Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
Aşıq İmran
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
İmran Mehdiyev
İmran Mehdiyev Əzim oğlu (21 yanvar 1936, Ordubad, Naxçıvan MSSR – 10 mart 2023) — iqtisadçı, İqtisadi elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur. == Elmi fəaliyyəti == 1967-ci ildə Keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Beton və Dəmir-Beton Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmiş; 1962–1963 və 1968–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent; 1971–1976-cı illərdə Bakı Mərmər Məmulatları zavodunun direktoru; 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini; 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədri; 1982–1983-cü illərdə Azərbaycan Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini; 1983–1989-cu illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsinin birinci katibi; 1991–1999-cu illərdə Azərbaycan Respublikası sənaye tikinti materialları nazirinin birinci müavini və "Azərsənayetikinti" Dövlət Konserinin birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmışdır. İdarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedoqoji fəaliyyəətdə göstərir. Üç monoqrafiyanın, üç dərsliyin, 90-dan çox elmi məqalənin, bir neçə ixtiranın müəlifidir. Bir sıra elmi-tədqiqat və tədris institutları elmi şuralarının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tikintinin təşkili və idarə olunması kafedrasının professorudur. Bir sıra mötəbər elmi-texniki konfrans, simpozium və seminarların təşkilatçısı və iştirakçısıdır. İmran Mehdiyev Almaniyanın bir çox universitetlərində məruzələr etmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro üzvü olmuş, Naxçıvan MSSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. İmran Mehdiyev 10 mart 2023-cü ildə 87 yaşında dünyasını dəyişib.
İmran Mirzəyev
İmran Məmmədli
İmran Cahangir oğlu Məmmədli (9 avqust 1985; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR — 25 oktyabr 2020; Kürdlər, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmran Məmmədli 9 avqust 1985-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Cahangir Məmmədov və Narxanım Məmmədovanın ailəsində anadan olmuşdur. 1991-2002-ci illərdə Gəray Əsədov adına Beyləqan rayon Birinci Şahsevən kənd 1 saylı tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, dörd övladı yadigar qaldı. == Hərbi xidməti == İmran Məmmədli 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, İmran Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılan İmran Məmmədli kursları bitirmiş və yenidən ordu sıralarına qayıdıb müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı İmran Məmmədli müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
İmran Məmmədov
İmran İsmayıl oğlu Məmmədov (20 noyabr 1927, Qaçağan, Gürcüstan SSR[d] – Qaçağan, Gürcüstan SSR[d]) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. Yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis. SSRi-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. == Həyatı == İmran Məmmədov 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzasının Qaçağan kəndində dünayay gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçmişdir. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir. == Soykökü == == Fəaliyyəti == 1939-cu ildə Qaçağan orta məktəbini 5 illik təhsillə başa vuran İ.Məmmədov kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. İmran Məmmədov 1939-cu ildə, 12 yaşında Qaçağan "Kommunizm" Kollektiv Təsərüffatında işə başlamış, onun rəhbərliyi ilə "Yeniyetmə" əmək briqadası təşkil olunmuşdur.
İmran Qasımov
İmran Haşım oğlu Qasımov (25 noyabr 1918, Bakı – 20 aprel 1981, Bakı) — Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981) 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980) və "Lenin" ordeni (1978) laureatı . == Həyatı == İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk geniş dünyagörüşü olan xanım, Azərbaycanın ilk qadın mühəndislərindən biri idi. İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir. Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var.
İmran Qurbanov
İmran Qurbanov (həkim) — Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), Qarabağ müharibəsi iştirakçısı. İmran Qurbanov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi. İmran Ali Qurban — rejissor.
İmran Seyidov
İmran Sultan oğlu Seyidov (16 dekabr 1922, Quba – 10 may 2001) — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlərin Birliyinin üzvü (1977), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1982) == Həyatı == İmran Seyidov 1922-ci il dekabrın 16-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Orta təhsili Bakıdakı 1 saylı məktəbdə almış (1940), M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir (1945). Azərbaycan EA-nın Energetika İnstitutunda kiçik elmi işçi (1945-1946), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1946-1948), icctimai elmlər bölməsində elmi katib (1948-1970), "Sovetskaya türkologiya" jurnalı redaksiyasında baş redaktorun müavini (1959-1987), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi (1987-1995), Azərbaycan EA Milli Münasibətlər İnstitutunda baç elmi işçi vəzifələrində çalışmışdır (1995-2001). Ədəbi fəaliyyətə 1939-cu ildən "Molodoy raboçiy" ("Gənc fəhlə") qəzetində çap olunan "Yeni iliniz mübarək" şeiri ilə başlamışdır. Ondan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1966-cı ildən Azərbaycan Yazıçılar İttifaqında rus bölməsinin rəhbəri olmuşdur. Onun şeirlərin, hekayə, oçerk və məqalələri Bakı, Moskva, Penza, Minsk, Tbilisi və s. şəhərlərdə nəşr olunan rus dövri mətbuatında vaxtaşırı çap olunmuşdur. Əsərlərini rus dilində yazmışdır. Külli miqdarda tərcümələri vardır.
İmran Usmanov
İmran Qermanoviç Usmanov (2 mart 1953, Özkənd, Oş vilayəti – 11 iyul 2017, Qroznı) — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü. == Həyatı == 2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib. Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı.
İmran Xan
İmran Xan (عمران خان‎; 5 oktyabr 1952, Lahor, Pakistan dominionu) — Pakistanlı siyasətçi, keçmiş kriket oyunçusu, xeyriyyəçi, kriket oyunu üzrə icmalçı və Bredford Universitetinin sabiq rektoru. O, həmçinin Şövkət Xanımın Xatirəsinə Xərçəng Xəstəxanasının (urdu شوکت خانم یادگاری سرطان شفاخانہ اور مرکز تحقیق; ing. Shaukat Khanum Memorial Cancer Hospital) və Mianvalidə Namal Kollecinin əsasını qoyub. İmran Xan XX əsrin son 20 illiyində beynəlxalq kriket oyunçusu olub. Karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağa başlayıb. 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın 22-ci baş naziri vəzifəsində çalışıb. 1996-cı ildə Xan Pakistan Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoyaraq özü onun ilk sədri olur. O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsinin millət vəkili seçilib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb. GlobalPost jurnalı onu 2012-ci lin doqquz lideri siyahısında üçüncü olaraq göstərib.
İmran Əbilov
İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı. == Həyatı == İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür. == Mükafatları == İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir. Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.
İmran Əsgərov
İmran Hürrü oğlu Əkbərov (19 aprel 1958, Ordubad) — Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektoru (1991), İqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidenti. == Həyatı == İmran Hürrü oğlu Əkbərov 1958-ci il aprel ayının 19-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1980-ci ildə Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildən həmin institutun İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib. 1991-ci ildən Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektorudur. İqtisad elmləri doktoru, professordur. 15 elmlər namizədi, 2 elmlər doktoru yetişdirib. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir. İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə - qrand fəlsəfə doktoru dərəcəsinə malikdir.
İmran Verdiyev
Aynur İmran
{{ Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
İmran Zalov
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. == Mənşəyi və təsiri == Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. == Esperanto dilli Vikipediyanın keyfiyyəti == 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.
Azərbaycan dilli Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 26 aprel 2024 — Azərbaycan dilində olan Vikipediyada 199.587 məqalə var. 25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5,000 məqalə 22 iyul 2007–10,000 məqalə 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Ali-İmran surəsi
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
Aşıq İmran Həsənov
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
İmran Mirzəyev (jurnalist)
Mirzəyev İmran Mirzəhüseyn oğlu - Jurnalist.deputat Osman Mirzəyevin qardaşı. == Həyatı == İmran Mirzəhüseyn oğlu Mirzəyev Bakının Keşlə qəsəbəsində anadan olmuşdur. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşdür.
İmran Qurbanov (həkim)
İmran Hümbət oğlu Qurbanov (17 aprel 1964, Nərimanlı, Basarkeçər rayonu) – Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), 701 saylı hərbi hissənin tibb bölüyünün komandiri (1992), Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi (1994-1997), Qarabağ müharibəsi iştirakçısı, Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri (1998-indi) və baş həkimin cərrahi işlər üzrə müavini (2013-indi), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı (2013) laureatı, Prezident təqaütçüsü. Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == İmran Qurbanov 1964-cü il aprel ayının ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1971-1981-ci illərdə Nərimanlı kənd orta məktəbində orta təhsil almış, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültəyə qəbul olmadığı üçün imtina edərək, 1982-1984-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə proflaktika" fakültəsinə ən yüksək qiymətlə qəbul olmuş, 1991-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Respublika Kliniki Xəstəxanasında internaturaya başlamış, 1992-ci ildən könüllü hərbi xidmətə getmişdir. Hal-hazırda Qarabağ qazisi və Prezident təqaüdçüsüdür. 1998-ci ildən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri və 2013-cü ildən həmçinin baş həkimin cərrahi işlər üzrə müavinidir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Yasamal rayon təşkilatında siyasi şuranın üzvüdür.
İmran Qurbanov (kapitan)
İmran İlqar oğlu Qurbanov (23 may 1989; Ramana, Sabunçu rayonu, Bakı, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 2-ci dərəcəli USTA dərəcəli hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərində, Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açmışdır. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olmuşdur. 2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlamışdır. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirmişdir. Hərbi xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
İmran Əliyev (leytenant)
İmran Əli oğlu Əliyev (7 aprel 1993; Bakı, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmran Əliyev 1993-cü il aprelin 7-də Bakı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan İmran Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmran Əliyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İran Milli Kitabxanası
İran Milli Kitabxanası və Arxiv Təşkilatı (Farsca: سازمان اسناد و کتابخانه ملی ایران), İranın paytaxtı Tehran şəhərində yerləşən kitabxanadır. İran Milli Kitabxanası rəsmi olaraq 1933-cü ildə açılmışdır. Ölkədə milli kitabxana açmağın ilk addımları 1861-ci ildə Darülfünun liseyinin və bu məktəbin kiçik bir kitabxanasının açılması ilə başlamışdır. İran Milli Kitabxanasının memarı Fransız André Godarddır. Godard eyni zamanda İran Arxeologiya Muzeyinin memarıdır; kitabxana muzeyin şimal fasadında yerləşir. Kitabxana 1 mart 2005-ci ildə İranın keçmiş prezidenti Məhəmməd Xatəminin dövründə Tehranın Abbas Abad regionundakı yeni qərargahını əldə etmişdir. Məhəmməd Xatəmi bir müddət kitabxananın rəhbəri olmuşdur. == Haqqında == İran İslam Respublikasının Arxiv və Milli Kitabxanası Təşkilatı elm, təhqiqat,təhsil və xidmət müəssisəsidir və onun nizmanaməsi İslami şura Məclisi tərəfindən təsdiq edilmişdir. Onun təsis edilməsi 1937 ci ilə qayıdır. 1979 cu ildə kitab mərkəzi xidməti və 1999 cu ildə isə İslam İnqilabının Mədəniyyət Sənədləri Təşkilatı bura birləşdirilmişdir.
İran Milli Muzeyi
İran Milli Muzeyi (fars. موزه ملي ايران Mūze-ye Millī-ye Irān və ya موزه ایران باستان Muze-ye Irân-e Bâstân‎) Tehranda yerləşən arxeologiya və tarix muzeyidir. Burada qədim Fars əsərləri, saxsı qablar, metal işləri, kitablar və sikkələr nümayiş olunur. 1937-ci ildə açılmışdır. İki kompleksdən təşkil olunmuş bir muzeydir; növbə ilə 1937 və 1972-ci illərdə açılan Qədim İran Muzeyi və İran İslami Arxeologiya və İran Sənəti Muzeyindən ibarətdir. Muzey iki binadan ibarətdir. Bir nömrəli binada İslamdan əvvəlki dövrlərdən yığılmış əsərlər təqdim edilərkən, iki nömrəli bina İslamdan sonrakı əsərləri təqdim edir. Birinci binada üç zal var. Bu üç zalda alt, orta və yuxarı qədim daş dövrü, yeni daş dövrü, mis dövrü, erkən və son tunc dövrləri, I-III Dəmir dövrləri, Midiya, Əhəmənilər İmperiyası, Selevkilər imperiyası, Parfiya imperiyası və Sasanilər İmperiyası dövrünə məxsus artefaktlar nümayiş etdirilir.
