Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quluzadə
Quluzadə — Azərbaycanlı soyadı. Vəfa Quluzadə — politoloq, Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri (1990–1999). Mirzəağa Quluzadə — Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Zümrüd Quluzadə — fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Amit Quluzadə — Qəbələ FK oyunçusu. Lətifə Quluzadə — A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı.
Amit Quluzadə
Amit Quluzadə — "Qaradağ Lökbatan" klubunun baş məşqçisi və keşmiş azərbaycanlı futbolçu. == Karyerası == 20 noyabr 1992-ci ildə Bakıda anadan olub. Amit peşəkar futbolçu karyerasına "Neftçi"də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin "Kayseri Erciyesspor" klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi "Rəvan"da top qovub. 2013-cü ildə "Qəbələ" FK yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb. 2017-ci ilin Yanvar ayında isə Yunanıstanın Larrisa FK klubu ilə 2.5 illik müqavilə imzaladı. === Məşqçi karyerası === Quluzadə 2024-cü ilin sentyabr ayında "Qaradağ Lökbatan" klubunun baş məşqçisi təyin edilmişdir.
Aqşin Quluzadə
Aqşin İlham oğlu Quluzadə (31 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Klub karyerası == === Keşlə FK === Quluzadə Keşlə FK akademiyası vasitəsilə inkişaf etmişdir.2006-cı idən İnter PİK də oynamağa başlamışdır. Quluzadə əsas komanda ilə debütünü 4 may 2016-cı ildə etmişdir. O, Qarabağ FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Kuboku görüşündə Qarabağa 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistiklkası == === Klub === 16 Yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Elmin Quluzadə
Elmin Şəmsi oğlu Quluzadə (1 noyabr 1998, Kəngərli, Tərtər rayonu – 2020) — şəhid. == Həyatı == 1998-ci il noyabrın 1-i tarixində Tərtər rayonu Kəngərli kəndində anadan olub. Suqovuşan fatehlərindən olan Elmin Quluzadənin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Elminin düşmənə nifrəti, vətənə sevgisi onu ikinci Qarabağ müharibəsinə göndərdi. Sevərək döyüşlərə qatılan Tərtərli gənc adını qəhrəmanlıq tarixinə yazdı. Tərtər rayonunun Kəngərli kənd sakini Elmin Quluzadə Sentyabrın 21 könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonlarını istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. 17 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğulub boya -başa çatdığı Tərtər rayonunda dəfn edilib.
Elşən Quluzadə
Kamran Quluzadə
Lətifə Quluzadə
Lətifə Nəsir qızı Quluzadə — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı. == Həyatı == Lətifə Quluzadə 29 avqust 1946-cı ildə Bakıda doğulub. 189 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq orada dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnib (1964-1969). Lətifə Nəsir qızı Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. İşlədiyi müddət (1976-1995) ərzində Telman Qarabağlının «Du-du, yol verin», Rada Moskovanın «Hara qaçırsan, dayça?», Yuri Oleşanın «Üç gombul», Reno Pilonun «Bizim evdə», Mirzə Cəlinin «Pırpız Sona», Bertolt Brextin «Kuraj ana», Aleksandr Ostrovskinin «Qar qız» tamaşalarının rəssamıdır. Rəssam Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda keçirilmiş festival və sərgilərin iştirakçısıdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Lətifə Quluzadə Azərbaycan Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Ağqoyunlular və Qaraqoyunlular», Opera və Balet teatrında Fikrət Əmirovun «Sevil» (geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında «Quyu», Mağara», «Ğara», Kamera teatrında Qoqolun «Dəlinin qeydləri», Musiqili Komediya teatrında «Məlikməmməd», «Bazar günü gəzinti» və bir çox səhnə əsərlərinin quruluşçu rəssamıdır. Lətifə Quluzadə Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib. O, 2000-ci ildən yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına qayıdaraq baş rəssam təyin olunub.
Mahmud Quluzadə
Quluzadə Mahmud Məmməd oğlu – dosent, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1992–1994-cü illər) == Həyatı == Quluzadə Mahmud Məmməd oğlu 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. 1967-ci ildə ADU-nun "İqtisadiyyat" fakültəsini bitirib. Həmin ildən 1992-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitunun dosenti işləyib. 1972-ci ildə namizədlik dissertasiyasının müdafiə edib. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. 1992–1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir.
Mirzəağa Quluzadə
Mirzağa Quluzadə (25 oktyabr 1907, Salyan, Cavad qəzası – 1979) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Mirzağa Quluzadə 24 oktyabr 1907-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1923–1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda təhsil almışdır. 1927–1932-ci illərdə Salyan şəhər orta məktəbində müəllim işləmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilini başa vuraraq Qazax pedaqoji məktəbində müəllim işləmişdir. 1939–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının aspirantı olmuşdur. 1948–1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləmişdir. 1948-1952-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, 1952–1958-ci və 1969–1979-cu illərdə isə direktor vəzifəsində çalışmışdır. 1948-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Musa Quluzadə
Musa Quluzadə (Tam adı: Musa Nizam oğlu Quliyev; d.20 may 1939, Masallı, Xıl k.) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Musa Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olmuşdur. Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir. Dinimiz dünən və bu gün, Bakı, 1996 (monoqrafiya) Müstəqil Azərbaycan Respublikasında din münasibətləri, Bakı, 1999 Azərbaycanda dövlət və din münasibətləri (1920-2000-ci illər), Bakı, 2002 Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991–ci illər), Bakı, 2006 Azərbaycanın dövlətçilik tarixi (dərslik), Bakı, 2016 150-dən artıq elmi və publisistik məqalələrin müəllifidir. Xəzərim mənim Kor Xəlil Sərhədsiz quşlar Kölgədə bitən...
Məhəmməd Quluzadə
Məmmədpaşa Quluzadə
Məmmədpaşa Piri oğlu Quluzadə (1914, Bakı – 1994, Bakı) — texnika elmləri doktoru (1959), professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1965), SSRİ-nin fəxri neftçisi (1971), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1971), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), "Qırmızı Əmək Bayrağı" (1967), "Lenin" (1984) və II dərəcəli Vətən müharibəsi (1985) ordenləri laureatı. Quluzadə Məmmədpaşa Piri oğlu Bakının Əmircan kəndində anadan olmuşdur. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, 1941-ci ilə qədər "Əzizbəyovneft" trestinin neft mədənlərində texnik, qazıma ustası, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1946–1949-cu illərdə AzSİ-nun aspirantı olub. 1949-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 1949–1961-ci illərdə AzNKİ-da assistent, dosent, professor, 1961-ci ildən həyatının sonuna qədər isə "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri, rektorun məsləhətçisi olmuşdur. 1951–1964-cü illərdə bu institutun elmi işlər üzrə prorektor olub. 1960-cı ildə "Maili quyuların turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1968-ci ildə Quluzadə M. P. Azərbaycan EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Orxan Quluzadə
Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994; Lənkəran şəhəri, Azərbaycan — 8 noyabr 2020; Bartaz, Zəngilan, Azərbaycan) — Azərbaycan Çevik Hərəkət Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub. 2000-2011-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə təhsil alıb. Ailəli idi, Ayla adında bir qızı yadigar qaldı. Orxan Quluzadə 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Azərbaycan Quru Qoşunlarının Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 4-cü Ordu Korpusunda müddətli həqiqi hərbi xidmət keçib. 2018-ci ildən isə Azərbaycan Çevik Hərəkət Qüvvələrinin Yevlax briqadasında kiçik gizir kimi hərbi xidmətə başlayıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Quluzadə noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Şükürataz dağı istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərviz Quluzadə
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Qurbanəli Quluzadə
Ramin Quluzadə
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021). 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
Tapdıq Quluzadə
Vasif Quluzadə
[mənbə göstərin] Vasif Quluzadə (tam adı: Vasif Ələsgər oğlu Quluzadə ; d. 17 avqust 1939, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet alimi, geomorfoloqu, coğrafiya üzrə fəlsəfə doktoru. V. Ə. Quluzadə 1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1971–1974-cü illərdə Azərbaycan MEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1982-ci ildə "Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildən Azərbaycan MEA Coğrafiya institutunda geomorfologiya şöbəsində kiçik elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifəsində çalışır. Əsas elmi istiqaməti geomorfologiya, paleocoğrafiya, neotektonika sahələridir. Respublikanın dağlıq bölgələri üzrə müxtəlif miqyaslı geomorfoloji xəritələr tərtib etmişdir. Relyefin morfostruktur və morfoskulptur təhlilinə əsasən müxtəlif tipli faydalı qazıntı yataqlarının morfostrukturlarla genetik əlaqəsini öyrənmişdir.
