AL EYLƏMƏK
ALA-DƏMGİL
OBASTAN VİKİ
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ala qaçuu
Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri. Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün. Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır. Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib. Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi. Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir. 2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı.
Ala (Roma ordusu)
Ala (latın dilində: ala -hərfi mənada "qanad" falanqalarda legion süvarilərinin ənənəvi döyüş mövqeyinə görə belə adlandırılmışdır) - Roma ordusunda köməkçi süvari hissəsi. Sonralar Ala (Roma ordusu) əsasən müttəfiqlərin süvari hissələri əsasında təşkil olunurdu (ala sociorum). Ala süvari hüssələrindən ilk dəfə İmperator Sezarın qallara qarşı hərbi əməliyyatları zamanı istifadə olunmuşdur. Hər bir ala 10 turmadan ibarət olmuşdur. 500 atlıdan, prefekt istisna olmaqla, (atların ümumi sayı-504) ibarət olan ala quingenaria, 1000 atlıdan, prefekt istisna olmaqla (atların ümumi sayı-1090) milliaria adlanırdı. Ala quingenaria hər biri 10 döyüşçü və 1 zabitdən ibarət 3 dekuriyadən (onluq) təşkil olunmuş ibarət 16 turmaya, Ala milliaria isə prefektin (praefectus alae) komandanlığı altında 24 turmaya bölünürdü. Tarixçilərə görə möhkəmləndirilmiş hərbi düşərgədə 4 alae milliariae və 5 alae quingenariae yerləşirdi. Ala süvarisi alaris (alarius) adlanırdı. Döyüş dəvələrindən (alae dromedariae) ibarət alalar da mövcud olmuşdur. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Ala-Arça (milli park)
Qırğızıstanın Milli Təbii Parkı Ala-Arça (qırğ. Ала-Арча) — Qırğızıstanın paytaxtından 41 km məsafədə Qırğız silsiləsinin (Kirg. Qırğız Ala-Too) şimal yamacında 1600–4860 metr yüksəklikdə yerləşən parkdır. 2280 hektar ərazini əhatə edir. Qırğızıstanın Ala-Tu yüksəkliyindən başlayaraq, şimala doğru Ala-Arçinski dərəsinə doğru uzanır. Ala-arxa çayı parkdan keçir. Ala-arxa çayı parkın ərazisindən keçir. Parkın direktoru Qasımbəyov Marat Aşurbəyoviçdir. Ala — rəngarəng, zolaqlı; arça — ardıc mənalarını verir. Milli park Qırğızıstan SSR Nazirlər Sovetinin 29 aprel 1976-cı il tarixli fərmanı ilə 19.4 min hektar ərazidə yaradılmışdır.
Beynəlxalq Ala-Too Universiteti
Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin] Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur. Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə ​​qəbul olunurlar.
Beynəlxalq Atatürk - Ala-too Universiteti
Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin] Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur. Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə ​​qəbul olunurlar.
Croton alabamensis
Croton alabamensis (lat. Croton alabamensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
Cəsur ürək gəlini alacaq (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Cəsur ürək gəlini alar (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Dallas qraflığı (Alabama)
Daucus alatus
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
David Alaba
David Alaba (alm. David Olatokunbo Alaba‎; 24 iyun 1992[…], Vyana) — Avstriya futbolçusu, Real Madrid FK və Avstriya milli futbol komandasının oyunçusu. 24 iyun 1992-ci ildə doğulub. Alaba mənşəcə afroasiyalıdır, anası filippinli, atası nigeriyalıdır. Anasının peşəsi tibb bacısı, atasının peşəsi disk jokeydir. (əvvəl reper). 24 iyun 1992-ci ildə Vyanada doğulan David Alaba öz karyerasına "Austriya Vyana" klubunda başlayıb. Artıq 2008-ci ildən, Alaba Avstriyalı klubun ehtiyatında özünə yer qazanmışdı. "Austriya"nın ehtiyat tərkibində 5 matçdan sonra David Bayern Münhen klubuna keçdi. 2010-cu ilin yanvarından isə "Bayern Münhen" klubunun əsas məşqlərinə cəlb olundu.
DeKalb qraflığı (Alabama)
Deyl qraflığı (Alabama)
Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur. Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
Disney’s Aladdin (Capcom)
Disney’s Aladdin (Capcom) - "Capcom" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Küçə oğrularından biri olan Ələddin sehrli çıraq tapır və bu çıraqda üç arzunu yerinə yetirən Cin vardır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və arzusuna nail olur. Lakin Aqrabah Sultanının qəddar vəziri Cəfər, onun taxt-tacına sahib olmaq üçün müxtəlif hiylələrə əl atır. Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribanlıq olur.
Disney’s Aladdin (Virgin Interactive)
Disney’s Aladdin (Virgin Interactive) — "Virgin Interactive" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Cəfər küçə oğrularından biri olan Ələddini Möcüzələr mağarasına apararaq ona sehrli çırağın yerini deyir. Ələddin sehrli çırağı tapır və bu çıraqdan üç arzunu yerinə yetirən Cin çıxır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və Əli-Ababua cildində Arabaha gələrək Jasminin könlünü almağa nail olur. Lakin Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribançılıq olur. Sultan isə onların evlənmələrinə razı olur.
Dotan (Alabama)
Dotan /ˈdoʊθən/ ABŞ-nin Alabama ştatının cənub-şərq küncündə, Corciya sərhəddindən 32 km qərbdə və Florida sərhəddindən 26 km şimalda yerləşən şəhər. Deyl və Henri qraflığına qədər uzanan şəhər Hyuston qraflığının inzibati mərkəzidir. Adı Yaradılış 37:17: "Dotana gedək." ifadəsindən götürülmüşdür. 2010-cu il əhalinin siyahıyaalma məlumatına əsasən şəhərin əhalisi 65,496 nəfərdir. Official website Dothan Chamber of Commerce Historic photos Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Landmark Park Dotan Ceniva, Henri və Hyuston qraflıqlarını əhatə edən Dotan Metropoliten Statistik Sahəsinin əsas şəhəridir; Deyl qraflığına uzanan kiçik bir hissəsi isə Enterprays-Ozark Mikropolitan Sahəsinə aiddir. 2010-cu ildə Dotan metropoliten ərazisinin ümumi əhalisi 145,639 nəfər olmuşdur. The city serves as the main transportation and commercial hub for a significant part of southeastern Alabama, southwest Georgia, and nearby portions of the Florida Panhandle. Since approximately one-fourth of the U.S. peanut crop is produced nearby, with much of it being processed in the city, Dothan is sometimes referred to as "The Peanut Capital of the World". Dothan also hosts the annual National Peanut Festival at the dedicated "Peanut Festival Fairgrounds". İndiki Dotan ərazisində min illərlə yerli xalqların mədəniyyətləri mövcud olmuşdur.
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dəniz kənarıyla qaçan Alabaş
Dəniz kənarıyla qaçan Alabaş — Çingiz Aytmatovun yazdığı povest. "Dəniz kənarıyla qaçan Alabaş" romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Ephedra alata
Ephedra alata (lat. Ephedra alata) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. Ephedra alata var. decaisnei Stapf Ephedra alata subsp. alata Ephedra alata subsp. alenda (Stapf) Trab. Ephedra alata subsp.
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alangii
Euseius alangii (lat. Euseius alangii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Giuli Alasania
Qiuli Qivievna Alasaniya (gürc. გიული გივის ასული ალასანია; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır. Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi.
Giuli Alazania
Qiuli Qivievna Alasaniya (gürc. გიული გივის ასული ალასანია; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır. Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi.
Hantsvill (Alabama)
Hantsvill — ABŞ-nin Alabama ştatının Medison qraflığında şəhər..
Hyptis alata
Hyptis alata (lat. Hyptis alata) — dalamazkimilər fəsiləsinin hyptis cinsinə aid bitki növü.
Həmidiyə Alayları
Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz, türkmənlər, yörük və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı. Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur. Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları. Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər. Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi.

Digər lüğətlərdə