlı kəndin qərbində, Quruçayın kənarında yerləşir. İran Mədəniyyət nazirliyi (Miras-i Ferhengi) 2003-cü ildə qalanı 10471 nömrəsi ilə milli əsər kimi qeydə almışdır. == Tarixi == Şərqi Azərbaycan ostanının xüsusilə Marağa bölgəsinin dağlıq şəraiti burada müdafiə-məskunlaşma qalalarının salınmasına səbəb olmuşdur. Qalanın Göycə adını ətrafında yerləşən yaşıl daşlardan aldığı qəbul edilir. Aparılan tədqiqatlar zamanı qalaya aid heç bir kitabə aşkar edilməyib. Buna görə də qalanın dəqiq tikilmə tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur. İran Mədəniyyət nazirliyinin verdiyi məlumata əsasən qalanın Urartu dönəmində tikildiyi ehtimal edilir. Bu məlumata biz ilk Volfram Kleissin tədqiqatlarında rast gəlirik. Bəzi tarixçilərin fikrincə isə qalanın yerləşdiyi ərazi Urartu dövlətinin deyil Manna dövlətinin sərhədləri daxilində olub.
Senecio barba-johannis
Senecio barba-johannis (lat. Senecio barba-johannis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.