İlkin Cəfər oğlu Rzayev (28 iyul 1984, Əlikli, İliç rayonu – 2 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Murov aslanı" ləqəbi ilə tanınan Vətən Müharibəsi şəhidi.
İlkin Rzayev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Murov aslanı |
Doğum tarixi | 28 iyul 1984(1984-07-28) |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2020(2020-10-02) (36 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Mayor |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2021 2021 2021 |
Mayor Rzayev İlkin Cəfər oğlu[1] 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub.[2] O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alır.
Ailəlidir, Nur və Əli adında iki övladı var.[3]
2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlamışdır.[4] 2009-cu ildə "Baş Leytenant",[5] 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənmişdir. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olmuşdur. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak etmiş və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənmişdir. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olmuşdur. O, təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olur.[6] İkinci Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən İlkin Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamına əsasən İlkin Rzayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[8]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamına əsasən İlkin Rzayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]