Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baba Teyyu
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur.
Fəxrəddin Teyyub
Fəxrəddin Teyyub (23 aprel 1950, Şıxakəran, Lənkəran rayonu) — tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010). Fəxrəddin Teyyub 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir. 1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olur. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabı olaraq bitirir. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir. Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb.
Qardaşəli Teyyubov
Qardaşəli Teyyubov (Tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; d.7 noyabr 1938, Şamaxı, Əngəxaran k, ö.27 noyabr 2012, Bakı — SSRİ Jurnalistlər Birliyinin üzvü Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra 1962-ci ildə Sergey Mironovik Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir. Atası Teyyubov Ağaqardaş Nurulla oğlu Böyük Vətən müharibəsində vəfat etmişdir. Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” (Savalan) qəzetinin ştatdankənar əməkdaşı olmuş, “Bakı”, "Kommunist" (Xalq) qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin T.Qardaşəli 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki Tereqqi ugrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Hemkarlar Ittifaqinin orqani olan "Ùlfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ilde SSRI jurnalistlər Ittifaqinin üzvü seçilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilmişdir. “Qizil Qələm” mukafatını layiq görülmüş, həmçinin SSRİ “Əmək Veteranı”dır.
Teyyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.
Teyyub Abbasov
Teyyub Aslanov
Teyyub Şueyib oğlu Aslanov (d. 6 fevral 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı xanəndə, Azərbaycanın xalq artisti (2018), "Qədim Musiqi alətləri” Dövlət ansamblının solisti. Aslanov Teyyub Şueyib oğlu 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-1984–cü illərdə 96 saylı orta məktəbdə təhsil almışdır. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mədən fakültəsində təhsil almışdır. 1985-1987-ci illərdə ordu sıralarında qulluq etmişdir. Təhsilini 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirmişdir. 1995-ci ildən Azərbaycan Muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak etmişdir. O cümlədən: 1996-cı ildə Türkiyənin Bayburt şəhərində "Dədə Qorqud" festivalında; 2000-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində "Qarabağ uşaqlarının göz yaşları"adlı tədbirdə; 2001-ci ildə Orta əsrlər "Romana" kilsələri mədəniyyəti festivalında; 2004-cü ildə Polşanın Çexoçinek şəhərində “III Çexoçinek rəssamların nümayişi” festivalında; 2004-cü ildə İngiltərənin paytaxtı London şəhərində Azərbaycan Diasporunun təşkil etdiyi 28 May Respublika gününə hesr edilmiş bayram konsertində; 2005-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Qəlblərin səsi” adlı festivalda; 2005-ci ildə UNESCO-da akademik Y.Məmmədəliyevin 100 illik yubileyinə həsr olunan dövlət tədbirində; 2006-ci ildə UNESCO-da Azərbaycan Respublikasının müstəqilliyinin 15 illik yubileyinə həsr olunmuş dövlət tədbirində; 2007-ci ildə Rumuniyanın paytaxtı Buxarets şəhərinin mərkəzində ulu öndər Heydər Əliyev adına parkın və heykəlinin açılış konsertində; 2010 və 2012-ci illərdə Macarıstanda Türkdilli xalqların iştirakı ilə "Hun-Türk” festivalı; 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasıbəti ilə ABŞ-in Texas və Kaliforniya ştatlarında (Hyuston, LosAngeles, San-Fransisco) və paytaxt Vaşinqtonda silsilə konsertlərdə; 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə, Azərbaycanın İsveçrədəki səfirliyinin dəvətilə, İsveçrədə keçirilmiş tədbirdə; 2014-cü il UNESCO tərəfindən Məhsəti Gəncəvi ili elan edilmişdir. Həmin il Fransanin paytaxtı Paris şəhərində və Avstriyanın paytaxti Vyana şəhərində Məhzəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən tədbirlərdə; 2015-ci ildə Cənubi Koreyada keçirilən "Böyük İpək yolu" festivalında iştirak edib.
Teyyub Axundov
Teyyub Mirzəhəsən oğlu Axundov (30 yanvar 1920, Bakı – 3 dekabr 1991) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991). Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C. Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılırdı. Sənətə meylli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir. Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir.
