Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Səbihə Bəngüdaş
Səbihə Bəngüdaş (1904, Konstantinopol – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. == Tərcümeyi-halı == Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Səbihə Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Gökçən Beynəlxalq Hava Limanı
Səbihə Göyçən Hava Limanı (türk. Sabiha Gökçen Havalimanı) — İstanbulun Pendik ilçəsinin sərhədlərində inşa edilən, şəhərin ikinci hava limanı. Havalimanı, dünyanın ilk qadın savaşçı pilotu və Türkiyənin ilk qadın pilotu olan Səbihə Göyçənin şərəfinə adlandırılmışdır. Təməli 1998-ci ilin fevralında qoyulmuş və 2001-ci ilin yanvarında tamamlanmış hava limanının dəyəri 550 milyon ABŞ dollarına bərabər olmuşdur. Hava limanı Malaysia Airports tərəfindən idarə olunur. Yerüstü xidmətləri, əməliyyatları, yük və təhlükəsizlik əməliyyatları ISG adlandırılan İstanbul Səbihə Göyçən Hava Limanı İnvestisiya İnşaat və İdarəetmə ASM tərəfindən həyata keçirilir. 2017-ci ildə 31.385.841 sərnişini, 219.656 təyyarəsini və 50.868 ton yük daşınmasını qəbul edən Səbihə Göyçən Hava Limanı, ölkənin ikinci ən işlək hava limanıdır.AirHelp Score 2019-a əsasən, dünyanın ən yaxşı 29-cu hava limanı seçilib, sorğuda 40-dan çox ölkədən 40 mindən çox sərnişinin iştirak etdiyi sorğuda 10-dan 7,93 bal toplayıb. == Quruluş == === Beynəlxalq terminalı === Yeni terminal binası illik 25 milyon sərnişin tutumuna malikdir, daxili və beynəlxalq reyslər eyni binada həyata keçirilir. İstanbul Səbihə Göyçən Beynəlxalq Hava Limanının terminalında yer alır: 4.818 nəqliyyat vasitəsi və 72 avtobus tutumlu 4 mərtəbəli avtopark 4 mərtəbəli və 128 otaqlı hava limanı oteli, quru və hava fərqli girişləri 112 check-in sayğacı, 24 şəxsi self-check sayğacı VIP bina və şəhər mənzərəsi olan CIP bölmələr 8 böyük gövdəyə (ICAO kodu E) və ya 16 orta gövdəyə (ICAO kodu C) eyni vaxtda xidmət edə biləcək çoxsaylı təyyarələrin dayanacaq sistemi, 400 m² konfrans zalı 5.000 m² qida və içki sənayesinin aparıcı markaları tərəfindən idarə edilən restoran və kafe sahəsi 4.500 m² beynəlxalq səviyyədə rüsumsuz mağazalar === Yük terminalı === İldə 90.000 ton yük anbarı 7.000 m² qapalı anbar ərazisi Hər biri 20 m² olmaqla 18 soyuq anbar === Aviasiya baxım, təmir və modifikasiya zonası === Hava limanı tərkibində THY Texniki ASM və Turkish Engine Center (TEC) şirkətləri ilə aviasiya baxımı, təmiri və modifikasiyasının həyata keçirildiyi bölgəsi yer alır. === Uçuş zolaqları və dayanacaq yerləri === Uzunluğu 3000 metr olan uçuş-enmə zolağı yer alan hava limanına eyni vaxtda 55 təyyarənin yanacağını 5,000 m³-luq yanacaq çənindən boruların köməyi ilə doldurmaq mümkündür.
Səbihə Göyçən

Səbihə Göyçən Beynəlxalq Hava Limanı

Səbihə Göyçən Hava Limanı

Səbihə Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (2 aprel 1894, Konstantinopol – 26 avqust 1971, İstanbul) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səbinə Abbasova
Səbinə Abbasova (16 iyul 1994, Bakı, Azərbaycan) — Azərbaycanın bədii gimnastı. == Həyatı == Səbinənin atası ehtiyatda olan hərbçidir; anası məktəbəqədər hazırlıq müəlliməsidir və qardaşı isə hərbi həkimdir. == Karyerası == Səbinə Abbasova idman karyerasına 1999-cu ildə başlayıb. O, ilk medalını (gümüş) Gənclərdən ibarət komandanın tərkibində digər 4 gimnastla beş lentlə hərəkətdə 2009-cu ildə Bakıda keçirilən Avropa Çempionatında qazanıb. Avropa Çempionatlarının, eləcə də Dünya Kubokunun mərhələlərində, eləcə də digər beynəlxalq turnirlərdə - ümumilikdə böyüklərdən ibarət komandanın tərkibində Səbinə 2014-cü ildə 11 medal (o cümlədən beşi qızıl) qazanıb. O, 2015 Avropa Oyunlarında qrup komandası tərkibində çıxış edəcək. Səbinə Abbasova uşaqlıqda Rusiya gimnastı İrina Çaşinanın pərəstişkarı olub.
Səbinə Abdullayeva
Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası (ing. IBSA - International Blind Sports Federation) tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo uzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.
Səbinə Alməmmədova
Səbinə Məmməd qızı Alməmmədova (18 mart 1972, Bakı) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent. == Həyatı == Səbinə Alməmmədova 18 mart 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1994-cü illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. 1994-2004-cü illərdə AMEA RH “Analitik informasiya” şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində çalışmışdır. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Xarici dillər” kafedrasında ingilis dilini tədris edir. 2008-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası üzrə ixtisası üzrə dosent elmi adı verilmişdir. 2016-2018-ci illərdə "Azərbaycan dilinin lüğət tərkibində alınmalar" adlı layihənin aparıcı koordinatoru olub. 2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda filologiya elmləri doktoru dərəcəsi almaq üçün “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” mövzusunda dissertasiya müdafiə etmişdir.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Ağayeva (aparıcı)

Səbinə Babayeva
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub. == Həyatı == Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib. 2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib. 2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib.2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib. == Avroviziya Mahnı Müsabiqəsi == Səbinə Babayeva 2010-cu ildə 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün ölkədə keçirilən milli seçim turlarında iştirak edib və 5-ci həftədə 8 xalla 3-cü yeri tutub.
Səbinə Hacıyeva
Səbinə Hacıyeva (aktrisa)
Səbinə Hacıyeva (aktrisa)
Səbinə Sabir qızı Hacıyeva (16 noyabr 1983) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == 1999–cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq" fakültəsinə daxil olmuş və 2003-cü ildə universiteti bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "magistratura" pilləsinin "Mədəniyyətşünaslıq" fakültəsinə qəbul olmuş və 2005-ci ildə həmin fakültəni bitirmişdir. 16 noyabr 2003-cü ildən hal-hazıradək Dövlət Pantomima Teatrının aktrisasıdır. O, B.Xanızadə "Şərqə səyahət" – (Hind qızı), M.Mkusabəyov "Şəngül, Şüngül, Məngül" – (Küpəgirən qarı, Məngül), B. Xanızadə "Eşq" (V. Şekspirin sonetləri əsasında plastik düşüncə) – (AY, Vərəq), Z.Zeynalov "Maska" – (Qadın), A.Ekzüperi "Balaca Şahzadə" – (Qızılgül), A.Kamyu "İnsan" – (Masonun arvadı, Ərəb qızı), A.Məmmədov "Korlar" – (Ölüm) tamaşalarında oynamışdır. R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şairə) filmində çəkilmişdir. S.Hacıyeva Tatarıstanda (Kazan 30 may – 6 iyun 2005 "Novruz" Türkdilli xalqların teatr festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səbinə Hacıyeva (memar)
Səbinə Xalid qızı Hacıyeva (13 oktyabr 1971, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Azərbaycan Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar. == Həyatı == Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1988-1994-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (sonra Azərbaycan İnşaat Mühəndisləri Universiteti, hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsində ali təhsil alıb. Təhsilini 1994-1998-ci illərdə həmin universitetdə aspirantura pilləsi üzrə davam etdirib. 1998-ci ildə “Orta əsr Azərbaycanın müsəlman və xristian dini memarlığının qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Memarlıq namizədi” (Memarlıq üzrə fəlsəfə doktoru), 2013-cü ildə “Azərbaycan Respublikasının Şimal-qərb regionunun memarlıq irsi, onun qorunma və istifadə problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi ilə “Memarlıq üzrə elmlər doktoru” elmi adlarını alıb. 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. == Fəaliyyəti == === Elmi Fəaliyyəti === 1994-2003-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Landşaft memarlığı” kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında dosent, professor vəzifəsində çalışıb. 2016-cı ildən son təyinatınadək həmin kafedranın müdiri olub.
Səbinə Hacıyeva (professor)

Səbinə Heydərova
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Mikina
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. == Karyerası == Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Səbinə Nemətzadə
Səbinə Nemətzadə — Azərbaycanın şərqşünas alimi, əlyazmaşünas, sənət tarixçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini. == Həyatı == Səbinə Ələsgər qızı Nemətzadə 1974-cü il oktyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirərək Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutuda aspiranturanın əyani şöbəsinə qəbul olur. 2002-ci ildə “Əllamə Həsən İbn Sədidəddin İbn Əl-Mütəhhər Əl-Hilli və onun "İrşadül-əzhan ila əhkamil-iman" əsərinin fiqh tarixində yeri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.2001-2003-cü illərdə Müasir Təhsil Kompleksində ərəb dili fənnini tədris etmişdir. 2004-2005-ci illərdə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsində “Şərq ölkələri fəlsəfə tarixi” fənnini tədris etmişdir. Səbinə Nemətzadənin tədqiqatı tarixşünaslıq, dinin tarixi və fəlsəfəsi, İslam sənət tarixi, dinşünaslıq, İslam fəlsəfəsi, mədəniyyətin fəlsəfəsi elm sahələri üzrədir. Fəlsəfə tarixçisi Səbirə Nemətzadənin bacısıdır. Səbinə Nemətzadə jurnalist-publisist Hüseynbala Nemətzadənin qardaşı qızıdır. == Yaradıcılığı == Səbinə Nemətzadə 2000-ci ildə aspiranturanı bitirərək M.Füzuli adına Əlyazmalar İnstitutuna təyinat almışdır, kiçik elmi işçi vəzifəsiylə fəaliyyətə başlamış, 2001-2004-cü illərdə elmi işçi, 2004-cü ildən 2014-cü il 1 mart tarixinə qədər böyük elmi işçı vəzifələrində çalışmışdır. 2014-cü il 1 mart tarixindən institutun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisidir.
Səbinə Nuriyeva
Səbinə Nuriyeva (d. 1 noyabr 1985) — Azərbaycanı təmsil edən həndbolçu. Səbinə Nuriyeva, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Səbinə Nuriyeva, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (30 mart 1993) — Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Səbinə Xasayeva 1993-cü il martın 30-da anadan olub. 2010–2014-cü illərdə Azərbaycan Dillər Universitetində Skandinaviyaşünaslıq üzrə ali təhsil alıb. 2016–2018-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA üzrə magistr təhsili alıb. İngilis və norveç dillərini bilir. === Ailəsi === Səbinə Xasayeva ailəlidir. == Siyasi fəaliyyəti == Səbinə Xasayeva 2014-cü və 2019-cu illərdə 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilib. 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səbinə Xasayeva VI çağırış Milli Məclisin deputatı seçilmişdir.Səbinə Xasayeva Milli Məclisin Regional məsələlər Komitəsinin üzvüdür.
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səbz
Səbz (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Dərə Səbz — İranda kənd.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Alman dəbi
Almaniya Fransa, İtaliya, ABŞ, İngiltərə və Yaponiya ilə birlikdə moda sənayesində lider bir ölkədir. Alman modası zərif xəttləri, qeyri-adi gənc dizaynları və idman və açıq geyim istehsalçıları ilə məşhurdur. Berlin Moda Həftəsində önə çıxan Almaniyanın gənc və yaradıcı moda mərkəzidir. Düsseldorf, Igedo ilə əhəmiyyətli bir moda ticarət mərkəzidir. Səhnənin digər vacib mərkəzləri Münih, Hamburq və Kölndür. Kiçik yerlər Alman moda sənayesinin Herford, Metzingen, Herzogenaurax, Schorndorf, Chemnitz, Albstadt və Detmold kimi mühüm dizayn və istehsal mərkəzləridir. == İqtisadiyyat == 130.000-dən çox işçisi olan 1300 şirkətdə Alman tekstil sənayesi tərəfindən 28 milyard avro gəlir əldə edilir.Məhsulların, demək olar ki, 44 faizi ixrac olunur. Beləliklə, tekstil filialı qida istehsalından sonra Almaniyada ikinci ən böyük istehlak malları istehsalçısıdır. === Brend === Məşhur moda markalarına Hugo Boss, Adidas, Puma, Escada, JOOP!, MCM, Bruno Banani, Jil Sander, Triumph, Schiesser, Closed, Reusch, Valisere, Jack Wolfskin, Ulla Popken, Buffalo, Rohde, Marc O'Polo, Tom daxildir. Dərzi, s.Oliver, Esprit, Wunderkind, Seidensticker, Windsor., Jaques Britt, Naketano.Eyni zamanda zLabels Berlin kimi birdən çox Alman marka və dizaynerə ev sahibliyi edən müxtəlif agentliklər var.
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Amerikanın Səsi
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
Arazın səsi
Arazın səsi (qəzet) — Culfa Rayon İcra Hakimiyyətinin orqanı. == Tarixi == 1935-ci ildən nəşr edilir. Müxtəlif illərdə (“Bolşevik yolu” 1935), "Zərbəçi heyvandar" (1936-1950), "Sovet Culfası" (1951-59), "Zəfər" (1959-91) adları ilə buraxılmışdır. 1991-ci ildən Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qəzet “Arazın səsi” adı ilə nəşrə başlamışdır. Qəzet Naxçıvan Muxtar Respublikasının, o cümlədən Culfa rayonunun sosial-iqtisadi,siyasi və mədəni həyatını işıqlandırır; Azərbaycanda və dünyada baş verən mühüm hadisələr haqqında xəbərlər, ədəbi-bədii yazılar da dərc edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 28.
Ayişə Nəbi
Ayişə Nəbi — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Cəbi Bəhramov
Cəbi Əmirvar oğlu Bəhramov (16 iyul 1959, Qafan) — tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimi. == Həyatı == Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur. 1966–1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S. Vurğun adına orta məktəbdə təhsil alıb. 1977-ci ildə Ümummilli lider H. Ə. Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə № 33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib. == Elmi fəaliyyəti == 1984-cü ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1982–1987-ci illərdə İnstitutda baş laborant, 1998–2000-ci illərdə kiçik elmi işçi, 2000–2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003–2010-cu illərdə ictimai əsaslarla İnstitutun "Azərbaycan Respublikası tarixi" şöbəsinə rəhbərlik etmişdir. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990–1993-cü illərdə ATU və Aİ və MU-də "Azərbaycan tarixi" fənnindən mühazirələr oxuyub.
Cəbi Quliyev
Cəbi Hüseyn oğlu Quliyev (30 avqust 1990, Ağbulaq, Naxçıvan Muxtar Respublikası) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Cəbi Quliyev 1990-cı il avqustun 30-da Şahbuz rayonunun indiki Ağbulaq kəndində anadan olub. 2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2013–2015-ci illərdə isə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər tarixi üzrə magistr təhsili alıb. === Ailəsi === Cəbi Quliyev ailəlidir. 1 övladı var. == Fəaliyyəti == Cəbi Quliyev 2013–2014-cü illərdə Naxçıvan Universitetində Humanitar elmlər kafedrasında baş laborant, 2014–2018-ci illərdə isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatın da aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışıb. 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin müəllimi olan Cəbi Quliyev, 2017-ci ildən həmin universitetin dissertantıdır. 2017-ci ilin fevral-mart aylarında Erasmus+ k104 layihəsi çərçivəsində Türkiyə Respublikasının Çankırı Universitetində Pedaqoji təcrübə keçmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. == Həyatı == O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir.Lakin o, iqtisadiyyatla deyil,ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. == Yaradıcılığı == Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1.Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
I Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.Taxta çıxdığı zaman yaşı az olduğuna görə Sarı Tağı xan ona lələ (atabəy) təyin edilmişdi.
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Kəbi Sanıyev
Kəbi Sanıyev (azərb. Kəbi Hacı Murad oğlu Sanıyev; d. 1902 Qazax rayonu, Çaylı kəndi - ö. 13 oktyabr 1937-ci il‎) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun üzvü, Sovet İttifaqının 77-ci Gəncə diviziyasının 230-cu alayın taqım komandiri və kapitanı. == Həyatı == Kəbi Sanıyev 1902-ci ildə Qazax rayonunun Çaylı kəndində mülkədar ailəsində anadan olmuşdur. === Ailəsi === Atası Hacı Murad Sanıyev, anası Xanım Bədəl qızı Sanıyevanın üç övladı olmuşdur: Kəbi Sanıyev, Sədi Sanıyev və Səyalı Sanıyeva. Sədi Sanıyev 1905-ci ildə dünyaya gəlmişdir. Onu evini, torpağını əlindən alan şəxs qətlə yetirmişdir.Kəbi Sanıyev 1927-ci ildə öz kəndindən olan Məşədiyeva Hənifə Məhəmmədhəsən qızı ailə qurmuşdur. Ailə Gəncə şəhərində yaşamışdır. Onların Eldar və Elmir adlı övladları olmuşdur.Kəbi Sanıyevin bacısı Səyalı Sanıyeva 1925-ci il yanvar ayının 5-də Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Ləbi hovuz
Ləbi Hovuz və ya Lyabi Hovuz (özb. Labi Hovuz, fars. لب حوض‎ [læbi hawz) — XVI-XVII əsrlərdə salınmış Buxara şəhərinin mərkəzi meydanlarından, memarlıq ansamblı biridir. Meydanda Kukeldaş mədrəsəsi(Buxara), Divan-Bəy mədrəsəsi, Divan-Bəy xanəgahı, Nadir-Bəy hovuzu su anbarı memarlıq abidələri birləşərək memarlıq ansamblı təşkil edir. Ansamblın ölçüsü təxminən 150 x 200 metrdir. Orta əsrlərdə Ləbi hovuz canlı alış-veriş sahəsi idi, buna ticarət günbəzləri ilə əsas alış-veriş küçəsinə yaxınlığı (onlardan biri meydandan 200 m məsafədə yerləşir) və Buxaradakı binaların həddindən artıq sıxlığı, beləliklə Ləbi hovuzun sadəcə bir neçə açıq sahələrdən biri olması səbəb oldu. == Tarixi == Ləbi hovuzda qalan ilk bina 1569-cu ildə Şeybani II Abdullah xanın Orta Asiyada yüksək səviyyəli ən böyük Kukeldaş mədrəsəsinin inşasına əmr verdiyi zaman ortaya çıxdı. 1619-1620-ci illərdə özbək qəbiləsinin nümayəndəsi Arlat Nadir Divan bəyin təşəbbüsü və hesabına İmamqulu xanın rəhbərliyindəki vəzir meydanında hovuz dağıdılaraq, yaradıcısının adını daşıyan xanəgah tikilir. 1623-cü ildə Nadir Divan bəy, daha sonra Divan-Bəy mədrəsəsinə çevrilən karvansara binasını ucaltdı. 20-ci illərdə hovuz, möcüzəvi şəkildə Buxaranın xəstəlik mənbəyi sayılan digər hovuzların əksəriyyətində aparılan qurutma prosesindən qurtula bildi; hovuzun xilas edilməsində əsas rolu ansamblın yüksək bədii dəyəri oynadı.
Məscidül-Nəbi
24°28′08″ şm. e. 39°36′41″ ş. u. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. == Həyatı == Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Naxçıvanın səsi
Naxçıvanın səsi - 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış radio. == Haqqında == “Naxçıvanın Səsi” Radiosu: “Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanır. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək 16 saat efirdə yayım həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərir. "Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində - 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfındən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.
Nəbi Babayev
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. == Həyatı == Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. == Ailəsi == Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Sebi (mahnı)
Sebi (azərb. Özünə‎) — Sloveniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Zala Kraly və Qaşper Şantl dueti "Sebi" mahnısı ilə Sloveniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri məhz ifaçılara aiddir.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. == Tarixi == XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.
Şəbli
Şəbli (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Şəbli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur == Mahiyyəti == Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. == Kahin Secileri == İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
ARB Şəki
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 32-ci kanallardan ölkənin 70% -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal-S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Abbas (Şəki)
Abbas (əvvəlki adı: Abbaskənd) — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim Abbas (Şəxs adı) və kənd topokomponentlərindən düzəlib, "Abbas adlı şəxsə məxsus yaşayış məntəqəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir ki, onun da 286 nəfəri kişi, 289 nəfəri isə qadındır.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Baqqal (Şəki)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır. .
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .