Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zahirilik
Zahirilik — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. == Tarixi == İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir. Ancaq İbn Həzm şafei məktəbində çox uzun müddət qalmır.
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Zahidilik
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – Ələvi Talış alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Tahirli
Tahirli — Azərbaycanda işlədilən soyad və coğrafi yer adı. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Natiq Tahirli Sevda Tahirli Abid Tahirli Sahil TahirliKəndlər Tahirli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Tahirli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Zakirli
Zakirli (Xocavənd)
Abid Tahirli
Natiq Tahirli
Natiq Namiq oğlu Tahirli (28 oktyabr 1997, Almu, Lerik rayonu – 17 may 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Natiq Tahirli 28 oktyabr 1997-ci ildə Lerik rayonunun Almu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin sonlarında hərbi xidmətə yollanmışdır. Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Tahirli 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Aprel döyüşlərində vuruşmuşdur. Döyüşlərdə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Əsgər Natiq Tahirli 2016-cı ildə, mayın 17-si Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində snayper gülləsinin dəyməsi nəticəsində şəhid olmuşdur. Müdafiə Nazirliyinin məlumatına əsasən, dərhal tədbirlər görülmüş və qarşı tərəfin canlı qüvvəsi məhv edilmişdir. Mayın 18-i Natiq Tahirli doğulduğu Lerik rayonunun Almu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] == Həyatı == 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. == Ailəsi == Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Tahirli (Cəlilabad)
Tahirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Tahirli oyk., düz. Cəlilabad r-nunun Cəngan i.ə.v.-də Burovar silsiləsinin ətəyindədir; Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Tahir antroponimi və -li mənsub, bildirən şək.-dən ibarətdir. Yaşayış məntəqəsini Ərus kənd icmasından Tahir adlı şəxs ona məxsus binə yerində saldığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir. == Əhalisi == Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir.
Tahirli (Xudabəndə)
Tahirli (fars. طاهرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Tahirli (Yardımlı)
Tahirli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Zakirli (Poldəşt)
Zakirli (fars. ذاكرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (103 ailə).
Zakirli (Xocavənd)
Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Şahin Tahirli
Şahin Afat oğlu Tahirli (20 sentyabr 2001; Lerik rayonu, Azərbaycan — 7 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Tahirli 20 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüc kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Lerik rayon Züvüc kənd tam orta məktəbində təhsil almışdır. 2018-2019-cu illərdə Mingəçevir Turizm Kollecində təhsilini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Şahin Tahirli kollecin II kursunda oxuyarkən təhsilini dondurmuş və 2019-cu ilin oktyabrında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şahin Tahirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Tahirli 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Taleh Tahirli
Zahid Zairli
Zahid Azad oğlu Zairli (10 may 2000; Yardımlı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahid Zairli 2000-ci il mayın 10-da Yardımlı rayonunun Dəlləli kəndində anadan olub. Ailədə 6 uşaq — 3 bacı və 3 qardaş olublar. 2006-2014-cü illərdə Dəlləli kənd tam orta məktəbində, 2014-2015-ci illərdə M. İmanov adına Ostayır kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zahid Zairli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan snayperçi Zahid Zairli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahid Zairli oktyabrın 8-də Cəbrayılın azad edilməsində əsgər yoldaşlarını xilas edən zaman şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Müqəddəs Tanrı anası kilsəsi (Zakirli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Zakirli kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə ərazisində ən qədim tarix xaçdaşlardan biri üzərində yazılmış və "1198-ci ilin yayı"na aiddir. Kilsə timpanndakı kitabədə XII əsrdə burada artıq monastırın fəaliyyət göstərdiyini deməyə əsas verir. Kitabədə qeyd edilir ki, vardapet Yakov 1682-ci ildə köhnə kilsəni bərpa etdirmişdir. == Memarlıq xüsusiyyətləri == Müqəddəs Tanrı anası kilsəsi Zakirli kəndinin mərkəzində, alma və armud bağlarının arasında yerləşir. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatmışdır.Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilikal formaya malikdir. Kilsə divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Divarların qalınlığı bir metrdən artıqdır.
Zairli Zahid(Vətən müharibəsinin şəhidi)
Zahid Azad oğlu Zairli (10 may 2000; Yardımlı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahid Zairli 2000-ci il mayın 10-da Yardımlı rayonunun Dəlləli kəndində anadan olub. Ailədə 6 uşaq — 3 bacı və 3 qardaş olublar. 2006-2014-cü illərdə Dəlləli kənd tam orta məktəbində, 2014-2015-ci illərdə M. İmanov adına Ostayır kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zahid Zairli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan snayperçi Zahid Zairli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahid Zairli oktyabrın 8-də Cəbrayılın azad edilməsində əsgər yoldaşlarını xilas edən zaman şəhid olub. Yardımlı rayonunda dəfn olunub.