Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlyas
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Rüfət İlqaz
Mehmet Rüfət İlqaz (türk. Mehmet Rıfat Ilgaz 24 aprel (7 may) 1911, Kastamonu, Kastamonu ili – 7 iyul 1993, İstanbul) — Türkiyə yazıçı və şair, roman və hekayələr müəllifidir. Xüsusilə "Dəhşətli sinif" türk. Hababam Sınıfı romanının müəllifi kimi məşhurlaşmışdır. Yazıçı həm əsərlərində, həm də həyatda sosialist istiqamətə sadiq qalıb. Türkiyə üçün ən təlatümlü siyasi dövrlərdə, o dövrün digər yazıçıları kimi, məhkəmə binasının dəhlizlərində və həbsxanada çox vaxt keçirməsinə səbəb olan jurnallara yazmağa davam edib. Rüfət İlqaz çox məhsuldar bir yazıçı idi: şeir və yumoristik hekayələr, romanlar və uşaq kitabları yazırdı. Bir vaxtlar qadağan edilmiş və satışdan çıxarılan "Qaranlıq Gecələr" romanı (türkcə: "Karartma Geceleri") 2004-cü ildə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin tövsiyə etdiyi 100 əsas əsər siyahısına daxil edildi. Bu günə qədər müəllifin əsərləri yazıçının oğlu Aydın İlqaz ilə birlikdə qurduğu "Çınar Yayınları" nəşriyyatı tərəfindən nəşr olunur. Əsərlərini bəzən Rəmzi İşık, Mehmed Rıfıt və Stepne imzası ilə yazırdı.
Xıdır İlyas
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
İlqaz dağları
Ilqaz dağları (türk. Ilgaz Dağları) — Anadolunun şimal-qərbində yerləşən silsilə. == Coğrafiyası == Qara dənizin cənub sahillərinə yaxın ona paralel olaraq uxanır. Bu ərazi boyunca üç silsilə vardır. Ilqaz dağları bu silsilələrin şərq qolunu təşkil edir. Dağın şimal yamacları Kastamon, cənub yamacları isə Çankır illərə ərazisində yerləşir. Dağ sisteminin şərqdən qərbə uzunluğu 150 km, eni isə 30 km təşkil edir. Silsilənin ən hündür zirvəsi 2587 metr yüksəkliyə sahib olan Nasəttəpə dağıdır. Zirvənin 10 km yaxınlığından Türkiyənin Qara dəniz sahili ilə birləşdirən D-765 magistralı keçir. Ən hündür aşırım,1850 metr yüksəklikdə yerləşir.
İlyas Abdullayev
İlyas Kərim oğlu Abdullayev (10 (23) mart 1913, Ağstafa, Qazax qəzası – 30 aprel 1985, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki. Azərbaycanda tutçuluq elminin əsasını qoyan görkəmli akademik, bioloq, ictimai xadim, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR EA-nın biologiya elmləri bölməsinin akademik katibinin müavini, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962). "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR-in Atlası"nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, Azərb. SSR EA "Xəbərləri" (biologiya elmləri seriyası) jurnalının redaktor müavini olmuşdur. == Həyatı == İlyas Abdullayev 23 mart 1913-cü ildə Qazax qəzasının, Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921–1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926–1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib. 1934-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932–1934-cü illərdə "İpəkçilik" kafedrasında laborant işləmişdir. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
İlyas Adıgözəlli
İlyas Xıdır oğlu Adıgözəlov — jurnalist, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti (1992). == Həyatı == İlyas Adıgözəlli, 15 oktyabr 1938-ci ildə Gürcüstan Respublikasının Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini (1957), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1962) bitirmişdir. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində(1963–2007-ci illərdə) işləmişdir. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri(1964), baş redaktorun müavini(1969), baş redaktor(1990), "Araz" proqramının baş direktoru(1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışmışdır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına(1971,1984)və 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb 2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayır. Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyir. == Yaradıcılığı == Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü alıb və mütəmadi olaraq verilişləri dinləyib. Elə jurnalistikaya həvəsi də buradan başlayıb.