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfadar Quluzadə
Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001, Bünyadlı, Beyləqan rayonu – 3 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xaqani Quluzadə
Xaqani Quluzadə (tam adı:Quluzadə Xaqani Zahid oğlu; 6 avqust 1977, Marneuli rayonu) — Azərbaycan iş adamı, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri (2010–2013), "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri. Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda ziyalı ailəsində anadan olub. 2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində "Executive Global Master’s in Management" proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir (hər ikisi fərqlənmə ilə). 1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir. 2010-cu ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur. "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir. Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
Zümrüd Quluzadə
Quluzadə Zümrüd Əliqulu qızı (17 mart 1932, Bakı – 26 sentyabr 2021, Bakı) — Azərbaycanın Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim. Zümrüd Quluzadə 17 mart 1932-ci ildə ziyalı ailəsində anadan olmuşdur. 1939–1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, oranı da fərqlənmə ilə bitirmişdir. 1954-cü ildən 1957-ci ilə kimi V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gəlmişdir. Hazırda həmin İnstitutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Z. Quluzadə 26 sentyabr 2021-ci ildə səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib. O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. Zümrüd xanımın namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə — hürufiliyə və Azərbaycanda onun nümayəndələrinə həsr olunmuşdur. Onun Hürufilik və onun Azərbaycandakı nümayəndələri kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini Təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər.
Əlimərdan Quluzadə
Ələmdar Quluzadə
Ələmdar Quluzadə - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyabr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur.
Fəqan Quluzadə
Fəqan Quluzadə (14 may,1995) Azərbaycanlı cüdoçu == Haqqında == Fəqan Quluzadə 14 may 1995-ci il tarixində anadan olub. Ulan-Batorda keçirilən 2016-cı il Cüdo Qran-Prisində 73 kq çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. O, həlledici görüşdə digər azərbaycanlı cüdoçu Telman Vəliyevlə qarşılaşıb və qalib gəlib. 2017-ci ildə Fəqan Quluzadə (81 kq) öz çəki dərəcələrində Azərbaycan çempionu adına layiq görülüb. Daşkənddə keçirilən 2017-ci il Cüdo Qran-Prisində 81 kq çəki dərəcəsində bürünc medala layiq görülmüşdür.
Gülzar
Gülzar (Kirman)
Gülşad
Gülşad Xanım və ya Gülşad — azərbaycanlı şairə, aşıq.[mənbə göstərin] Təxminən XVI əsrin sonu – XVII əsrin birinci yarısında yaşadığı güman edilən Gülşadın "Təsnifi-Gülşad" adlı əsərindən başqa əldə heç bir yazısı mövcud deyil.
Gülhanə parkı
Gülhanə Parkı — İstanbul şəhərinin Fatih ilində yer alan tarixi bir parkdır. Alay köşkü, Topqapı sarayı və Sarayburnu arasında yerləşir. == Tarixi == Gülhanə Parkı, Osmanlı imperiyası dönəmində Topqapı sarayının xarici bağçası və içində bir qoruq və qızılgül bağçalarını saxlayardı. Türk tarixində demokratikləşmənin ilk konkret addımı olan Tənzimat fərmanı, 3 noyabr 1839-cu ildə Abdülmecit dövründə Xarici İşlər Naziri Mustafa Rəşid Paşa tərəfindən Gülhanə parkında oxunmuşdur və bu səbəblə Gülhanə Xətti Hümayunu da deyilir. İstanbul şəhərinin başçısı Cəmil Paşa (Toppuzlu) zamanında düzəldilərək 1912-ci ildə park halına gətirildi və xalqa açıldı. Ümumi sahəsi 163 dönüm (918,393 mt2lik qədim bir sahə ölçüsüdür. Günümüzdə isə 1000 mt2 sahəyə bərabər olan dekar yerinə istifadə edilir) qədərdir. Parkın girişində sağ tərəfdə İstanbul mer və bələdiyyə sədrlərinin büstləri var. Parkın ortasından iki tərəfi ağaclı yol keçir. Bu yolun sağında və solunda istirahət yerləri, uşaq bağçası var.
Gülnarə Kərimova
Gülnərə İslamovna Kərimova (özb. Gulnora Islomovna Karimova; 8 iyul 1972, Fərqanə) — Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun qızı; Özbəkistanın İspaniyadakı səfiri (yanvar 2010 - iyul 2012) == Həyatı == Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib. == Fəaliyyəti == 2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışır. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir.
Gülnarə Nəbibəyova
Gülnarə Qurbanova
Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.
Gülnarə Xəlilova
Gülnarə Vidadi qızı Xəlilova (3 iyun 1972, Bakı) — modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru. "Gülnarə Xəlilova Moda Evi"-nin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri. == Həyatı == Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır.
Gülnarə Əhmədova
Gülnarə Əhmədova (tam adı: Gülnarə Allahverdi qızı Əhmədova; 20 oktyabr 1959, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Gülnarə Allahverdi qızı Əhmədova 1959-cu il oktyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakıdakı 134 №-li orta məktəbi bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1982-ci ildə həmin fakültəni "Neft və qazın kimyəvi emalı" ixtisası üzrə bitirmiş (ona mühəndis kimyaçı-texnoloq kvalifikasiyası verilmişdir), təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmişdir. Elmi fəaliyyətə akademik V.S.Əliyevin rəhbərlik etdiyi laboratoriyada mühəndis vəzifəsində başlamışdır. 1986–1989-cu illərdə həmin laboratoriyada qiyabi aspirantura təhsili keçmiş, akademik V.S.Əliyevin və k.e.n. Z.H.Əsədovun rəhbərliyi ilə dissertasiya işini yerinə yetirmişdir. G.A.Əhmədovanın namizədlik işi neft sənayesində müxtəlif məqsədlərlə istifadə oluna bilən akrilat tipli oliqomer və polimer təbiətli yeni səthi-aktiv maddələrin (SAM) alınmasına, tədqiqinə və tətbiqinə yönəldilmişdir. Alınmış SAM-lar yeraltı laylardan neftin sıxışdırılıb çıxarılma əmsalının artırılmasında, neft quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərinin stabilləşdirilməsində, qazma zonasının izolə edilməsində, ətraf mühiti hidrogen sulfidlə çirkləndirən sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinin qarşısının alınmasında yüksək effektivlik göstərmişlər.
Gülnarə Əsgərova
Gülarə Azaflı
Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri (2000). == Həyatı == Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir. Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib. 2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festivalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festivalında, Karsda keçirilən "Akyaka Tarım" festivalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.
Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri. == Həyatı və fəaliyyəti == Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur. Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir. == Mükafatları == 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Gülarə Fərhadova
Gülarə Fərhadova (tam adı: Gülarə Məmməd Tağı qızı Fərhadova; 28 oktyabr 1944 – 27 oktyabr 2004) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Gülarə Məmməd Tağı qızı Fərhadova 1944-cü il oktyabrın 28-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuş, 1961-ci ildə Bakı şəhərinin 23 saylı orta məktəbini bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olunmuşdur. 1966-ci ildə BDU-nu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdindəki aspiranturada təhsil almış, 1969-cu ildən Neft-Kimya Prosesləri İnstitutunda elmi və əmək fəaliyyətini davam etdirmişdir. 1969-1990-ci illərdə kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1990-cı ildən “Katalitik krekinq və piroliz” laboratoriyasının müdiri təyin edilmişdir. Gülarə Fərhadova 1971-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Qalxanvarı katalizator axınlı reaktorda katalitik krekinq prosesinin optimallaşdırılması və riyazi modelləş¬dirilməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Yüksək oktanlı benzin və C3-C5 izoparafin və izoolefin karbohidrogenlərinin alın¬ması üçün neft xammalının destruktiv izomerləşməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1995-ci ildə “Neft kimyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. Professor Gülarə Məmməd Tağı qızı Fərhadova 2004-cü il oktyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == G.Fərhadovanın elmi işləri, əsasən heterogen kataliz proseslərinin texnologiyasına həsr edilmişdir. O, lift-reaktor sistemlərinin riyazi modellərini işləyib hazırlamışdır. Apardığı elmi tədqiqatları neft emalının dərinləşdirilməsinə və alınan məhsulların keyfiyyətlərinin yaxşılaşdırılmasına yönəlmişdir.
Gülarə Qazıyeva
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülarə Qədirbəyova
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Həyatı == Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.
Gülzar (Kirman)
Gülzar (Deh Taziyan, Qəriyət əl Ərəb) — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,131 nəfər və 1,164 ailədən ibarət idi.
Gülzar (Mərənd)
Gülzar (fars. گل زار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (38 ailə).
Gülzar (Təbriz)
Gülzar (fars. گلزار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (18 ailə).
Gülzar Abdullayeva
Abdullayeva Gülzar Rza qızı (1914, Şahsevən[d], Qaryagin qəzası – 1 may 1993, Şahsevən[d], Beyləqan rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Azərbaycan SSR Ali Sovetinin (IV–V çağırış) deputatı olmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Gülzar Mustafayeva
Gülzar Əliheydər qızı Mustafayeva (1958) — AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya elmlər doktoru. == Həyatı == Gülzar Əliheydər qızı Mustafayeva 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Yaminov Heydər Əliyansar oğlu AZNeft mədənləri idarəsində quyuların yeraltı təmiri ustası olmuşdur. Anası Yaminova Ədilə Əliyansar qızı evdar qadın olmuşdur. Gülzar Əliheydər qızı Mustafayeva 1976-cı ildə Bakı şəhəri 204 saylı orta məktəbi bitirmişdir. 1982–ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1982-ci ildən AMEA Zoologiya İnstitutunun “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları“ laboratoriyasının laborantı və dissertantı olmuşdur. 1990-ci ildə “Şərqi Azərbaycanın afelinidləri (Hymenoptera, Aphelinidae) və onların faunası, ekologiyası, təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (Bakı) . 2017-ci ildə “Azərbaycanda kənd təsərrüfatı , park-dekorativ bitkilərinə zərər verən bərabərqanadlılar (Homoptera: Coccoidea, Aleurodidea, Aphidoidea), onların parazit və yırtıcıları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == G. Ə. Mustafayeva 1982 - 1985-ci illərdə “Faydalı həşaratların introduksiyası və və akklimatizasiyası “ laboratoriyasında laborant, kiçik elmi işçi, 1990 - 2018-ci illərdə isə “Faydalı cücülərin introduksiyası və bioloji mübarizınin elmi əsasları“ laboratoriyasında böyük elmi işçi vəzifəsində calışmışdır.
Gülzar Qurbanova
Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifinə qəbul olunur. Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir. == Fəaliyyəti == 1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib. Kinoda 20-dən çox obraz yaradıb. Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s.
Gülzar Rzayeva
Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi. == Həyatı == Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, mülki məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir. 2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədri olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb. Hal-hazırda Ali Məhkəmənin hakimidir.
Gülzar İbrahimova
İbahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Aldərə, Meğri rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H. Zərdabi mükafatçısı. == Həyatı və yaradıcılığı == Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965–1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ — nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir. 1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir.
Gülzar İmaməliyeva
Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. == Həyatı == İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Gülşad Baxşıyeva
Gülşad Eynulla qızı Baxşıyeva (12 dekabr 1952, Kürdəxanı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professor və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Gülşad Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971–1975-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir. O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğu zaman, müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır. 2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür.