Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədim
Qədim — kişi adı, təxəllüs.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Qədim (Sayınqala)
Qədim (fars. ‎قديم‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə).
Qədim (ad)
Qədim — kişi adı, təxəllüs.
Qədim (dəqiqləşdirmə)
Qədim — kişi adı, təxəllüs.
Qədim Afina
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Qədim Bakı
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Qədim Bərdə
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Qədim Dünya
Qədim dünya — bəşər tarixində tarixdən əvvəlki dövr və Avropada orta əsrlərin başlanğıcı arasında fərqlənən dövr. Digər bölgələrdə antik dövrün müvəqqəti sərhədləri Avropa sərhədlərindən fərqli ola bilər. Məsələn, Çində qədim dövrün sonu bəzən Qin imperiyasının yaranması hesab olunur , Hindistanda - Chola imperiyası , Amerikada - Avropa kolonizasiyasının başlanğıcı . "Klassik qədimlik" (və ya antik dövr) termini ümumiyyətlə ilk Olimpiadadan (e.ə. 776) başlayan Yunan və Roma tarixinə aiddir. Bu tarix, demək olar ki, Romanın ənənəvi quruluş tarixinə (e.ə. 753) təsadüf edir. Avropa qədim tarixinin son tarixi ümumiyyətlə Qərbi Roma İmperiyasının süqut ili (mil. 476) , bəzən İmperator I Yustinianın ölüm tarixi (565), İslamın görünüşü (622-ci il) hesab olunur.) və ya İmperator Çarlemanın hakimiyyətinin başlanğıcı (800-cü il).
Qədim Gəncə
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir.Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır: Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir.
Qədim Havana
Qədim Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Qədim Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Qədim Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Tarix == Qədim Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Qədim Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Qədim Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Qədim Larsa
== Tarixi == III minilliyin sonunda III Ur dövlətinin dağılmasından sonra (təqribən 2112–2004) hökmdarlar Cənubi Mesopotamiyada ayrı-ayrı şəhərlərə nəzərati ələ aldılar ve yerli sülalələr meydana gəldi. İkinci minilliyin əvvəllərində bu yerli padşahlar hakimiyyət uğrunda mübarizə aparırdılar. İsin, Larsa və sonra Babildəki hökmdarların sülalələri, ardıcıl olaraq Cənubi Mesopotamiyanın böyük hissələrini nəzarət altına aldı. Bu şəhərlər adlarını müasir xronoloji dövrlərə verdilər:İsin-Larsa dövrü(e.ə 2004–1763) və Köhnə Babil dövrü(e.ə 1894–1595). Larsa günəş tanrısı Utu Kultunun mərkəzi olan Qədim Şumerin vacib bir şəhəri idi. İraqın Zi Qar valisindəki Urukdan 25 km cənub-şərqdə, Şell en-Nil kanalının şərq sahili yaxınlığında Tell-as Senkereh və ya Sankarah qəsəbəsi yerindədir. Şumer kral siyahısına görə Larsa əfsanəvi antililuvian dövründə ''krallığı həyata keçirən'' beş şəhərdən biri idi. Tarixi ''Larsa'' onu imperatorluğuna birləşdirən Laqaşın Eannatumun dövründən əvvəl mövcud idi. İsin-Larsa dövründə şəhər siyasi bir qüvvəyə çevrildi. Hər şəhərin hökmranlığını möhkəmləndirdiyi dövrdə İsin və Larsa bir əsrdən çoxdur silahlı bitərəflik şəraitində yaşayırlar.
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. == Tarixi == Dövlətin tarixi 6 hissəyə bölünur: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Qədim Mustafayev
Qədim İbrahimxəlil oğlu Mustafayev - Qazax rayonu Partiya Komitəsinin birinci katibi. Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Haqqında == Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir. ADU-nun “Elmi ateizmin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri olmuşdur. 1961-63 illərdə Gədəbəy və Qazax rayonlarında partiya komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim Qala
Qədimqala (Şəmkir)
Qədim Qəbələ
Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.
Qədim Rauma
Qədim Rauma (fin Vanha Rauma, isv. Gamla Raumo) Rauma, Finlandiyanın taxta şəhər mərkəzidir. 1991-ci ildə UNESCO tərəfindən Dünya İrsi Mirası olaraq siyahıya alındı. Keçmiş Rauma təxminən 0.3 km² bir ərazini əhatə edirdi. Demək olar ki, təxminən 600 bina və 800 əhalisi var idi. Köhnə Rauma xaricində Rauma şəhəri yalnız 19-cu əsrin əvvəllərində genişlənmişdir. Ən qədim binalar 18-ci əsrə aid olsa da, 1640 və 1682-ci illərdə iki yanğın qəsəbələri məhv etdi. Əksər binalar yalnız yaşayış məqsədləri üçün istifadə olunsa da, şəhərin mərkəzindəki əsas küçə boyunca düzülmüş binaların əksəriyyəti iş mərkəzləri kimi istifadə olunur. Şəhərin diqqətəlayiq yerləri arasında Kirsti evi, 18-19-cu əsrlərdən bir dənizçinin evi və 18-ci əsrə aid olan, lakin 19-cu əsrə aid fasadı olan muzeyə məxsus gəmi sahibi olan Marela evi də var. Digər turistik yerlərə köhnə Rauma nadir daş binaları daxildir: 15-ci əsrdən köhnə bir Françiskan monastırı, Müqəddəs Xaç Kilsəsi və 1776-cı ildən köhnə bələdiyyə binası.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Qədim Roma
Qədim Roma — əvvəlcə şəhər-dövlət, sonralar (təxminən e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Amma bu dövlətə ad qoyulanda 2 qardaş arasında mübahisə yaranır və Romul Remi öldürür.Ən sonda ölkənin adı Roma olur. Romanın tarixi ənənəvi olaraq dörd dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə.
Qədim Tbilisi
Qədim Tbilisi və ya Qədim şəhər (gürc. ძველი თბილისი) — Gürcüstanda yerləşən inzibati rayon — Tbilisi şəhərinin tarixi mərkəzi. Şəhərin cənub-şərq hissəsində yerləşir. Müxtəlif mənbələrə görə, ərazinin sərhədləri XII əsrdə Qədim Tbilisi ərazisi , şəhərin köhnə qala divarı içərisində, Puşkin-Barataşvili küçəsi boyunca Kür və Sololaki yamacına, o cümlədən kükürd banyolarına (Abanotubani) və Gürcüstanın birləşdirilməsindən əvvəl şəhərin Xarpuxi ərazisində göstərilmişdir (1801). Bu rayonda küçələr əyri, dar, binalar isə orta əsr binalarının xüsusiyyətlərini qoruyur. Memarlıq abidələri Qədim Tbilisidə yığılmışdır, hətta V əsrin binaları da burada mövcuddur, lakin rayonda XIX əsrin binaları üstünlük təşkil edir. Rayonda XIX-XVII əsrlərdə başa çatan Narikala qalasının qalıqları, aşağı qala divarlarının qalıqları, Ançisxati bazilikası (6-cı əsr) və Metekxi (təq, 5-ci əsr) qədim kilsələri, Sioni Kilsəsi və Çar Rostomun hamamları burada yerləşir. Memarlıq abidələrinin bəziləri Dünya Abidələr Fondunun təhlükəsizlik siyahısına daxil edilmişdir. == Tarixi == "Qədim Tbilisi" termini uzun müddət şəhərin tarixi hissəsinə istinad etməklə istifadə olunsa da, bu adı ilə inzibati rayon yalnız 2007-ci ildə paytaxtın dörd inzibati-ərazi bölgəsinin Mtatsminda-Krtsanisi, İsani-Samqori, Didube-Çuğureti və Vake-Saburtalo, daha əvvəl şəhərin digər sahələrinə daxil edilmişdir. Uzun müddətdir ki, qədim şəhər Kür çayından Sololaki dağ silsiləsinin ətəyinə qədər qala divarı ilə əhatə olunmuşdur.
Qədim Xəlilov
Qədim İlqar oğlu Xəlilov (20 avqust 2002, Hacıhətəmli, İsmayıllı rayonu – 12 sentyabr 2022) — şəhid. == Həyatı == 20 avqust 2002-ci ildə İsmayıllı rayonu [1]Hacıhətəmli kəndində anadan olub. == Hərbi xidməti == [2]Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan [3]Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib.
Qədim Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar.E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular. Dorilərin hücumunun təsiri ilə (e.ə.
Qədim buzlaşma
Qədim buzlaşma(rus. древнее оледенение, ing. ancient glaciation)-Yerin əsasən, son geoloji tarixi dövründə (Dördüncü dövrdə) böyük iz qoymuş (morenlər, kamlar, ozlar) və geniş əraziləri əhatə etmiş buzlaşmalar. Sement-ləşmiş buzlaq çöküntülərinin-tillitlərin mövcud olması daha qədimdə buzlaşmaların baş verdiyinə dəlalət edir. (məs: Şm.
Qain
Qain və ya Qayin — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Qainat şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 32,474 nəfər və 8,492 ailədən ibarət idi.
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Qrim
Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir.Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur. == Postijor == Saç və hörüklərin düzəldilməsi ilə məşğul olan qrim ustaları postijor adlanır.
Qasim xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486)(Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512)Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600)Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. == İctimai mövqe == Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Haim Ramon
Haim Ramon (ivr. ‏חיים רמון‏‎; 10 aprel 1950) — 1983-2009-cu illər arasında Knessetin üzvü olan və həm Baş Nazir müavini, həm də Baş Nazir Aparatında dövlət siyasətinə cavabdeh olan bir İsrail siyasətçisidir.
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. == Karyerası == İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.
Naim Ağayev
Naim Süleyman oğlu Ağayev (29 avqust 1998, Saratov vilayəti – 30 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açmışdır. Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. == Hərbi xidməti == Naim 2016-ci ildə hərbi xidmətə yollanır. 2018-ci ilə qədər etdiyi hərbi xidmət müddətində təlimlərdə iştirak etmişdir. Ordudan tərxis olunandan sonra O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağrılır. Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Naim Fraşeri
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846 – 20 oktyabr 1900, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir. == Həyatı == Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür.
Naim Fraşıri
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846 – 20 oktyabr 1900, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir. == Həyatı == Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür.
Naim Süleymanov
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967, Ptiçar[d] – 18 noyabr 2017, İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. == Həyatı və karyerası == Naim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. === Bolqarıstan === Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. === Türkiyə === Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi.
Naim Süleymanoğlu
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967, Ptiçar[d] – 18 noyabr 2017, İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. == Həyatı və karyerası == Naim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. === Bolqarıstan === Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. === Türkiyə === Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi.
Qail Miller
Qail Miller (d. 30 noyabr 1976) — Avstraliyanı təmsil edən su poloçusu. Qail Miller, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Qail Miller, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Raim Məmmədov
== Həyatı == Raim Məmmədov 1972-ci il dekabr ayının 8-i Gürcüstan Respublikasında anadan olmuşdur.
Vladislav Kaim
Vladislav Kaim (27 sentyabr 1995) — Moldovalı iqtisadçı və jurnalist, BMT Baş Katibi yanında İqlim Dəyişikliyi üzrə ilk Gənclər Məsləhət Qrupunun üzvü. Gənclər üçün ekoloji cəhətdən təmiz və layiqli iş yerlərinin yaradılmasına, beynəlxalq ticarət və miqrasiya sahəsində dərin biliklərə yiyələnməsinə çağırması ilə tanınır. == Bioqrafiya == Vladislav Kişinyovda (Moldova) anadan olub. 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Bitirdikdən sonra Malmöyə (İsveç) köçür, daha sonra 2019-cu ildə Lund Universitetində magistr proqramına daxil olur. 2013-2017-ci illərdə Kişinyovda Business Class iqtisadi jurnalında çalışıb və burada Avropa futbolu ilə bağlı aylıq rəylər yazıb. MDBMİ-da o, Dayanıqlı İnkişaf Məqsədləri Forumunun təsisçilərindən biri olmuşdur. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin iyul ayına qədər Malmö Universitetinin “UF Malmö - Xarici İşlər Assosiasiyası” tələbə birliyində çalışmışdır. 2019-cu ildə o, iqlim dəyişikliyinə və onun ölkələrin iqtisadiyyatlarına təsirinə diqqət yetirməyə başlayır. 2020-ci ilin yanvar-iyul aylarında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında işləyib.
Naim Talu
Mehmet Naim Talu (22 iyul 1919, Konstantinopol – 15 may 1998, İstanbul; türk. Mehmet Naim Talu). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri. == Həyatı == Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib.
Naim Fətəliyev
Naim Sadıq oğlu Fətəliyev — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1985–1990), Azərbaycan SSR Ali Soveti sədrinin müavini (1990–1991), "Azərineft" Dövlət konserninin vitse-prezidenti (1992). == Həyatı == Naim Sadıq oğlu Fətəliyev 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir.Naim Fətəliyev əmək fəaliyyətinə 1954-cü ildə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda operator köməkçisi kimi başlamış, sonra bu müəssisədə operator, qurğu rəisi işləmişdir. 1965–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və qaz sənayesi şöbəsinin təlimatçısı, Partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur.1976–1977-ci illərdə Naim Fətəliyev Neft, Kimya və Qaz Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri olmuş, 1977–1985-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin dekabr ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir. 1992-ci ilin yanvar ayından "Azərineft" Dövlət konserninin vitse-prezidenti olmuşdur.Naim Fətəliyev 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. "Xalqlar dostluğu" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.
Qasım
Qasım — kişi adı. Qasım QasımovQasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı)Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Gaia
Gaia astrometriya üçün işləyib hazırlanan Avropa Kosmik Tədqiqatlar İdarəsinin (ESA) insansız kosmik rəsədxanasıdır. Gaia Süd yolu qalaktikası boyu ulduzların dəqiq üçölçülü xəritəsini yaradacaq. Gaia 19 dekabr 2013-cü ildə buraxılıb. O, beş il müddətində fəaliyyət göstərəcək.
Əbül Qasim Harun
Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan — Atabəy Özbək dövründə fəaliyyət göstərmiş vəzir. Onun adı Sədəddin Vəravininin "Sirat Cəlaləddin Məngburni" əsərində çəkilir. Təbrizdə kitabxana açdırmışdır. Bir müddət Əlaəddin Xarəzmşah tərəfindən həbs olunmuşdu. Cəlaləddin dövründə istefaya getmiş və açdığı mədrəsədə din işləri ilə məşğul olmağa başlamışdır. 1227-ci ildə hələ sağ idi.
Qasim ibn Abbas
Qasim ibn Abbas (ərəb. قَاسِم ٱبْن عَبَّاس‎) — bəzi mənbələrdə Kərbəla döyüşü şəhidləri arasında hesab edilir, sonrakı mənbələrdə Qasim ibn Abbas anası Lübabə binti Ubeydullah ibn Abbas olmaqla Abbas ibn Əlinin oğlu kimi qeyd edilir. O və qardaşı Fəzl Kərbəla döyüşündə həlak oldular.
Qasım Kərimov (alim)
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. == Mənbə == Azərbaycan aşıqları və el şairləri. II cild.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Qanım Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Qasım Abdullayev
Qasım Abdullayev (xanəndə) — xanәndә. Qasım Abdullayev (mühəndis) — Texnika elmləri doktoru, “Şöhrət” ordeni laureatı.
Qasım Abdullazadə
Qasım Abdullazadə (27 iyul 1999; Mərdəkan, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur. == Hərbi xidməti == 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlamışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Qasım 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Qasım Amanjolov
== Həyatı == XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu. XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. == Həyat və yaradıcılığı == Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Qasım Hacıyev
Qasım Əhəd oğlu Hacıyev — Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru == Həyatı == Qasım Əhəd oğlu Hacıyev 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. O, 1970–1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini bitirmişdir. Q. Ə. Hacıyev 1974–1983-cü illərdə Bərdə rayonunun 1 saylı Hacallı kənd məktəbində müəllim, direktor müavini işləmişdir. Qasım Hacıyev 1984–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında "Şabran şəhərinin şüşə məmulatı (IX–XVII əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Qasım Hacıyev 1990–1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1997-ci ildən Tarix İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə "Qarabağ tarixi" şöbəsinin müdiri şöbə müdiri vəzifələrində işləmişdir. Qasım Hacıyev 2000-ci ildə "Bərdə şəhərinin tarixi (e.ə. III-b.e. XVIII əsri)" adlı monoqrafiyasını yazıb nəşr etdirmişdir.
Qasım Hüseynov
Qasım Hüseynov (kimyaçı)
Qasım Kərimov
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Qasım Mustafayev
Qasım Mustafayev - Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. 1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu. Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər “orta məktəblərdə riyaziyyat” televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu. Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984-1987-ci illərdə rektor əvəzi işləmişdir.
Qasım Qasımov
Qasım Qasımov (mühəndis)
Qasım Qasımzadə
Qasım Qasımzadə (yazıçı) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Qasım Rzayev
Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu – 14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır, == Döyüşlərdə iştirakı == Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. == Keçmişi == Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Qasım tatarları
Qasım tatarları (tatar. qasıym tatarları, касыйм татарлары, özlərini кәчим татарлары adlandırırlar) — tatar xalqının, xüsusən də Volqa-Ural tatarlarının qruplarından biri. Onlar Ryazan vilayətinin Kasimov şəhərində və Kasimovski rayonunda yaşayırlar. Onlar həmçinin Sankt-Peterburq, Moskva, Ryazan, Kazan, Daşkənd və başqa şəhərlərdə də məskunlaşıb. == Dil və din == Mişar ləhcəsinin müəyyən təsirinə məruz qalmış tatar dilinin orta dialektinin xüsusi ləhcəsində danışırlar. Qasım tatarları pravoslav xristianlarıdır, kiçik bir qrup isə sünni müsəlmanlardır. == Tarix == Etnik qrupun adı Qasım xanlığının paytaxtının - Qasım şəhərinin (digər adı Meşçerski şəhəri) adından gəlir. O da öz növbəsində təxminən 1445-ci ildən Meşçerski şəhərciyinin hakimi Qazan xanı Uluq Məhəmmədin oğlu Qasım xanın şərəfinə adlanıb. Qasım xanlığının əsas əhalisini Rusiya dövlətinin daxili işlərində fəal iştirak edən xidmətçi tatarlar təşkil edirdi. XVII əsrin son rübündə xanlığın ləğvi tatarların sosial və iqtisadi həyatında kəskin pisləşməyə səbəb oldu.
Qasım xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486)(Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512)Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600)Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasım İsmayılov
Qasım İsmayılov (19 aprel 1885, Lahıc, Şamaxı qəzası – 10 aprel 1922, Gəncə) — Azərbaycan siyasətçisi; Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı, 1918-ci ildən Kommunist Partiyasının üzvü.1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Quba İnqilab Komitəsinin (İnqilab Komitəsi) sədri, eyni zamanda Sovetlərin Gəncə Qəza İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsi) sədri olmuşdur (1922). Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil almışdırRespublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Qaşım dağı
Qaşım dağı – Babək rayonu ərazisində dağ (hünd. 1125 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 0,5 km-dək cənub-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Kotandağ qrupuna aid Alt Miosen yaşlı andezit-dasit tərkibli kiçik ölçülü ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.