Teyyub Dəmirov
Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu. Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir. Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
Teyyub Paşayev
Paşayev Teyyub Yunis oğlu (30 oktyabr 1958, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent. 1958 – ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1981 – ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya əlavə biologiya müəllimi ixtisasını bitirmişdir. 1986 – cı ilin mart ayından Azərbaycan Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzinin Bəzək – Bağçılıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun Elmi Şurasının 28 dekabr 1987 – ci il tarixli iclasının qərarı ilə “Zəfəranın və Sarıkökün müxtəlif klonlarının inkişaf biologiyasının öyrənilməsi, onların becərilməsinin elmi əsaslarının hazırlanması” mövzusunda dissertasiya işi təsdiq edilmiş və 1988 – 1991- ci illərdə dissertasiya işi uğurla yerinə yetirilmişdir. Zəfəranın Naxçıvan şəraitində öyrənilməsi ilə bağlı elmi tədqiqat işləri aparmış, əkilmə dərinliyinin, yumrusoğanaqların iriliyinin, əkin vaxtlarının, suvarma və demyə şəraitlərinin bu bitkinin bioloji inkişafına, çiçəklənməsinə və məhsuldarlığına təsirini öyrənmiş və uğurlu nəticələr əldə etmişdir. 1988 - ci ildən başlayaraq ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dissertasiya işinin vaxtında müdafiəsinə mane olmuşdur. Azərbaycan MEA Rəyasət Heyətinin 26 avqust 2002-ci iltarixli 18/1 saylı qərarına əsasən Naxçıvan Regional Elm mərkəzi ləğv edildikdən sonra tutduğu vəzifədən azad edilmiş, 17 yanvar 2003-cü ildə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bioresurslardan istifadə şöbəsinə elmi işçi təyin edilmişdir. 2004-cü ilin yanvar ayında Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Naxçıvan Muxtar Respublikasının sibyə florası” mövzusunda dissertasiya işi təsdiq edilmiş, 05 dekabr 2008 – ci ildə dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmişdir . Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 yanvar 2011- ci il tarixli qərarı ilə ona biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Teyyub Quliyev
Teyyub Arıx oğlu Quliyev (4 oktyabr 1976, Qoyunbinəsi, Yevlax rayonu) — Azərbaycan dilçisi, dil nəzəriyyəçisi, altayşünas, türkoloq. Teyyub Quliyev 1976-cı ildə Yevlax rayonunda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin əyani aspiranturasında oxumuşdur. 2004-cü ildə "İltisaqi dillər və dil qohumluğu məsələsi (Altay dillərinin materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycanda altayşünaslığa aid ilk elmi monoqrafiyanın müəllifidir. 2012–2013-cü illərdə Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin, 2013-cü ildən 2016-cı ilə qədər Dil tarixi və dialektologiya şöbəsinin müdiri olmuşdur. 2016-cı ildən yeni yaradılmış Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi işləmişdir. Hal-hazırda həmin şöbənin müdiridir. 2004-cü ildən Bakı Slavyan Universitetinin Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
Teyyub Qurban
Qurban Teyyub Yarməmməd oğlu (18 dekabr 1934, Bülbülə – 21 fevral 2018) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatı (2002). Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954–1959). Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958–1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958–1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir. ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş (1961–1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963–1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976–1992). Azərbaycan Yazıçılar Birliyi "Oğuz eli" assosiasiyasının işlər müdiri (1992), Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992–1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994–1996). Hazırda fərdi yaradıcılıqla məşğuldur (1996-cı ildən). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır.
Teyyubov Çərkəz
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Turac Teyyubqızı
Çərkəz Teyyublu
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çərkəz Teyyubov
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Teyyub Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Ralf Teyt
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Teye-Arjanti
Teye-Arjanti (fr. Teillet-Argenty) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03279. 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 331 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 68.6%) idi. Fəal olan 254 nəfərdən 226 nəfər (128 kişi və 98 qadın), 28 nəfər işsiz (13 kişi və 15 qadın) idi. Aktiv olmayan 20 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Teyt Modern
Teyt Modern (ing. Tate Modern) — İngiltərənin paytaxtı Londonda yerləşən milli və beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi muzey, dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Teyt Briteyn, Teyt Liverpul, Teyt S.t İves və Teyt Onlayn ilə birlikdə sadəcə "Teyt" olaraq adlandırılır. Teyt Moderndəki sənət qalereyaları orijinal olaraq fərqli funksiyalara sahibdir.1947-1963-cü illərdə memar Gil Gilbert Skott dizaynına görə bu bölgədə iki mərhələli inşaat ilə "Bankside Elektrik stansiyası" inşa etdi.1981-ci ildə isə bu elektrik stansiyası bağlandı. Quruluş memarlar qrupu olan Herzoq & de Meyron tərəfindən yenidən dizayn edilərək muzey kimi xidmət göstərməyə başladı.Muzeyin tikintisini isə "Karillion" adlı inşaat firması həyata keçirdi.
Teyu (Fransa)
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Endrü Teyt
III. Emori Endryu Teyt (1 dekabr 1986-cı ildə anadan olub) İngilis və Amerika sosial media fenomeni, iş adamı və keçmiş peşəkar kikboksçudur. Teyt 2005-ci ildə kikboksinqə başlayıb və 2009-cu ildə ilk Prfesyonel qəlibəsini qazanıb. O, 2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousuna qatıldıqda daha çox diqqət çəkib və sosial mediada yazdığı şərhlər mübahisələrə səbəb olduqdan sonra verilişdən kənarlaşdırılıb. Tate'in iddia edilənlərə görə qadın düşəməni şərhləri onun bir çox sosial media platformalarından silinməsinə səbəb olub. 29 dekabr 2022-ci ildə Endryu və qardaşı Tristan iki qadınla birlikdə Rumıniyada həbs olundular; Hər dördü insan alverində və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir. Rumıniya polisi iddia edir ki, qrup qurbanları sosial media üçün pullu pornoqrafiya yaratmağa məcbur edib. İstintaq davam etdiyi üçün martın 31-də dördü də ev dustaqlığına buraxılıb. İttiham aktı hələ təqdim edilməyib və prokurorlar işi məhkəməyə göndərmək üçün iyunun sonuna qədər vaxtlarının olduğunu bildiriblər. Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr.
Teyt Makrey
Teyt Makrey (ing. Tate McRae; 1 iyul 2003, Kalqari, Alberta) — Kanada müğənnisi. 13 yaşında olarkən o, ABŞ realiti televiziya şousu-rəqs müsabiqəsi "So You Think You Can Dance"-də finala qədər yüksələn ilk kanadalı iştirakçı kimi tanınma qazanıb. Teyt Makrey Forbes-in 2021-ci ildə tərtib etdiyi "30 Under 30" siyahısında yer alan ən gənc musiqiçi olmuşdur. Onun 2017-ci ildə çıxardığı "One Day" sinqlı viral hitə çevrilmişdir. 2019-cu ildə o, RCA Records ilə müqavilə bağlayıb. Debüt miksteypi olan "All the Things I Never Said"-i 2020-ci ilin yanvarında təqdim edib. Teytin 2020-ci ildə yayımladığı "You Broke Me First" sinqlı video paylaşma tətbiqi olan TikTok sayəsində dünyanın xeyli sayda ölkəsində hit olmuşdur. Bu mahnı Billboard Hot 100-də 17-ci pillədə qərarlaşmışdır. Teytin 2021-ci ildə çıxardığı "Too Young to Be Sad" adlı ikinci mini-albomu, Spotify-da qadın sənətçilərin yayımladığı digər mini-albomlar arasında ən populyarı və dinləniləni olmuşdur.
Teya (nəzəri planet)
Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet. Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır. Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi. Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır. Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.
Çarlz Teyz Rassel
Çarlz Teyz Rassel (ing. Charles Taze Russell; 16 fevral 1852[…] – 31 oktyabr 1916[…]) – katib və baş mühasib, Müqəddəs Kitab Tədqiqatçıları dini hərəkatının qurucularından biri olub. O, 1884-cü ildən etibarən "Sion Gözətçi Qülləsi Cəmiyyətinin" prezidenti olub. Çarlz T. Rassel minillik krallığın peyğəmbəri olaraq qəbul edilirdi. Yehovanın Şahidləri onun yaratdığı dini hərəkatdan yaranıb. Çarlz T. Rasselin atası Jozef Litel Rassel (Joseph Lytel Russell; 17 dekabr 1897), anası Ann Elayza Berni (Ann Eliza Birney; 25 yanvar 1861) olub. Onlar Şotland-İrland irqindən, protestant (presbiteryan) idilər. O, valideynlərinin təzyiqindən hələ gənc yaşdan dinlə maraqlanmağa başladı. Presbiteryan ənənəsində böyüdüyünə görə, əvvəllər protestant presbiteryan kilsəsinə bağlı idi. Sonradan isə cəmiyyət kilsəsinə qoşuldu və burada böyük missionerlik fəaliyyəti göstərdi, amma kilsənin ənənəvi tədrisi olan, cəhənnəmə məhkum edilmiş günahkarların əbədi əzabı fikri Rassel üçün o qədər qəbuledilməz oldu ki, o, 17 yaşında imanını şübhə altına almağa qərar verdi.
Əl-Heyy qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Le-Tey (Alye)
Le-Tey (fr. Le Theil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03281. 2008-ci ildə əhalinin sayı 408 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 252 nəfər (15-64 yaş) arasında 177 nəfər iqtisadi fəal, 75 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.7%) idi. Fəal olan 177 nəfərdən 157 nəfəri (97 kişi və 60 qadın), 20 nəfəri işsizdir (9 kişi və 11 qadın). Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Əl-Həyy
Əl-Həyy (ər. الحيّ) — Allahın adlarından biri.
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Geya
Qeya ya Heya (yun. Γαῖα ya Γῆ) — qədim yunan mifologiyasında yerin şəxsləşdirilmiş adı və ilk tanrılardan biri, Xaosdan sonra doğulmuş ya yaranmış yer ilahəsi, digər bir əfsanəyə görə Hemera və Efirin qızıdır. Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Heyz
Aybaşı dövrü və ya menstruasiya dövrü — hormon istehsalında və qadın reproduktiv sisteminin uşaqlıq və yumurtalıqların strukturlarında hamilə qalmağa imkan verən bir sıra təbii dəyişikliklər. Yumurtalıq dövrü yumurtaların istehsalını və buraxılmasını, həmçinin estrogen və progesteron hormonlarının dövri buraxılmasını idarə edir. Uterus dövrü, embrionun yerləşməsi üçün uşaqlığın (bətnin) divarının hazırlanmasını və saxlanmasını tənzimləyir. Bu dövrlər eyni vaxtda və əlaqəli şəkildə baş verir, normalda 21–35 gün davam edir, ortalama uzunluğu 28 gündür və təxminən 30–45 il davam edir. Təbii olaraq meydana gələn hormonlar bu dövrləri idarə edir. Follikül stimullaşdırıcı hormonun (FSH) müntəzəm olaraq yüksəlməsi və azalması, yetişməmiş yumurta hüceyrələrinin (oositlərin) istehsalını və böyüməsini təmin edir. Estrogen hormonu, mayalanma baş verərsə, embrionu yerləşdirmək üçün uterus divarını qalınlaşdırır. Qatılaşmış divarın qan axını embrionu qida ilə təmin edir. Embrion implantasiya olunmazsa, bu divar parçalanır və qan xaric olur. Progesteron səviyyəsinin azalması ilə başlayan menstruasiya uterus divarının tsiklik tökülməsidir və hamiləliyin baş vermədiyini göstərir.
Jeyya
Jeyya (fr. Jayat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01196. 2010-ci ildə əhalinin sayı 1049 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 639 nəfərin (15-64 yaş arasında) 516 nəfəri İqtisadi cəhətdən fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.8%, 1999-cu ildə 72.3%). 516 fəal sakindən 487 nəfər (263 kişi və 224 qadın), 29 nəfəri (11 kişi və 18 qadın) işlədi. Aktiv olmayan 123 nəfər arasında şagird və ya tələbə, 54 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Deyl Karnegi
Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888[…], Merivill[d], Missuri – 1 noyabr 1955[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır. Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Deyl Martinsen
Deyl Martinsen (ing. Dale Thomas Mortensen; 2 fevral 1939[…] – 9 yanvar 2014[…]) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Xristofor Pisserideslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deyl Martinsen iqtisadiyyat üzrə bakalavr təhsilini Uillametti Universitetində tamamlamışdır. Doktorluq dərəcəsinə isə Karnegi-Mellon Universitetində yüksəlmişdir. "Beta Teta Pi" qardaşlıq dərnəyinin üzvüdür. 1965-ci ildən bəri Şimal-Qərb Universitetində işləyən Martinsen, 1980-ci ildən bəri professor olaraq çalışmaqdadır. Eyni zamanda 2006–2010-cu illərdə Orhus Universitetində qonaq professor olaraq çalışmışdır. Deyl Martinsenin tədqiqatları əməyin iqtisadiyyatı, makroiqtisadiyyat və iqtisadi nəzəriyyə haqqında olmuşdur. Xüsusilə müvəqqəti işsizliyin uyğunlaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır.
Deyr şəhristanı
Dəyyer şəhristanı və ya Deyr şəhristanı — İranın Buşehr ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Bəndər Dəyyer şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,488 nəfər və 10,036 ailədən ibarət idi.
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Ğeys
𐕘 (səslənməsi /ɣ/, transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փէս (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi). Bu fikrə Georgi Klimov da qoşulmuşdur. Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır. Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır.