Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
IETF sənədlər seriyası
IETF sənədlər seriyası (ing. Request for Comments) – İnternetin “quruluşunu” (məsələn, TCP/IP standartlarını) müəyyən edən IETF sənədlər seriyası (standartlar, təlimatlar, işçi qrupların hesabatları və s.). ISOC üzvü olan istənilən şəxs RFC-də dərc olunmaq üçün sənədi müzakirəyə təqdim edə bilər. Dərc olunan sənədə nömrə verilir. Dərc olunmuş variant heç vaxt dəyişdirilmir, dəyişdirilmiş variant yeni nömrə alır, ona görə də verilmiş standartın son RFC-lərini tapmaqda problem olur. 1969-cu ildən buraxılışına başlanmış belə sənədlərin sayı bir neçə mindir. RFC ödənişsizdir və hamı üçün açıqdır. Standart kimi nəzərdən keçirilən sənəd standartın işlənib hazırlanması, testlənməsi və təsdiqinin bütün mərhələləri keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). == Həyatı == Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur. == Yaradıcılığı == Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır.
İlkin Abıyev
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Ağakişiyev
İlkin Elxan oğlu Ağakişiyev (17 sentyabr 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. İlkin Mingəçevir şəhəri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində musiqi təhsili alıb.Evin tək və yeganə oğlu olan İlkin 2013-cü ildə Mingəçevir şəhər 10 Nömrəli orta məktəbi bitirib.Elə həmin ili 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Ağaquliyev
İlkin Saməddin oğlu Ağaquliyev (4 oktyabr 2000, Dəvəçi – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub. == Təhsili == Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur. == Hərbi Xidməti == İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.
İlkin Ağayev
İlkin Tehran oğlu Ağayev (2 iyun 1986, Körpükənd, Zərdab rayonu – 8 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağayev noyabrın 8-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Bayramov
İlkin Bayram oğlu Bayramov (11 avqust 2001; Pirili, Ağstafa rayonu, Azərbaycan – 4 aprel 2021; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == İlkin Bayramov 11 avqust 2001-ci ildə Ağstafa rayonunun Pirili kəndində anadan olmuşdur. == Hərbi xidməti == İlkin İkinci Qarabağ müharibəsində iştrak etmişdir. 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı. 12 gün komada qalan İlkin, həkimlərin səyinə baxmayaraq, 2021-ci il aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalmışdır. Öz doğma Pirili kəndində torpağa tapşırılmışdır. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Bayramov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən İlkin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
İlkin Cavanşirov
İlkin Cavanşirov (tam adı: İlkin Zülqədər oğlu Cavanşirov; 28 sentyabr 1933 – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləmişdir.Ailəli olmuş, 9 övladı yadigar qalmışdır: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. Oğlu Əsəd İlkin oğlu Cavanşirov 1-ci Qarabağ müharibəsində Sərsəng istiqamətində mühasirəyə düşmüş, əsir düşməmək üçün özünü əl qumbarası ilə partladaraq həlak olmuşdur. == Qanlı Yanvar faciəsi == O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, gedim, bəlkə kiməsə kömək lazımdır. Hadisənin şahidi olmuş oğlu Nüsrətin dili keçirdiyi şokdan bir müddət tutulmuş, dili açılandan sonra isə Nüsrət bunları demişdir:: 09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri olmuş, İlkin qolundan və başından yara almışdır. Yanvarın 23-də Semaşko adına təcili yardım xəstəxanasında aldığı xəsarətdən vəfat etmişdir.
İlkin Fərəcov
İlkin Sahib oğlu Fərəcov (13 aprel 1992; Füzuli rayonu, Azərbaycan — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Fərəcov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Həsəni
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. == Həyatı == İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub."Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.İlkin Həsəni 2013-cü ildə hal-hazırda direktoru olduğu "İlk Media" şirkətini təsis edib. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında Velosiped İdman növü üzrə ulduz səfir seçilmişdir.
İlkin Həsənli
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. == Həyatı == İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub."Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.İlkin Həsəni 2013-cü ildə hal-hazırda direktoru olduğu "İlk Media" şirkətini təsis edib. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında Velosiped İdman növü üzrə ulduz səfir seçilmişdir.
İlkin Kazımov
İlkin Xanməmməd oğlu Kazımov (4 avqust 1995; Artupa, Astara rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Kazımov 4 avqust 1995-ci ildə Astara rayonunun Artupa kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İlkin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Misgərli
İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan aktyoru. == Həyatı == İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.
İlkin Miskərli
İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan aktyoru. == Həyatı == İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.
İlkin Muradlı
İlkin İlyas oğlu Muradlı (27 sentyabr 1995, Şahbuz, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır. Orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
İlkin Məmmədov
İlkin Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İlkin Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.
İlkin Məmmədzadə
İlkin Məmmədzadə (azərb. Məmmədzadə İlkin Əzizağa oğlu;‎19 dekabr 1991, Sumqayıt – 7 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb.
İlkin Nəcəfov
İlkin Misir oğlu Nəcəfov (17 noyabr 1989; Yenikənd, Salyan rayonu, Azərbaycan — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Nəcəfov 17 noyabr 1989-cu ildə Salyan rayonunun Yenikənd kəndində Misir Nəcəfovun ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə orta təhsil almışdır. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2011-2012-ci illərdə "zabitlik kursu" adlanan təkmilləşmə kursunda təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == İlkin Nəcəfov 2012-ci ildə təkmilləşmə kursunu bitirərək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamış və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı İlkin Nəcəfov Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə zabit kimi xidmət edirdi. O, Ağdam rayonunun təmas xəttində yerləşən kəndləri istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmişdir.
İlkin Quliyev
İlkin Qırtımov
İlkin Qırtımov (d. 11 noyabr 1990, Zaqatala, Azərbaycan SSR) — azərbaycanlı futbolçu, "Qəbələ" futbol klubunun və Azərbaycan milli futbol komandasının heyətində çıxış edir. Müdafiəçidir. == Klub karyerası == İlkin Qırtımov futbol karyerasına məktəb illərində Şaban Şirdanovun rəhbərliyi altında Zaqatalada başlayıb. 2008-ci ildə o, "Simurq" ilə müqavilə bağlayıb və "Simurq"un gənc komandasında çıxış etməyə başlayıb. İlkin Azərbaycan Premyer Liqasında debütunu 2010-cu ildə edib. 2011-ci ildə Qırtımov "Simurq"la müqaviləsini yeniləyib.9 yanvar 2018-ci ildə Qırtımov Azərbaycan Premyer Liqası təmsilçisi olan Neftçi klubu ilə 2017-18 mövsümünün sonuna kimi müqavilə imzalamışdır.12 iyun 2018-ci ildə Qırtımov Azərbaycan Premyer Liqası təmsilçisi olan Zirə klubu ilə müqavilə imzalamışdır.
İlkin Qəhrəmanzadə
İlkin Qəhrəmanzadə (İlkin Ramis oğlu Qəhrəmanzadə; 10 mart 1985, Birinci Şahsevən kəndi, Beyləqan rayonu) — Vətən müharibəsi iştirakçısı. == Həyatı == İlkin Qəhrəmanzadə 10 mart 1985-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olubdur. 2002-ci ildə Birinci Şahsevən Gəray Əsədov adına 1 saylı tam orta məktəbi bitirmişdir. İlkin Qəhrəmanzadə Azərbaycan Universitetinin hüquq fakültəsi, hüquqşünaslıq ixtisası üzrə 2007-ci il məzunudur. 2007-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabitlərin hazırlıq kursuna daxil olubdur. Həmin kursu 2007-ci ilin oktyabr ayında bitirərək leytenant hərbi rütbəsi almışdır və N saylı hərbi hissədə Murov dağında xidmət etmişdir. 2009-cu ildə xidmətini başa vurduqdan sonra Beyləqan rayonunun Pambıq zavodunda işləmişdir. 2013-cü ildə Dövlət Qulluğunun müsabiqə və müsahibə mərhələllərini keçdikdən sonra Füzuli Hərbi Məhkəməsində Hakim köməkçisi vəzifəsinə təyin olunmuş və hal-hazırda orda çalışır. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Vətən müharibəsində iştirakı == Vətən müharibəsinə leytenant hərbi rütbəsində könüllü iştirak etmişdir.
İlkin Rzayev
İlkin Cəfər oğlu Rzayev (28 iyul 1984, Əlikli, İliç rayonu – 2 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Murov aslanı" ləqəbi ilə tanınan Vətən Müharibəsi şəhidi. == Həyatı == Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alır. === Ailəsi === Ailəlidir, Nur və Əli adında iki övladı var. == Hərbi xidməti == 2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlamışdır. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənmişdir. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olmuşdur.
İlkin Rüstəmzadə
İlkin Bəkir oğlu Rüstəmzadə (2 avqust 1992, Gəncə) — Azərbaycan ictimai-siyasi fəalı, yazıçısı, keçmiş siyasi məhbusu. O, 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Rüstəmzadə bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbusu" kimi tanınmışdır. == Erkən illəri == İlkin Rüstəmzadə 2 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinin "Menecment" ixtisasına daxil olmuşdur, lakin 2013-cü ildə həbs olunması səbəbiylə bu universiteti yalnız azadlığa çıxdıqdan və universitetə bərpa olunduqdan sonra, 2019-cu ildə məzun olmuşdur. == Siyasi fəaliyyəti == İlkin Rüstəmzadə 2020-ci ilə qədər "NİDA" Vətəndaş Hərəkatının üzvü olmuşdur. İlkin Rüstəmzadə 2013-cü ildə 13 yanvar tarixində keçirilən "Əsgər ölümlərinə son" və 26 yanvarda keçirilən "İsmayıllı və Binəyə dəstək" aksiyalarının təşkilatçısı olmuşdur. O, 10 mart 2013-cü il tarixində keçirilən növbəti "Əsgər ölümlərinə son" aksiyasından bir gün əvvəl saxlanılaraq inzibati qaydada həbs olunmuşdur. Həmin aksiya ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin başlatdığı cinayət işində digər 7 "NİDA" üzvü ilə birlikdə təqsirləndirilib və 17 may 2013-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həbs olunmuşdur. 2014-cü ilin may ayının 6-da NİDA Hərəkatının digər üzvləri ilə birlikdə təqsirləndirildiyi məhkəmə tərəfindən 8 illik azadlıqdan məhrum olunmuşdur.İlkin Rüstəmzadə "Amnesty International" tərəfindən "vicdan məhbusu" adlandırılmışdır.
İlkin Süleymanov
İlkin Süleymanov (baş gizir)
Sənətlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Panama sənədləri
Panama sənədləri (ing. Panama Papers) — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd. Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir.Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir. Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Əfqanıstan sənədləri
Əfqanıstan sənədləri — ABŞ-nin Əfqanıstandakı müharibəsi ilə əlaqədar Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) tərəfindən hazırlanmış və İnformasiya Azadlığı haqqında Akt tələbinin ardınca 2019-cu ildə "The Washington Post" tərəfindən çap olunan müsahibələr toplusu. Bu sənədlər "SIGAR"ın müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Əfqanıstan sənədləri Pentaqon və ABŞ Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == The Afghanistan Papers: A Secret History of the War. New York: Simon & Schuster. August 31, 2021. ISBN 978-1-9821-5900-9.
Naxçıvan Əlyazma Sənədləri
Naxçıvan Əlyazma Sənədləri — Kəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər). == Haqqında == Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, Türkiyə və Rusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.
Adam Sendler
Adam Sendler (ing. Adam Richard Sandler; 9 sentyabr 1966[…], Bruklin, ABŞ) — amerikalı aktyor, komediyaçı, ssenarist və prodüser. == Həyatı == Adam Sendler 9 sentyabr 1966-cı ildə Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Onun valideynləri uşaq bağçası müəlliməsi Cudit və elektrik mühəndisi Stenlidir. Sendlerin əcdadları Rusiyadan mühacir edən yəhudilərdir. O, altı yaşında olarkən Nyu-Hempşirin Mançester şəhərinə köçüb və orada böyüyüb. == Şəxsi həyatı == Adam Sendler 2003-cü ildə Jacqueline "Jackie Titone ilə ailə həyatı qurub. Həyat yoldaşı onunla evləndikdən sonra İudaizm dinini qəbul edib.Onların Sadie (2006) və Sunny (2008) adlı iki qızı var. Sendlerin həyat yoldaşı və uşaqları bəzən onun filmlərində görünür. Onun bacısı oğlu Jared "Piksellər" və "Home Team" filmlərində çəkilib.Sendler 2007-ci ildə Nyu-Hempşirdəki "Boys & Girls Clubs of America" təşkilatına 1 milyon dollar maddi yardım göstərib.Sendler siyasi baxışları haqqında açıqlama verməyib, lakin onun Respublikaçı olduğu bildirilir.
İrena Sendler
İrena Sendler (pol. Irena Sendlerowa; 15 fevral 1910, Otvotsk, Polşa — 12 may 2008, Varşava, Polşa) — Varşava gettosunda 2500-dən çox yəhudi uşağın həyatını xilas edən polşalı aktivist qadın. == Həyatı == === Uşaqlığı və gəncliyi === O, 1910-cu il 15 fevral tarixində Varşava şəhərinin yaxınlığında yerləşən Otvotsk şəhərində həkim Stanislav Krjijanovskinin ailəsində dünyaya göz açmışdır. Onun atası xəstəxanaya rəhbərlik edən həkim idi. O kasıbları pulsuz müalicə edirdi. Sonra ailə Tarçin adlı balaca bir yerə köçür. İrenanın valideynləri öz qızlarına hələ erkən yaşlarından bütün insanların irqindən, milliyətindən və dinindən asılı olmayaraq pis və yaxşılara bölündüyünü bildirmişdilər. Və qızları bu deyilənləri yaxşı qavramışdı. Krjijanovskilər ailəsi katolik xristian idi. İrenanın 7 yaşı olanda atası dünyasını dəyişir.
Səbətlər
Səbətlər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Səbətlər oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Vəlvələçayın sahilində, Rustov çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin sonu XX əsrin əvvəllərində Çiçi kəndinin qışlağı olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr qışlaqda daimi məskunlaşmışlar. Oykonim müxtəlif mənbələrdə Sabat- lar, Söhbətlər variantlarında qeydə alınmışdır. Tədqiqatçılar kəndin adım söhbətlər nəslinin adı ilə bağlayırlar. Şabran r-nunda da Söhbətli adlı kənd var.
Səndələn
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Gənələr
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Nənələr
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. == Yaranma tarixi == Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Sənədli
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Zəndlər
Zəndlər sülaləsi — 1747-ci ildən 1794-cü ilədək iqtidarda olmuş Lur sülaləsi 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 xanədan. Sülalə kökən olaraq Zənd tayfasına mənsub idi. == Sülalənin tarixi == Nadir şah Əfşarın ölümündən sonra isə İranda hakimiyyət uğrunda gedən mübarizə daha da kəskin xarakter aldı. Bu mübarizədə iştirak edən tərəflərdən biri Kərim xan Zənd idi. XVIII əsrin ikinci yarısında Kərim xan Zəndin İranda həkimiyyəti ələ almaq uğrunda apardığı mübarizə xüsusi qeyd edilməlidir. Qeyd edək ki, mövzu ilə bağlı çox məhdud dərəcədə ədəbiyyat mövcuddur. Bu isə Kərim xan Zəndin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasətin araşdırılmasında xüsusi çətinlik yaradır. Bununla belə, mövzu üzrə bir sıra ədəbiyyatlardan istifadə etmişik. Bunlardan biri Kərim xan və Zəndlər Kitabıdır. Burada Kərim xan Zəndin XVIII əsrin ikinci yarısından etibarən apardığı mübarizə, Əlimurdan xan, Məhəmmədhəsən xanla olan toqquşmalar xüsusi qeyd olunur.
Ədədlər
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. == Ədədlərin növləri == Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Sekellər
Sekellər ([ˈseːkɛj] sekey) eləcə də Szekler hərfən. adamlar; eləcə də rum. Secui, alm. Szekler‎, lat. Siculi) — Macarların bir subetnosu. == Tarixi == Sekellər Macar dilindən fərqli danışırlar. Sekellər Qərbi (Avropa) Hun imperiyasından sonra Karpat hövzəsinə köçək 3000 Hun əsgərin nəsillərindəndir. 895-ci ildə Macar ağalığına qədər varlıqlarını sürdürmüş və sonradan Macar ağalığına keçmişlərdir. Tarixdə Sekel krallığı adlı bir dövlət qurdular, lakin macarlar bu dövləti işğal elədilər. Daha sonra Osmanlı imperiyası zamanında Sekel Muxtariyyəti tanındı.
Seyidlər
Seyidlər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Seyidlər (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Seyidlər (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Seyidlər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Seyidlər (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Seyidlər (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Seyidlər (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Seyidlər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Seyidlər (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Seyidlər (Qəzvin) Seyidlər (Əhər) Seyidlər (Miyanə) Seyidlər (Germi) Seyidlər (Astara, İran) Seyidlər-i Zəhra (Germi) == Oxşar == Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Şəbəklər
Şəbəklər – İraqın şimalında yaşayan kürdlərin subetnik qrupu. Hazırda İraqın şimalında Kərkük və Mosul şəhərləri arasında 72 kənddə təxminən 400 min nəfər şəbək yaşadığı ehtimal olunur. Şəbəklərin təxminən 70%-i islamın şiə təriqətinə etiqad edir.
Şəhidlər
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Eneslər
Eneslər (özlərini enço, moqadi, pebay) — Samodi dillərində danışan az saylı xalq. Sayları 300 nəfərdən azdır. Öz dillərini qoruyub saxlaya bilmişdir. Qohum xalqları: Nqanasanlar və Neneslər. == Adı == «Enes» adını onlara Q. N. Prokofev tərəfindən 1930-ci ildə vermişdir. «Enneçe» qədim sözündən götürülmüş və mənası insan deməkdir. Tundra enesləri özlərini «Somatu», Meşə enesləri «Pe-bay» adlandırırlar. == Sayı və yayılması == Eneslər Rusiya Federasiyasında 237 insan müəyyənləşmişdir. Onların 213 nəfəri Krasnoyarsk diyarı ərazisində yaşayırlar. Taymır Dolqan-Nenes rayonu ərazisində 197 enesdən cəmi 66 nəfəri (33,5 %) Enes dilini bilirlər2002-ci il məlumatına görə Krasnoyarsk diyarının Potapovo qəsəbəsində 86 enes yaşayır.
Segelər
Segelər – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. == Əhali == Milli tərkibi: Azərbaycanlılar, Darginlər. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad etsələrdə burada qismən şiələrdə yaşayırlar. 2010-cu il məlumatına görə kənddə 196 nəfər yaşayır. == Coğrafiya == Xəzər dənizi sahilində, Ulluçay çayının mənsəbində, Dərbənd şəhərindən 37 km şimal-qərbdə yerləşir. == Tarixi == Kənd 1976-cı ildə salınmışdır. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == İstinadlar == == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Vendlər
Vendlər (anqlosaks. Winedas; q.skan. Vindr; alm. Wenden, Winden‎; dan. vendere; isv. vender; pol. Wendowie — german tayfalarına yaxın ərazilərdə yaşayan slavyanlara verilən ad. Bu termin hansısa bir homogen xalqa yox, müxtəlif xalqlara, tayfalara və qruplara müraciət etmək üçün istifadə olunurdu. Orta əsrlərdə "vendlər" termini Müqəddəs Roma imperiyası ərazisi daxilində yaşayan qərbi slavyanları və slovenlərə müraciət etmək üçün istifadə olunurdu. Terminin hal-hazırda müasir baltikyanı-fin dillərində mövcud olduğu ehtimal olunur.
Şeidlər
Şeidlər – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Şeidlər kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şeidlər kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində uğuzlu (və ya hacılar), zeynallar və kəlbhəsənli adlı oymaqların Şeidlər yeri adlı sahəyə köçürülməsi nəticəsində yaranmışdır. Kənd salındığı ərazinin adını daşıyır. Ərazinin adının isə şəhid (günahsız ölən) sözü ilə bağlılığı güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.