İlyas Babayev
İlyas Babayev (ornitoloq)
İlyas Bazna
İlyas Bazna (türk. Elyesa Bazna, alb. Iliaz Bazna), kod-adı Siseron (türk. Çiçero, alb. Ciceron, alm. Cicero‎; d. Priştina, Kosovo vilayəti, Osmanlı imperiyası, 28 iyul 1904 – ö. 21 dekabr 1970, Münhen, AFR) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyasına xidmət göstərmiş casus. O vaxtlar Osmanlı imperiyası ərazisində yerləşən Priştina şəhərində anadan olan Bazna 16 yaşında ikən hərbi akademiyaya daxil olmuş, bir fransız hərbi vahidinə qoşulmuşdur. O, avtomobil və silah oğurlarkən tutulmuş və Fransadakı bir iş düşərgəsində həbs edilmişdir.
İlyas Borağanski
İlyas Borağanski (22 aprel 1852, Bağçasaray, Tavriya quberniyası[d] – 1942, Ufa və ya Sterlitamak, Başqırd MSSR) — krım tatar naşiri, maarifçi, türkoloq, 50 il kitab nəşriyyatı işi ilə məşğul olmuşdur. == Həyatı == Mədrəsə təhsilini almışdır, orada xəttatlıq sənətini öyrənirdi. On beş yaşında Türkiyəyə getdi. 7 il İstanbulda nəşriyyat işi üzrə təhsil aldı. 1874-cü ildə İstanbul Universitetini bitirdi. Baxçisaraya qayıdaraq şərq mətnlərinin tərcüməsi sifarişlərini yerinə yetirirdi. şüşə və metal üstündə oyma işini görürdü. 1893-cü ildə Sankt-Peterburqda ərəb şrifti və rus, türk, ərəb və fars dillərində çap işləri görən "Şərqi elektro nəşriyyatı" (rus. Восточная электро-печатня) adlı ilk tatar mətbəəsini təşkil etdi. 1898-1908-ci illərdə Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsində osmanlı dilindən mühazirələr keçirdi.
İlyas Bəxşiş
İlyas Temirqaya oğlu Bəxşiş (krımtat. İlyas Bahşış, Ильяс Бахшыш; 23 mart 1913, Simferopol – 25 iyul 2000, Simferopol) — Krım Tatar əsilli SSRİ və Ukrayna bəstəkarı, musiqiçi. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar artisti (1967), Özbəkistan SSR əməkdar müəllimi (1973), Ukraynanın əməkdar incəsənət xadimi (1993), Fəxri Krımlı (2000). == Həyatı == İlyas Temirqaya oğlu Bəxşiş 1913-cü il martın 23-də Simferopolda anadan olmuşdur. Simferopol Krım Tatar nümunəvi 9 illik 13 nömrəli məktəbi bitirmişdir. 1920-ci illərin sonunda Moskvada Mühəndislik və Kommunal Təsərrüfatı İnstitutunda və Kazanda təhsil almışdır. 1934-cü ildə Simferopol Musiqi Kollecinə (professor İ. İ. Çernovun sinfi) daxil olmuşdur. Tələbə ikən Krım radiosunda diktor vəzifəsində çalışmışdır. Kolleci bitirdikdən sonra (1937) radio komitəsinin baş musiqi redaktoru təyin edilmişdir. 1937-ci ildə Krım Dövlət Tatar Opera və Balet Teatrını yaratmaq üçün Simferopola gələn bəstəkar L. Knipper ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
İlyas Cabbarov
İlyas Hüseynov
İlyas Hüseyn oğlu Hüseynov (22 sentyabr 1924 – 12 yanvar 2017) — Azərbaycanın görkəmli kontrabas ifaçısı, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Professoru. == Həyatı == İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik etmiş, sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.
İlyas Karaöz
İlyas Karaöz (1922, Yatağan[d], Muğla ili – 18 iyun 2018) — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri. Nazir vəzifəsində olduğu müddətdə o, Muğlada məktəblər, universitet, fabriklər açılmasında, yol və körpü salınmasında xüsusi rol oynamışdır. 18 iyun 2018-ci ildə vəfat etmişdir. Muğla Eski Şəhər qəbiristanlığında dəfn ediləcək.
İlyas Mirzəyev
İlyas Mirzəyev — bəstəkar və kino bəstəkarı. == Həyatı == İlyas Musa oğlu Mirzəyev 1961-ci il mayın 11-də anadan olub. == Ailəsi == Bəstəkar Musa Mirzəyevin oğludur. == Əsərləri == Caz orkestri üçün 2 Pyes: "Blue, Red, Green", "The Flight in the Dreams and Reality" (1990); Fleyta və piano üçün Sonata (1991); 4 trombon üçün "İ. S. Baxın ad gününə kiçik hədiyyə" (1992); Simfonik orkestr və Mexter üçün musiqi (1994); Ney və simfonik orkestr üçün "Mistik simfoniya" (1999); Skripka və piano üçün Sonata "2000-ci il" (2000); Skripka və orkestr üçün Konsert-poema (2000). Caz ansamblı üçün kompozisiyalar (1990 – 2001).
İlyas Niftəliyev
İlyas Nəsirov
İlyas Tapdıq
İlyas Tapdıq (tam adı: İlyas Oruc oğlu Tapdıqov; 30 noyabr 1934, Gədəbəy rayonu – 25 dekabr 2016, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972). == Həyatı == İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978–1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləmişdir. 1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60–80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir.
İlyas Tərxan
İlyas Tərxan — krım tatar dramaturq, "Yaş kuvet" qəzetinin redaktoru, SSRİ Yazıçılar İttifaqının üzvü, 1931-1937-ci illərdə Krım Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin sədri. 17 aprel 1938-ci ildə "əksinqilabçı millətçi pantürk təşkilat"ın üzvü olmaqda ittiham edilərək güllələnib. 24 noyabr 1956-cı ildə ölümündən sonra bəraət qazanıb. == Həyatı == İlyas Ömər oğlu Tərxan 1900-cü ildə torpaqsız kəndli ailəsində anadan olub. 1913-1917-ci illərdə Kazanda yaşadığı üçün tatar məktəbində təhsil alıb. Bağçasarayda Zəncirli mədrəsədə təhsilini bitirib. 1919-cu ildə Kommunist Partiyasına üzv olub. Krımda "ağlara" qarşı partizan hərəkatında iştirak edib. Daha sonra Türkiyədə yeraltı kommunist hərəkatının iştirakçısı olub. 1920-ci ildə sovet hökuməti tamamilə qurulduqdan sonra onun atası Korbek kəndinin inqilab komitəsinin sədri olur.
İlyas Vəkilov
İlyas Sultan oğlu Vəkilov (20 mart 1905, Çivə, Şərur-Dərələyəz qəzası – 2 iyun 1987, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, iqtisad elmləri namizədi, dosent. == Həyatı == 1923-cü ildə komsomolun göndərişi ilə təhsil almaq üçün Bakıya gəlmiş, Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi almışdır (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləmişdir (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləmiş (1931–1935), ixtisısını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirmişdir (1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olmuş (1938–1949), Bakı Şəhər Soveti plan komissiyasının sədri işləmişdir (1949–1978). İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilmişdir.
İlyas peyğəmbər
İlyas xoca
İlyas xoca (XIV əsr – 1368, Moğolustan) — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1363–1390; Tuğluq Teymur xanın oğlu. == Həyatı == Moğolustana qayıdan Tuğluq Teymur xanı Mavəraünnəhrdə onun oğlu İlyas xoca əvəz etdi. Tuğluq Teymur 1363-cü ildə oğlu İlyas xocanı Cığatay xanlığından asılı olan Şərqi Cığatayın xanı etmişdir. İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Əmir Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas xocaya qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi. 365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas xocanın qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı.
İlyas İsmayıllı
İlyas İsmayılov
İlyas Abbas oğlu İsmayılov (20 mart 1938, Traubenfeld) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri. == Həyatı == İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub.
İlyas Şahvələdov