Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müxtəlif sahillərdə
Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film. == Məzmun == Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Litvinov Ssenari müəllifi: Aleksandr Litvinov, P.Vaynşteyn, İvan Tartakovski Operator: İvan Tartakovski Rəssam: A.Plaksin, Mixail Vlasov == Rollarda == Mirzəağa Əliyev — Amerikan fəhləsi Mustafa Mərdanov — Abbas Nadejda Vendelin Mikayıl Mikayılov Sergey Trotski Pyotr Kirillov == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
Müxtəlif Sahillərdə (1926)
Azərbaycanda karst və onun yaratdığı müxtəlif relyef formaları
Azərbaycan Respublikasının ərazisində karst və onun yaratdığı müxtəlif relyef formaları nisbətən az yayılmışdır ХХ əsrin 70-ciillərinə qədər ədəbiyyat məlumatlarına görə ümumi uzunluğu 800m olan 40-a qədər mağara məlum olmuşdur. 1969–1973-cü illərdə aparılmış tədqiqatlar nəticəsində ümumi uzunluğu 3905 m-ə çatan 200-dən çox karst boşluqları və yerüstü karst formaları öyrənilmişdir (Əyyubov, Əliyev, 1978). Bunlardan 120 karst mənşəli olub, ümumi uzunluğu 2370 m-ə çatır. Qalanı isə vulkanik süxurlarda və gillərdə əmələ gəlmişdir. Respublikanın ərazisində asan həll olan süxurlar və onların çatlılıq dərəcəsi, yüksək rütubətli dağlıq relyef, karst sularının sirkulyasiyası və karst boşluqlarının açılmasına şərait yaradan ərazinin çay şəbəkəsi ilə dərin (200–2000 m) parçalanması, yeraltı suların toplanmasında bilavasitə iştirak edən torpaq-bitki örtüyünün və s. olması karst əmələgətirən əsas amillərdir. == Karstın formaları == Respublikanın ərazisində karst iki formada təzahür edir – yerüstü və yeraktı. Yerüstü formalar karrlar, nəlbəkivari çökəkliklər, şaxtalar, quyular, qıflar, uçqunlar və s. ibarət olub, nisbətən zəif inkişaf etmişdir. Onlar əsasən səthi və yamacları çılpaq olan alçaq dağlıq qurşaqda yayılmışdır.
Bioloji Müxtəliflik haqqında Konvensiya
Bioloji Müxtəliflik haqqında Konvensiya (ing. Convention on Biological Diversity) — 5 iyun 1992-ci ildə Rio-de-Janeyroda qəbul edilmiş beynəlxalq müqavilə. Konvensiyanın məqsədləri bioloji müxtəlifliyin qorunması, onun komponentlərinin davamlı istifadəsi və genetik ehtiyatlardan istifadə nəticəsində yaranan faydaların ədalətli və ədalətli şəkildə bölüşdürülməsi, o cümlədən genetik ehtiyatlara lazımı çıxışın təmin edilməsi və bu cür resurslara və texnologiyaya dair bütün hüquqlar nəzərə alınmaqla müvafiq texnologiyalar, habelə adekvat maliyyələşdirmə yolu ilə onların müvafiq şəkildə ötürülməsidir. Konvensiya 5 iyun 1992-ci ildə Tərəflər tərəfindən imzalanmaq üçün açılmış və 29 dekabr 1993-cü ildə qüvvəyə minmişdir. == x-situ və in-situ qorunması == Bioloji Müxtəliflik haqqında Konvensiya iki növ biomüxtəlifliyin mühafizəsini nəzərdə tutur - in-situ və ex-situ: Ex situ konservasiya bioloji müxtəlifliyin komponentlərinin təbii yaşayış yerlərindən kənarda saxlanması deməkdir. Bu zooparklarda və laboratoriyalarda növlərin mühafizəsini nəzərdə tutur, xüsusən də nəsli kəsilməkdə olan növlərin genetik məlumat banklarının gələcəkdə itirilmişləri (məsələn, klonlaşdırma yolu ilə) bərpa edə bilmək üçün saxlanılması təklif olunur. In-situ mühafizə ekosistemlərin və təbii yaşayış yerlərinin mühafizəsi, növlərin yaşamaq qabiliyyətinə malik populyasiyalarının təbii mühitində, əhliləşdirilmiş və ya becərilən növlərə gəldikdə isə, onların fərqli xüsusiyyətlərini əldə etdikləri mühitdə saxlanılması və bərpası deməkdir. Bir qayda olaraq, bu, xüsusi mühafizə olunan təbiət ərazilərində (SPNA) bioloji müxtəlifliyin komponentlərinin qorunmasını nəzərdə tutur: qoruqlar, canlı təbiət qoruqları, milli parklar, təbiət abidələri və s. Növlərin yaşayış yerlərinin qorunmasına və münasibətlərin strukturuna xüsusi diqqət yetirilir. == Konvensiyanı imzalayanlar ölkələr == == Biotəhlükəsizlik üzrə Kartagena Protokolu == 2000-ci ilin yanvarında Biotəhlükəsizliyə dair Kartagena Protokolu qəbul edilir.
Bioloji müxtəliflik
Bioloji müxtəliflik - yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. == Azərbaycanda bioloji müxtəliflik == Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir. Növlərin bu kitaba düşmək ehtimalı böyükdür. Çünki, insan təbiətdən istifadədə ehtiyatsızdır. Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir.
Müxtəlif rəngli fillər (şahmat)
Müxtəlif rəngli fillər — Şahmat termini Rəqiblərin müxtəlif rəngli xanalarla hərəkət edən filləri.
Müxtəlif sahillərdə (film, 1926)
Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film. == Məzmun == Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Litvinov Ssenari müəllifi: Aleksandr Litvinov, P.Vaynşteyn, İvan Tartakovski Operator: İvan Tartakovski Rəssam: A.Plaksin, Mixail Vlasov == Rollarda == Mirzəağa Əliyev — Amerikan fəhləsi Mustafa Mərdanov — Abbas Nadejda Vendelin Mikayıl Mikayılov Sergey Trotski Pyotr Kirillov == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
Müxtəlifayaq zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Müxtəlifdişli akulalar
Heterodontus (lat. Heterodontus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin heterodontiformes dəstəsinin heterodontidae fəsiləsinə aid heyvan cinsi. Öz növbəsində bu fəsilə də monotipdir. Belə ki, bu fəsiləyə 4 müasin növü özündə birləşdirən yeganə Heterodontus cinsi aiddir. Əvvəllər bu fəsiləyə daha çox növ aid edilirdi. Müxtəlifdişli akulalar o qədər də böyük olmurlar. Ən böyük növü olan avstraliya öküz akulasınını uzunluğu 165 sm-ə çatır. Onların yayılma arealı Hind Okeanından Sakit okeanın şərq sahillərinə qədər olan mülayim isti və tropik dənizlərdir. Atlantik okeanında Müxtəlifdişli akulalara rast gəlinmir. Bunlar əsasən balıqla, molyusk və dəniz kirpiklərilə qidalanır, yumurta qoymaqla çoxalır.
Müxtəlifdişlikimilər
Heterodontus (lat. Heterodontus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin heterodontiformes dəstəsinin heterodontidae fəsiləsinə aid heyvan cinsi. Öz növbəsində bu fəsilə də monotipdir. Belə ki, bu fəsiləyə 4 müasin növü özündə birləşdirən yeganə Heterodontus cinsi aiddir. Əvvəllər bu fəsiləyə daha çox növ aid edilirdi. Müxtəlifdişli akulalar o qədər də böyük olmurlar. Ən böyük növü olan avstraliya öküz akulasınını uzunluğu 165 sm-ə çatır. Onların yayılma arealı Hind Okeanından Sakit okeanın şərq sahillərinə qədər olan mülayim isti və tropik dənizlərdir. Atlantik okeanında Müxtəlifdişli akulalara rast gəlinmir. Bunlar əsasən balıqla, molyusk və dəniz kirpiklərilə qidalanır, yumurta qoymaqla çoxalır.
Müxtəliflik (botanika)
Müxtəliflik - botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Müxtəlifrəngli sovka
Müxtəlifyarpaq damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Müxtəlifyarpaq fındıq
Müxtəlifyarpaq fındıq (lat. Corylus heterophylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya, Mərkəzi və Şimal-Şərqi Çində, Keçmiş SSRİ-nin ərazisində, Şərqi Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan ağac və koldur.Cavan budaqları tükcüklüdür. Yarpaqların uzunluğu 6-8 sm, eni 5-7 sm, yumurtavari, bünövrəsi ürəkşəkilli, üçqanadlı, kənarları qeyri-bərabər dişli, üstü çılpaq, alt tərəfi damarcıqlardan tükcüklüdür. Saplaqların uzunluğu 3 sm-ə qədər tükcüklüdür. Meyvələri budaqların uclarında 23 ədəd, uzunluğu 3 sm-ə qədər olan saplaqlarda yerləşir. Meyvənin qını qozanı tamamilə örtən ikiyarpaqlı və tükcüklüdür. Qının yarpaqları uzunluğunun 1/3-1/6 hissəsinə, təxminən bərabər üçkünc hissələrə bölünmüşdür. Yarpaqlarının bünövrəsində saplaqlı vəziciklər yerləşir.
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) - i̇lanbaşı cinsinə aid bitki növü.
Müxtəlifyarpaq pittosporum
== Təbii yayılması: == Təbii halda əsasən, Çində yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 7 m-ə çatan həmişəyaşıl koldur. Eyni kolda neştərvari, ellipsvari, yumurtavari və s. formalı yarpaqlara təsadüf edilir. 5-7 ədəd ağ və ya sarı çiçəkləri uc və ya qoltuq çiçək qruplarında yerləşir, olduqca ətirli, zərif portağal qoxusu verir. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvəsi xırda, tünd qırmızı toxumları şarşəkilli qutucuqdur. Toxum və qələmlə çoxaldılır. == Ekologiyası: == Münbit torpaqları sevir, sərt şaxtalarda yerüstü hissəsi məhv olur, yazda pöhrələr verərək yenidən bərpa olur. Bu növ meşələrdə, quru daşlıq yerlərdə, dağ çaylarının vadilərində, dəniz səviyyəsindən 1000-4000 m hündürlükdə, məhsuldar, nəmişli torpaqlarda, işıqda və ya yarımkölgədə yaxşı bitir.
Müxtəlifyarpaqlı cökə
Müxtəlifyarpaqlı cökə (lat. Tilia heterophylla) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-24 m-ə çatan, oval, yumru çətirli, iri yarpaqlı ağacdır. Yarpaqları iri, tünd yaşıl, ucu biz, kənarları dişli, alt tərəfi gümüşüdür. Çiçəkaltlığının uzunluğu 5 dyumdur. Çiçəkaltlığının uzunluğu 5 dyumdur (12 sm-ə qədər). Çiçək qrupu 5-10 çiçəkdən ibarət olaraq iyunda çiçəkləyir.Açıq sarı meyvələri - xırda qozaları yayın axırlarında yetişir. == Ekologiyası == Orta nəmişli, yaxşı drenajlı torpaqlarda asanlıqla becərilir. Havanın çirklənməsinə və şəhər şəraitinə pis dözür.
Müxtəlifzirehlilər
Müxtəlifzirehlilər (Heterostraci) — qoşaburundeşiklilər (Diplorhina) sinfinə aid olan balığabənzər çənəsizlər yarımsinfi; dibyanı yaşayan balığabənzər heyvanlar. baş və bədənin ön hissəsi müxtəlif ölçülü ayrı-ayrı üçqatlı lövhələrdən təşkil olunmuş sümük zirehlə, qalan arxa hissəsi isə pulcuqlarla örtülü idi. Qoşa burun dəlikləri kəllənin ön hissəsində yerləşir və ağız boşluğuna açılır. Yalnız quyruq üzgəci olmuşdur. Gec kembri-gec devon. == Həmçinin bax == Çənəsizlər Heyvanlar Kembri dövrü Devon dövrü == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mədəni müxtəliflik
Mədəni müxtəliflik monokultura, qlobal monokultura və ya mədəni təkamülə bənzər mədəniyyətlərin homogenləşməsindən fərqli olaraq müxtəlif və ya fərqli mədəniyyətlərin atributudur. "Mədəni müxtəliflik" termini həm də müxtəlif mədəniyyətlərin bir-birinin fərqlərinə hörmət etdiyini ifadə edə bilər. Çox vaxt müəyyən bir bölgədə və ya bütövlükdə dünyada insan cəmiyyətlərinin və ya mədəniyyətlərinin müxtəlifliyinə istinad etmək üçün istifadə olunur. Bu, bir təşkilata və ya cəmiyyətə müxtəlif mədəni perspektivlərin daxil edilməsinə aiddir. == Tarixi == Ölkələr etnik və mədəni müxtəliflik səviyyəsinə görə sıralanır (James Fearon, 2003). Beynəlxalq səviyyədə mədəni müxtəliflik anlayışı Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən təsis edildiyi 1945-ci ildən bəri müxtəlif ölkələr tərəfindən müdafiə olunur[1]. Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsindən sonra 2001-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Onun məqsədi mədəni müxtəlifliyi, dialoqu və inkişafı təşviq etməkdir. Hər il mayın 21-də qeyd olunur. 2001-ci il Ümumdünya Bəyannaməsindən əvvəl YUNESKO "mədəniyyət" anlayışını bədii şah əsərlər kimi şərh edirdi.
Yalançı müxtəlifyarpaq yemişan
Yalançı müxtəlifyarpaq yemişan (lat. Crataegus pseudoheterophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Qafqaz, İraq, Əfqanistanda təbii halda yayılmışdır. == Botaniki təsviri == Açıq-qırmızı, boz rəngli budaqları olan kiçik ağac və ya koldur. Yarpaqları lələkvari, üst tərəfi parlaq açıq-yaşıl, alt tərəfi göyümtüldür. Meyvəsi yumurtavari formalı, qəhvəyi-qırmızı rənglidir. == Ekologiyası == Dəniz səviyyəsindən 1200-2000 m hündürlükdə daşlı qayalıqlarda bitir. İstiyə, soyuyğa davamlı olub, torpağa təlabkar deyildir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ görünüşə malikdir.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar) — 14, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 33 ölkənin 83 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 14 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.400 xal toplayan Rusiya idmançısı, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, gümüş medalı 15.200 xal toplayan Almaniya idmançısı Sofie Şeder, bürünc medalı isə 12.800 xal toplayan Rumıniya idmançısı Andrea İridon qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 33 ölkənin 83 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı === Final === Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Müxtəlifrəylik
Müxtəlifrəylik — əxlaq və ya ictimai həyat sahəsində cəmiyyətdə və ya kollektivdə qəbul edilmiş və ya dövlət tərəfindən qoyulandan fərqli olan, habelə bu tənqidi açıq müdafiə edən tənqid. Fəlsəfi skeptisizmdə, xüsusən də pirronizmdə müxtəlifrəyliyin mövcudluğu müxtəlifrəylik ilə əlaqəli məsələdə mühakiməni dayandırmaq üçün əsasdır. Siyasətdə bu, idarəetmə orqanının siyasətindən narazılıq və ya müxalifətə aid edilir. Müxalifətin ifadəsi səsli müxtəlifrəylikdən vətəndaş itaətsizliyinə və zorakılığın tətbiqinə kimi formalarda ola bilər. Bəzi siyasi sistemlərdə müxtəlifrəylik müxalif siyasət yolu ilə rəsmi şəkildə ifadə olunur, siyasi repressiv rejimlər isə müxtəlifrəyliyin hər hansı formasını qadağan edirlər, bu da fərqli fikrin yatırılmasına və ictimai və ya siyasi fəallığın təşviqinə səbəb olur. Müəyyən dövlətlərin siyasətlərinə uyğun gəlməyən və ya dəstəkləməyən şəxslər "dissident" kimi tanınır. Bir sıra mütəfəkkirlər iddia edirdilər ki, sağlam bir cəmiyyətin təkcə müxalif düşüncələri qorumaq deyil, həm də təşviq etmək lazımdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Charlan Jeanne Nemeth. In Defense of Troublemakers: The Power of Dissent in Life and Business. Basic Books.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti.DigərMürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Mürsəl (Ağdaş)
Mürsəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəl Babayev
Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979). == Həyatı == Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.
Mürsəl Bakı
Mürsəl Bakı (1881, Ərzurum, Ərzurum vilayəti – 2 fevral 1945, İstanbul) — Birinci Dünya Müharibəsi və Türkiyə Qurtuluş Savaşı zamanı mühüm vəzifələr tutmuş, Bakı və İzmir şəhərlərinin azad edilməsində mühüm rol oynamış, sonradan bir müddət millətvəkili kimi fəaliyyət göstərmiş Qafqaz əsilli Türkiyə hərbiçisidir. 9 sentyabr 1922-ci ildə I Süvari Diviziyasının komandiri olaraq İzmir şəhərinə daxil olan ilk türk generalıdır. == Həyatı və fəaliyyəti == Mürsəl Bakı 1881-ci ildə Ərzurumda anadan olub, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsiylə fəaliyyətə başlamışdır. Birinci Dünya Müharibəsinin son dövrlərində Batumidə V Qafqaz Piyada Diviziyasının komandiri olmuşdur. 1918-ci ilin sentyabrında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu ilə Bakı döyüşünə qatılaraq, Bakının azad edilməsində iştirak edib və 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsini təşkil edib.Birinci Dünya Müharibəsinin başa çatmasından sonra ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün olunub. Azadlığa buraxılmasından sonra 3 noyabr 1921-ci ildə Anadoluya gələrək Türkiyə Qurtuluş Savaşına qatılıb. Böyük Smirna Hücumu zamanı I Süvari Diviziyasının komandiri olub və Mirliva rütbəsi ilə təltif edilib. 15 sentyabr 1918-ci ildə Bakıda ilk dəfə Osmanlı bayrağını yüksəldən Mürsəl Bakı Paşa, dörd il sonra İzmirə girən ilk türk generalı oldu və İzmirdə ilk Türkiyə bayrağını Hökumət Evinin üstündə ucaldan Yüzbaşı Şərafəddinə komandirlik etdi. Bundan sonra bir müddət VII Ordu Korpusunda vəkil kimi çalışmışdır. Həmin müddətdə Cənubi Anadoluda kürdlərin mərkəzi hökumətə qarşı başladıqları Şeyx Səid üsyanının yatırılmasında iştirak edib.23 avqust 1938-ci ildə hərbi xidmətdən təqaüdə çıxmışdır.
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). == Həyatı == Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib.Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.Opera müğənnisi Mürsəl Bədirov 1972-ci ildən etibarən Konservatoriyanın vokal kafedrasında çalışıb. Habelə 1992-ci ildə professor elmi adını alıb. == Vəfatı == Mürsəl Bədirov 2003-cü il fevral ayının 26-da Bakı şəhərində vəfat edib.
Mürsəl Həkimov
Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu – 2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şürasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kultur Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur. == Həyatı == Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989).
Mürsəl Həmidov
Həmidov Mürsəl Lələkişi oğlu (1952) == Həyatı == Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. 1971-ci ildə Qorçu kənd orta məktəbini bitirib. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1974-1975-ci illərdə Bakı Dəniz Limanında fəhlə işləyib. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalcə-profilaktika fakültəsinə daxil olub və 1982-ci ildə həmin ali məktəbi bitirib. 1982-ci ildə təyinatla Başı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında işə başlayıb. 1984-cü ilə qədər səyyar həkim vəzifəsində işləmişdir. 1984-cü ildən 1992-ci ilə qədər Sabunçu, Xəzər və Yasamal rayonlarında Köməkçi Təcilli Tibbi yardım Stansiyalarının müdiri işləyib. 1992-ci ildə Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimin müavini vəzifəsinə təyin olunub. 29 mart 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.
Mürsəl Kazımlı
Mürsəl Kamil oğlu Kazımlı (23 iyul 1992, Bakı, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alıb. 2002-2007-ci illərdə 36 saylı musiqi məktəbinin tar sinfində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Gəncə, Naftalan və Tərtər artilleriya korpusunda rabitəçi kimi başa vurub. Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mürsəl Kazımlı Füzulinin azad edilməsində savaşıb.
Mürsəl Nəcəfov
Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı – 1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948 illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982 illərdə isə katibi olmuşdur. == Həyatı == Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Mürsəl Qarayev
Mürsəl Əbülfəz oğlu Qarayev (4 noyabr 1919, Fatmayı, Bakı qəzası – 26 sentyabr 1975, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı. == Həyatı == Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə buranın müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır.Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M. Qarayev Novorossiysk, Mozdok, Qroznı, Georgiyevsk və Krasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralandıqdan sonra o, ordudan tibb xidməti kapitanı rütbəsində tərxis olunmuş, bir sıra orden, medal və başqa təltiflərə layiq görülmüşdür.M. Qarayev Vətən Müharibəsi Veteranları Cəmiyyətinin üzvü olmuşdur.
Mürsəl Qocayev
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist. == Həyatı == 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. 1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir. 1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir. 1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər.
Mürsəl bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mürsəl İbrahimov
Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023). == Həyatı == Mürsəl Qorxmaz oğlu İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. M. İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. M. İbrahimov 1992–1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində taqım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib. 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Bir müddət "Kapital Bank" ASC Təhlükəsizlik Departamentin direktoru olub. Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Mürsəl İsayev
Mürsəl İsayev (tam adı: İsayev Mürsəl Məhəmmədhüseyn oğlu; 1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri. == Həyatı == İsayev Mürsəl Məhəmmədhüseyn oğlu 1 yanvar 1949-cu ildə Şərur rayonunun Xok kəndində anadan olub. 1973-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1986-cı ildə SSRİ Daxili işlər Nazirliyinin Ali Milis Akademiyasının Rostov filialını bitirmişdir. == Fəaliyyəti == 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi sistemində bir sıra məsul vəzifələrdə, o cümlədən 1988-ci ildən Naxçıvan şəhər daxili işlər şöbəsinin rəisi,1989-cu ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi cinayər axtarış şöbəsinin rəisi,1993-cü ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini vəzifələrində çalışmışdır. 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri olmuşdur. 2001-ci ildən istifedadır.1995-ci ildən olan polis general-mayorudur. == Təltif və mükafatları == SSRİ-nin əməkdar çekisti-1986. Azərbaycan Respublikasının "əlaçı polis işçi", == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Mürsəl Əliyev
Mürsəl Əliyev (tam adı: Mürsəl İldırım oğlu Əliyev; 31 dekabr 1959, Sırxavənd, DQMV) — texnika elmləri doktoru, professor, Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışmışdır. == Həyatı == Mürsəl İldırım oğlu Əliyev 31 dekabr 1959-cu ildə Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayətinin Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur. 1977-ci ildə M.Ə.Sabir adına Sırxavənd kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Neft-kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mexanika fakültəsinə qəbul olmuşdur. 16.01.1978-ci ildə Bakı Məişət Kondisioner Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1979-81-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra Bakı Məişət Kondisioner Zavoduna yenidən işə qəbul olunmuş və eyni zamanda Ali təhsilini davam etdirmişdir. Mürsəl İldırım oğlu Əliyev 21 fevral 2003-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Qərarı ilə "Texnika elmləri namizədi" Alimlik dərəcəsini, 3 iyul 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə Dosent elmi adını almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 oktyabr 2008-ci il tarixli qərarı ilə Mürsəl Əliyevə Texnika Elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 6 iyun 2012-ci il tarixli qərar ilə Mürsəl İldırım oğlu Əliyev "Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları" ixtisası üzrə Professor elmi adına layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, 3 övladı, 8 nəvəsi var.
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. == Həyatı == Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Murteyl
Murteyl və ya Çiçəkbulaq (1991-ci ildən sonra Geğatap) — Qaraqoyunlu dərəsində kənddir. == Haqqında == Murteyl Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 24 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 161 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. == Tarixi == Murteyl kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı.Yaşayış məntəqələriMuxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Naxtel
Naxtel — Naxçıvan Muxtar Respublikasında yerləşən GSM və LTE operatoru. == Tarixi == NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. "NAXTEL" 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. == Xüsusiyyətləri == Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaratmışdır. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Mürsəl Ocağı Türbəsi
Mürsəl ocağı türbəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Haqqında == Şəhərin mərkəzi bazarının yanında olan "Mürsəl ocağı" türbəsi şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbiristanlıqda tikilib. Sovet dövründə 1954-cü ildə qəbiristanlığın ərazisində şəhər mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir. Türbə restavrasiya olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur.
Mürsəl bəy Sədrəddinbəyov
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov (Şəki)— Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü. == Həyatı == Mürsəl bəy Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir. Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər. == Ailəsi == Yazıçı Bəhram Çələbinin atası Nütvəli bəyin ata bir, ana ayrı qardaşıdır. Mürsəl bəyin atası Həsən bəy bir neçə dəfə evlənmişdir. Sonuncu izdivacından üç oğul: Nütvəli, Ələkbər, Niyazi və bir qız Təhminə xanım dünyaya göz açmışlar.
Mürsəl bəy Şahsuvarov
Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu (19 iyun 1900, Minkənd, Zəngəzur qəzası – 6 may 1971, Bakı) — Cümhuriyyət tələbəsi, həkim, professor. == Həyatı == Mürsəl bəy Adilxan bəy oğlu 1900-cü ilin iyun ayının 19-da Zəngəzur qəzasının Minkənd kəndində anadan olmuşdu. Mürsəl Şahsuvarov əvvəlcə Gəncədə, sonra isə Tiflisdə təhsil almışdır. Arxivdə onun Tiflisdəki İmperator Aleksandrın adına gimnaziyanı bitirməsi barədə sənəd vardır. 310 saylı Kamal Şəhadətnaməsindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu 1913-cü ildə Tiflis oğlan gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fevralın 18-də bitirmişdir. 1919-cu il noyabr ayının 23-də M. Şahsuvarovun Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinə ünvanladığı ərizəsində deyilir: "Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz." Mürsəl bəy Şahsuvarov Münhen Universitetinin tibb fakültəsini uğurla bitirib… Vətənə qayıtmamışdır. İstedadlı gənc təbibi alman həmkarları Hamburq şəhərində ixtisasına görə işlə təmin etmişlər. O, bir neçə il Tropik Xəstəliklər İnstitutunda çalışmışdır. Gənc alim burada dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı alim Hamburqda tanış olduğu alman qızı Marqarita xanımla nikah bağlayıb, ailə qurmuşdur.