Azərbaycan Milli Məclisi (İran)
Azərbaycan Milli Məclisi (آذربایجان میللی مجلیسی) — İran Azərbaycanında milli azadlıq və demokratik hərəkatın qələbəsi nəticəsində yaradılmış, Azərbaycan Milli Hökumətinin ali qanunverici orqanı. == Tarixi == Azərbaycan Milli Məclisi 12 dekabr 1945-ci ildə Təbrizdə çağırılmış, 14 iyun 1946-cı ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Milli Məclisinin I sessiyasında Azərbaycan Milli Hökumətinin tərkibini təsdiq etmiş, Ali məhkəmənin sədri, Baş prokuroru təyin etmişdir. Azərbaycan Milli Məclisi siyasi, ictimai və mədəni həyatı demokratik əsaslarla qurmaq və iqtisadiyyatı yüksəltmək məqsədi ilə 100-ə yaxın qanun və qanun qüvvəli qərar qəbul etmişdir. Bunlara xalq qoşunlarının yaradılması, dövlət torpaqlarının və milli azadlıq hərəkatına qarşı çıxan şəxslərin torpaqlarının kəndlilərə pulsuz paylanması, Azərbaycan dilinin fars dili ilə yanaşı rəsmi dövlət dili elan edilməsi, onun bütün idarə, müəssisə və məktəblərdə işlədilməsi, əncümənlərin yaradılması, Azərbaycanın şəhər və kəndlərinin qədim adlarının bərpa olunması, qadınlara seçki hüququ verilməsi, 8 saatlıq iş günü, təbii sərvətlərin xalq mülkiyyəti elan edilməsi, seçki qanunu və s. var. Azərbaycan Milli Hökuməti ilə İran hökuməti arasında 13 iyun 1946-cı ildə bağlanan müqaviləyə görə, Azərbaycan Milli Məclisi Azərbaycan Əyalət Əncüməninə çevrilmişdir.
İran milli futbol komandası
İran milli futbol komandası (fars. تیم ملی فوتبال مردان ایران‎‎) İranı beynəlxalq futbol yarışlarında təmsil edir və İran Futbol Federasiyası tərəfindən idarə olunur. 2014-cü ilin dekabrından 2018-ci ilin may ayına qədər İran milli futbol komandası komandanın reytinqdə qitənin ən uzun müddətini təmsil edən ən uzun davamlı dövrü təmsil edən Asiyanın ən yüksək sıralı komandası olaraq qaldı. == Tarixi == İran Futbol Federasiyası 1920-ci ildə yaradılıb. İran Milli Komanda'nin oynadığı ilk qarşılaşma 23 Avqust 1941-ci ildə, Kabildə səfərdə Britaniya Hindistanına qarşı 1-0 hesablı qələbə qazanarkən, İranın ilk FIFA beynəlxalq oyunu 25 Avqust 1941-ci ildə Əfqanıstan oldu.
İran milli futbol çempionatı
Fars körfəzi pro-liqası (fars. لیگ برتر خلیج فارس‎), eləcə də İran pro-liqası (İPL) (fars. لیگ برتر فوتبال ایران‎) — İranın peşəkar futbol liqası. == Tarixi == 1973-cü ildən etibarən İranda "Cəmşid kuboku" adlı milli futbol çempionatı keçirilirdi. Amma bu çempionatın 1978/1979-cu illər mövsümü İranda islam inqilabı baş verməsi səbəbi ilə yarımçıq qalmışdır. 1980-ci ildə başlayan İran-İraq müharibəsi isə ölkədə futbol çempionatının keçirilməsini daha 10 il müddətinə qeyri-mümkün etmişdir. İran futbol çempionatı 1989/1990-cı illər mövsümündə "Kods Liqa" adı ilə yenidən fəaliyyətə başlamışdır. 1992-ci ildən etibarən yüksək liqa "Azadegan liqası" adlanıb. 2001-ci ildə isə "Azadegan liqası" adı 1-ci liqaya verilib və İranın yüksək futbol liqası "Pro Liqa" adlandırılıb. == Reqlament == Çempionat payız-yaz sistemi olmaqla iki dövriyyədə keçirilir.
Ximran
Ximran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında yerləşir. Əhalisi 24 nəfərdir. Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə yay mövsümündə avtomobillə getmək olar. Kənddə yeməkxana və çayxana yoxdur. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Ximran kəndində 30 evdə etnik tatlardan ibarət 306 nəfər (152 nəfəri kişilər, 154 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.
İmkan
İmkan — varlığın determinasiya əlaqələrini ifadə edən kateqoriyalardan biri. kafilik, reallaşması mümkün olan vəziyyət; həyatın hər bir hadisəsində mövcud olan inkişaf istiqaməti; həm qarşıdan gələn, həm də izahedici, yəni kateqoriya kimi çıxış edir. == Tarixi == İmkan və ya potensiya anlayışı Aristotel tərəfindən ilk dəfə işlənib hazırlanmışdır. Aleksandr Baumqarten mümkün olanı (lat. possibile – mümkün) “tərkibində ziddiyyət olmayan şey” kimi müəyyən etmişdir. Konsepsiyanın kateqorik mahiyyəti Q.İhqeyzer (1933), A.Gehlen və V.Kamlax tərəfindən qeyd edilmişdir. Kateqorik şərhin fəlsəfi əsasları Vilhelm Diltey tərəfindən qoyulmuşdur. İmkan anlayışı rasional şəkildə tamamilə izah edilə bilməz: hər bir ehtimalda ehtimal olunan qeyri-mümkünlük, “qeyri-mümkün olanın mümkünlüyü” var. İmkan nəyin ola biləcəyini bilməklə müəyyən edilmir. Ehtimalları, imkanları bilmək həmişə imkanımıza təsir etmir.
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
Arran dili
Arran dili — Tarixi Arran ərazisində danışılan dil. Arran dilinin qədim udi dili olduğunu demək üçün əsaslar vardır. Bir çox mütəxəssislər isə Arran dili altında türk - alban dilinin nəzərdə tutulduğunu qeyd edirlər. Mütəxəssislər bu fikirlərini ərəb müəlliflərinin IX -X əsrlərdə belə Bərdə ətrafında Aran dilinin yerli əhali tərəfindən saxlanılması ilə izah edirlər. Bu dövrdə isə Bərdənin sakinlərinin türklər (bugünkü Azərbaycan türklərinin əcdadları) olması faktı şübhə doğurmur.
Birman dili
Birman dili (birm. မြန်မာဘာသာ) - Çin-Tibet dillərindəndir və Myanmanın rəsmi dilidir.Bamarların danışdığı dildir.Birman dili 32 milyon nəfər tərəfindən ilk dil kimi və 10 milyon nəfər tərəfindən ikinci dil kimi danışılır.
Goran dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Zaza-Goran dili
Zaza dili — Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərbi İran qoluna mənsub dildir. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar. Qrammatika, genetika, dilçilik və lüğət tərkibinə görə Zaza dilinə ən yaxın dillər Xəzər dənizi sahillərində danışılan talış, tat, simnan, səngsər, gilək və mazandaran dilləridir. == Tarix == Zaza dili ilə bağlı ilk tədqiqatlar 19-cu əsrin ikinci yarısında başlamışdır. Dilçi Peter I. Lerch Krım müharibəsi zamanı ruslara əsir düşən Osmanlı əsgərlərinin saxlandığı Roslouya gedərək oradakı zaza əsilli Osmanlı əsgərləri arasında zazaca bəzi kompozisiyalar aparıb. 1856-cı ildə Lerx heç bir linqvistik təhlil olmadan rus və alman dillərində zaza cümlə siyahıları və hekayələr toplularını nəşr etdi. Daha sonra Robert Qordon Latham, Dr. O, 1856 və 1860-cı illərdə H. Sandwith tərəfindən tərtib edilmiş zaza lüğətinin siyahısını nəşr etdi. 1862-ci ildə Wilhelm Strecker və Otto Blau tərəfindən Dersim Zazasına dair bəzi qeydlər nəşr olundu.
Imron
İbrani dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Milli idman növü
Milli idman növü və ya milli əyləncə — hər hansı xalqın və ya ölkənin mədədniyyətinə xas olan idman növü. Bəzi idman növləri de fakto, bəzi idman növləri isə de yure milli idman növü hesab olunur. Məsələn, kriket de fakto ABŞ və İngiltərədə milli idman növü, lakros və buzüstü hokkey isə de yure Kanadanın milli idman növü hesab olunur. Milli idman növlərinin hər hansı ölkədə lazımı səviyyədə oynanılmaya bilər, sadəcə həmin ölkənin mədəniyyətində əhəmiyyətli rol oynaması kifayətdir.
Ballı ayran