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Mütə döyüşü
Mütə döyüşü (ərəbcə: غزوة مؤتة‎) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi. == Səbəbləri == İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi. == Döyüş == Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi: "Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin." Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu. İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I.İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir.
Mirzə Muxtar
Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur. == Həyat və yaradıcılığı == === Şuşa dövrü === Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir.Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır. Bundan əlavə, Xarrat Qulunun muğam məclislərində yaxından iştirak etmiş, "Segah", "Mahur-Hindi", "Qatar bayatısı" muğamlarını ifa etmişdir.
Mixael Ballak
Maykl Ballak (alm. Michael Ballack‎; 26 sentyabr 1976[…]) — alman futbolçu, yarımmüdafiəçi. Almaniya millisinin oyunçusu olub. Bayer 04, Bavariya, Çelsi klublarında oynayıb. FİFA 100 siyahısına daxildir.
Mixael Feldkamp
Mixael F. Feldkamp (alm. Michael F. Feldkamp‎; 23 aprel 1962, Kil) ― alman tarixçisi və jurnalist. == Həyatı == Feldkamp Osnabrük şəhərində Karolinum gimnaziyasını bitirmiş, 1983-cü ildən etibarən Bonn şəhərinin Fridrix Vilhelm universitetində tarix, katolik teologiya, pedaqogika və fəlsəfə, 1985-1986-cı illərdə isə Romada Papa Qriqoryan Universitetində kilsə tarixi təhsili almışdır. 1990-cı ildə Kölndə Dövlət İmtahan Komissiyasında müəllimlərin birinci dərəcəli dövlət imtahanını vermişdir (Bonn şəhər şöbəsi). 1986, 1990 və 1991-ci illərdə Romada yerləşən Alman Tarix İnstitutunun təqaüdçüsü olmuş və 1992-ci ildə tədqiqat layihəsinin həyata keçirilməsi üçün Katolik Yepiskoplar Təqaüd Fondundan Kuzanusverk təqaüdü almışdır. 1992-ci ilin dekabr ayında fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Qısa fasilələr istisna olmaqla, 1993-cü ildən etibarən Feldkamp Bundestaq administrasiyasının arxiv şöbəsində tarixçi və protokollar şöbəsində nitq yazarı kimi fəaliyyət göstərir. O, Bundestaq sənədlərinin: "Parlament Şurası 1948 – 1949, Sənədlər və Protokollar" (alm. Der Parlamentarische Rat 1948-1949, Akten und Protokolle‎) nəşrində iştirak etmişdir 1996-1997-ci illərdə Müasir Tarix İnstitutunda “Almaniya Federativ Respublikasının xarici siyasəti sənədləri” (alm. Akten zur Auswärtigen Politik der Bundesrepublik Deutschland‎) üzərində çalışmışdır.
Mixael Karoli
Kont Mihály Ádám György Miklós Károlyi de Nagykároly (d. 4 mart 1875 — ö. 19 mart 1955), Macar siyasətçi. Macarıstanın ilk prezidenti. 31 oktyabr 1918 – 11 yanvar 1919 tarixlərində müvəqqəti olaraq; 11 yanvar 1919 – 21 mart 1919 tarixlərində isə həqiqi Macarıstan Prezidenti olaraq fəaliyyət göstərmişdir.
Mixael Kindsqrab
Mixael Kindsqrab — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən)
Mixael Labenda
Mixael Labenda (pol. Michał Rafał Łabenda; 10 sentyabr 1974, Polşa) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2014).
Mixael Maz
Mixael Maz (1 sentyabr 1981) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mixael Maz Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Mixael Maz Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Mixael Maz Danimarkanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Mixael Maz Danimarkanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Mixael Rabin
Mixael Ozer Rabin (alm. Michael Oser Rabin‎, ivr. ‏מִיכָאֵל עוזר רַבִּין‏‎; 1 sentyabr 1931, Vrotslav, Prussiya[d]) — kompüter sistemləri nəzəriyyəsi üzrə israilli alim, riyaziyyatçı, Türinq mükafatı laureatı və bir çox digər mükafatlar qazanmışdır. Qızı Tal Rabin, IBM Kriptoqrafiya və Məxfilik Araşdırma Qrupuna (ing. Cryptography and Privacy Research Group) rəhbərlik edir. == Bioqrafiyası == Mixael Rabin, sonra Prussiyaya məxsus olan Breslau (indiki Vrotslav) İsrael Rabinin ailəsində anadan olmuşdur. 1935-ci ildə ailəsi Fələstinə köçmüşdür. 1953-cü ildə Yerusəlim İbrani Universitetini bitirib elmlər doktoru dərəcəsi aldı. Üç il sonra, 1956-cı ildə Prinston Universitetində namizədlik dissertasiyasını müdafiə etdi və elmlər namizədi olmuşdur. Michael Rabin hazırda kompüter təhlükəsizliyi araşdırmaları ilə məşğul olur və Qüds və Harvardda dərs deyir (sentyabr 2008).
Mixael Saakaşvili
Mixail Saakaşvili və ya Mixeil Saakaşvili (gürc. მიხეილ ნიკოლოზის ძე სააკაშვილი Mixeil Nikolozis dze Saakaşvili; 21 dekabr 1967, Tbilisi) — Gürcü siyasətçisi və Gürcüstan Respublikasının 3-cü Prezidenti (25 yanvar 2004–25 noyabr 2007 və 20 yanvar 2008–17 noyabr 2013). 2003-cü ilin oktyabrında Gürcüstan Respublikasında baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident seçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının 3-cü Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanmışdır. 2013-cü ildə Gürcüstan Respublikasının Prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-də hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanmışdır. 2014–2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilmişdir. == Həyatı == Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə doğulub. Atası Nikoloz Saakaşvili həkimdir. Anası Giuli Alasania Tbilisi Dövlət Universitetinin tarix kafedrasında professoru və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır. Saakaşvili Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirmişdir.
Mixael Yanker
Mixael Yanker (23 mart 1992) — Almaniyalı atıcı. Mixael Yanker Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mixael Yanker birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.8 xal toplayaraq 29-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mixael Şulte
Mixael Şulte (alm. Michael Schulte‎; d. 30 aprel 1990, Ekernförde, Almaniya) — Almaniya müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Daha sonra ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür. Onun Wide Awake adlı debüt albomu 2012-ci ildə işıq üzü görmüşdür. Şulte ifa etdiyi "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Mixael Şulte 30 aprel 1990-ci ildə Almaniyanın Dollerup şəhərində anadan olmuşdur. O Danimarka məktəbində təhsilini başa vurmuş və sonra Almaniyada hərbi xidmətə yollanmışdır. == Musiqi karyerası == === 2012–2016: The Voice of Germany === Mixael Şulte öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır.
Mixael Şumaher
Mixael Şumaxer (alm. Michael Schumacher‎; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir. O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu. 2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.
Mixael Şumaxer
Mixael Şumaxer (alm. Michael Schumacher‎; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir. O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu. 2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar Abdullayev
Muxtar Nağı oğlu Abdullayev (1896, Nuxa – 13 oktyabr 1937, Bakı) — Nuxa (Şəki) şəhər sovetinin sədri, repressiya qurbanı. == Haqqında == 16.08.1937-ci ildə "vətən xaini" kimi həbs olunub. Kommunist partiyanın rəhbərlərindən biri kimi "Stalin güllələnmə siyahi"nda idi.13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən "vətən xaini" kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. 20 ildən sonra, 6 iyun 1957-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiya ona bəraət verildi.Ailə tərkibi: həyat yoldaşı :Həyat Abdullayeva, oğlanları Məmməd — 13 yaş, Əhməd — 9, Firidun — 5 yaş,Rafiq, qızları :Zümrüd - 17 yaş, Yaqut - 15 yaş, Barat — 10 yaş, Qüdrət — 8 yaş,Rəna — 6 aylıq.
Muxtar Abduyev
Muxtar Abduyev - kənd təsərrüatı elmləri doktoru (1966), professor (1971). == Həyatı == Muxtar Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məkətbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə "Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası" mövzusunda dissertasiya müdafiə ederək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar müsbət nəticəsini vermişdir. Abduyev ilk dəfə olaraq "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. 16 iyul 1979-cu ildə vəfat etmişdir. == Fəaliyyəti == M. Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçisi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində, 1968-1979-ci illərdə isə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M. Abduyev həmçinin Azərbaycan SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir.