Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Əsğər Əli oğlu
Əli Əsğər Hüseyn oğlu Əlinin (ərəb. علی الاصغر بن علی بن الحسین زین العابدین‎) ən kiçik oğlu. anasının adı Ümmü Vələd olan seyid Əli Əsğər tarix kitablarının dediyinə görə şərəfli, kərmətlərə sahib, yüksək əxlaqlı və alim bir insanidi.İmam Səccad onu öz qardaşı olan Əli adı ilə adlandırıbdır. Əli Əsğərin ləqəbi Əbülhəsəndir (Həsən atası) ki, onun nəsli oğlu Həsən Əftəs yolu ilə davam tapıb. == Övladları == Həsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki Bərməkilər əliylə şəhid olmuşlar. === Törəməsi === Ələvi Misri duası Seyid Həsən Baba Seyid Əli Mir Qılınc Seyid Hüseyn Kuhkəməri Seyid Məhəmməd Höccət Kuhkəməri Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai Nəzərəli xan Mərəndi Əlirza xan Yekani == Vəfatı == Əli Əsğər 30 yaşında oğlu Həsən anası qarnında olarkən Ərəbistanın Yənbə şəhərində vəfat etmişdir.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis. == Həyatı == Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb.
Dev Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Div Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. == Həyatı == Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. == Rəssamlıq fəaliyyəti == 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlarHəsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. == Həyatı == == İstinadlar == == Qaynaqlar == http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (rəssam)
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pir Əli
Pirəli (Urmiya)
Qabar Əli
Qabarəli - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. == Tarixi == 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. == Toponimi == Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Təkcə Nizaminin müasiri olduğu bilinən bu böyük şairin həyatı, hansı bölgədə doğulması barədə tarixdə heç bir məlumat yoxdur. Təxəllüsünün Qul olmasını isə belə izah etmək olar: "O, özünü xalqın qulu hesab edib. Əslində bütün orta əsr şairləri şeirlərində özlərinə təvazökarlıqla "qul"- deyə müraciət ediblər". == Yaradıcılığı == Qul Əli "Qisseyi-Yusif" dastanını (Yusif dastanı) 1212-ci ildə tamamlamışdır. Şərqdə "Yusif və Züleyxa" dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə o, qələmə almışdır. == Əsərləri == Qul Əli. Qisseyi-Yusif. Bakı, "Şərq-Qərb", 2005.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Səbahəddin Əli
Səbahəddin Əli (d. 25 fevral, 1907 – ö. 2 aprel, 1948) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi, bizdə də ilk əvvəl hekayə və roman yazarı kimi tanınır. Əslində, ədibin həyatı və yaradıcılığı, haqqında daha çox söz deməyə imkan verir. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918-1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Tariq Əli
Tariq Əli (urdu طارق علی; ing. Tariq Ali; 21 oktyabr 1943, Lahor, Pəncab[d], Britaniya Hindistanı) — İngilis-Pakistanlı yazıçı, tarixçi, publisist, kinorejissor, ssenari müəllifi, solçu trotskizm ictimai xadim, «New Left Review»un redaksiya heyətinin üzvü «The Guardian», «CounterPunch» и «London Review of Books» üçün müntəzəm olaraq yazır. Məşhur "Sivilizasiyaların Çatışması" (2002), "Babildə Bush" (2003), "Eduard Səid ilə Söhbətlər" (2005), "Karib Dəniz Quldurları:" Ümid oxu "(2006) və bir çox kitabın müəllifi.
Ayaqlar
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standard xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir.
Qara ayaqlar
Qara ayaqlar (Qara ayaqca Niitsítapi "Original People"; İngiliscə Blackfoot, Blackfeet), daha çox Kanadada Alberta yaletində, çox az bir qismi də Amerika Birləşmiş Ştatlarında Montana əyalətinin şimal qərbində yaşayan Algonkinlərdən Hindu qəbiləsi. Ən yaxın qohumları Arapaholar, Atsinalar və Şayenlərdir. Düzənlik Hinduları mədəni grupuna daxildirlər. Atabasklardan fərqli bir dil danışan Tsutinalar keçmişdə Qara ayaq konfederasiyasına daxil idilər. Siyulardan Sihasapa (Qara ayaq) xalqının adı ilə dilləri Algonkin dillerinə girən Siksiká ᓱᖽᐧᖿ (Qara ayaq) xalqının adlarını qarışdırmamaq lazımdır.
Aşıq Talıb
Aşıq Talıb (1877, Ağkilsə, Yeni Bəyazid qəzası – 21 may 1979, Azad, Vardenis rayonu) — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu. == Həyatı == Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur. Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır. Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir. XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır. == Kitabları == "Könlüm Vətən arzular". == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əli Qalib Paşa
Əli Qalib Paşa (d. 1828 - ö. sentyabr 1858) — Osmanlı sultanı Sultan Əbdülməcid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcidin sədrəzəmlərindən Qoca Mustafa Rəşid Paşa idi. Sədarət məktubdarı olaraq xidmət etməsinin ardından 1851-ci ilin avqustunda Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nişanlandı. Nişanın ardından Əli Paşa vəzir rütbəsiylə məclis üzvlüyünə təyin edildi. 3 il davam edən nişanlılığın sonunda atası sədarətdən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şayələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı. Yeni evli cütlük Sultan Əbdülməcidin hədiyyə etdiyi Baltalimanı sarayında məskunlaşdı.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əli bin Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli ibn Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Talıb (Çaroymaq)
Talıb (fars. طالب‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Talıb Musayev
Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 4 aprel 2005, Bakı) — Azərbaycan və Ermənistan sovet ictimai-siyasi dövlət xadimi. Basarkeçər rayonu partiya komitəsinin birinci katibi. Maksim Musayevin atası. == Həyatı == Talıb Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilir. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirir. 1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunur. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.
Talıb Məmmədov
Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004-2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir. == Həyatı == Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib. Məmmədov Qarabağ müharibəsində iştirak etmişdir. 1992-1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı. 2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra rütbəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. == Həyatı == Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. === Təhsili === Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. == Musiqiçilik fəaliyyəti == Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir.
Talıb Talıbov
Talıb Azay oğlu Talıbov (6 iyun 1992; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 6 dekabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Talıb Talıbov 6 iyun 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Azay Talıbovun ailəsində anadan olmuşdur. 1998–2009-cu illərdə Ə. Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Talıb Talıbov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş və "çavuş" rütbəsiylə hərbi xidmətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Talıb Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan-Ermənistan arasında baş verən və Azərbaycanın qələbəsi ilə sona çatan İkinci Qarabağ müharibəsi bitdikdən sonra Talıb Talıbov xidmətini Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir. Talıb Talıbov 6 dekabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində xidmət edərkən şəhid olmuşdur.
Talıb Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Yelena Çalıx
Yelena Çalıx (25 mart 1984) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi. == Karyerası == Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu. 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu. 2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi.Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı. 66 velosipedçinin mübarizə apardığı final mərhələsində Yelena Çalıx finiş həddinə çata bilmədi və London Olimpiadasını nəticəsiz başa vurdu.
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. == Bioqrafiya == Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. == Diaqnostik kriteriyalar == 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi ( bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya,neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri,leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Narahat ayaqlar sindromu nədir ?
Çalı (Marağa)
Çalı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsində, Qavdul kəndistanında, Marağa şəhərindən 15 km çənub-şərqdədir.
Mirzə Talıb xan
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. == Həyatı == Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. == Bioqrafiyası == Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb.O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.1998-ci ildə Şahzadə Əli Suriya və Türkiyədən adıqların yaşadığı yerə atla səyahətə yollanmışdır ki, dünyada adıq diasporu haqqında məlumatlar artsın. Bu səfərin istiqaməti adıqların soyqırım vaxtı Rusiya İmpreiyasından İorodaniyaya qaçdığı yolla eyni tutulmuşdur.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Calın
Calın - türk və altay xalq inancında müqəddəs mərasim. Yalın və ya Çalın da deyilir. Xüsusilə Yer Ana və Yer iyəsi üçün edilən mərasim. Böyük bir ağacın altında həyata keçirilir. Bu ağac Uluqayını təmsil edir. Yerə üç direk batıb təpələri oyularaq və ya üzərlərinə bir stəkan qoyularaq içlərinə kımız doldurulur. Şaman sahəyə gələrək əllərində ağac budaqları tutan 39 qız və 39 kişilə birlikdə "kırınır" (rəqs edər). Burada qırxıncı adam özüdür və bu rəqəmin müqəddəsliyi ilə əlaqədar da bir yanaşma vardır. Yer ananı təmsil edən üç dirəyin yanına çataraq Calın alır. Artıq reallaşan müqəddəs əlaqəyə "Calın Almaq" deyilir.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. == Həyatı == Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. == Ailəsi == O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79Onun övladı yox idi. == Vərəsəlik hüququ == Atası Əbu Talib 620-ci ildə vəfat etdikdə:191  onun mirası Talib və qardaşı Əqil arasında bölündü. Onların iki kiçik qardaşı, Cəfər və Əli heç bir şeyə varis olmadılar. Bu, İslam hüquq prinsipini təsbit etdi: “Heç bir mömin kafirin malına və heç bir kafir möminin malına varis olmayacaq.” == Bədr döyüşü == 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi:"Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm".Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü. Onun iyirmi beş yaşı var idi.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الحسن بن علي‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 22 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). == Həyatı == Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
Cinsi oyanma
Cinsi oyanma (həmçinin cinsi həyəcan) — cinsi fəaliyyət zamanı və ya onun ərəfəsində cinsi istəyin stimullaşdırılması. Cinsi əlaqəyə hazırlıq zamanı bədəndə və ruhda bir sıra fizioloji reaksiyalar baş verir və bu proses bütün cinsi əlaqə boyu davam edir. Kişinin seksual stimullaşdırılması zamanı bədənin reaksiyası ereksiyaya səbəb olur. Qadınlarda cinsi oyanma zamanı bədənin cavabı məmə ucları, vulva, klitoral ereksiya, vaginal divarlar və vaginal yağlama kimi cinsi toxumaların fəaliyyəti olur. Zehni stimullaşdırıcılar və toxunma kimi fiziki stimullaşdırmalar və hormonların daxili dalğalanması cinsi oyanmaya təsir göstərə bilər. Cinsi oyanmanın bir neçə mərhələsi mövcuddur və zehni stimullaşmanın və onu müşayiət edən fizioloji dəyişikliklərdən başqa heç bir real cinsi fəaliyyətə səbəb olmaya da bilər. Adekvat cinsi oyanma nəzərə alınarsa, insanlarda cinsi stimullaşdırma orqazm zamanı zirvəyə çatır. Orqazm olmasa belə, insan özünün yaxşılığı üçün bunu edə bilər.
Baza yağları
Baza yağları - avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.I və II qrup baza yağları – mineral yağlardır.
Konservasiya yağları
Konservasiya yağları -müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3-5 dəfə, sürtkülərə nisbətən 6-10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması.Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur. Mühərriklərin və ya mexanizmlərin karterinə mühafizəedici yağ doldurulur və qısa müddətdə işlədilir.və bu zaman konservasiya yağı mexanizmin hissələrinin səthinə yayılır, bu da iş prosesində yağlanmayan hissələrin mühafizəsini təmin edir.
Motor yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Mühərrik yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Polisiloksan yağları
Polisiloksanlar - növbə ilə düzülmüş silisium və oksigen atomlarından yaranan zəncirə və silioksan qrupuna malikdir. == Polisiloksanların alınması == Polisiloksanların alınması - polisiloksanların xassələrinin öyrənilməsi və texnikada tətbiqi sahəsində xarici və keçmiş sovet alimlərinin xidməti olub. Silisium atomlarına yan zəncir şəklində müxtəlif quruluşlu karbohidrogenlər və üzvi radikallar birləşir. Molekul zəncirinin uzunluğundan və yan zəncirin quruluşundan asılı olaraq polisiloksanlar müxtəlif fiziki və kimyəvi xassələrə malikdir. Dimetildixlorsilanın sintezi üçün dördxlorlu silisiumun, kristallik silisiumun, ya da ferrosilisiumun yüksək temperaturda xlorlaşdırılmasından, metil maqnezium-xlorid isə (CH3MgCI) xlormetanın CH3CI katalizatorunun iştirakı ilə maqneziumun təsiri ilə yaranır. 1945-ci ildə alkilxlorsilanların alınması üçün daha sadə üsul işlənib hazırlanmışdır. Bu üsul mis katalizatorunun iştirakı ilə xlorlaşmış karbohidrogen buxarlarının sərbəst silisium reaksiyasına əsaslanır: Aralıq məhsul kimi digər alkilxlorsilanlar da alınır. Bu reaksiyanın açılması alkilxlorsilanların texnikada geniş tətbiqinə güclü təkan verdi. Fiziki - kimyəvi xassələri – polisiloksanlar rəngsiz, şəffaf, yağa bənzər müxtəlif özlülüklü mayelərdir; karbohidrogenlərdə və onların hallogenli birləşmələrində yaxşı həll olur, suda, spirtlərdə və digər polyar həlledicilərdə isə həll olmur. Polisiloksanların xassələri əsas etibarı ilə atomların siloksan qruplaşması xassələrindən alınır.
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. == Yaranma tarixi == Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. == Xüsusiyyətlər == "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. == Yağların xassələri == Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Transmissiya yağları
Transmissiya yağlarının minik avtomobilinin, yük avtomobilinin, avtobusların, traktorların, lokomotivlərin, yol-tikinti və digər maşınların aqreqatlarının sürtünmə qovşağında, həmçinin müxtəlif dişli reduktorların və sənaye avadanlığının qurdvari ötürücülərində istifadəsi nəzərdə tutur. Transmissiya yağları — müxtəlif funksional aşqarlar əlavə edilmiş baza yağlarıdır. Transmissiya – fırlanma hərəkətini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, işlək maşınlara ötürən və eyni zamanda gücün sürətinin dəyişdirilməsi üçün istifadə olunan qurğu və ya sistemdir. == Transmissiyanın tərkibi == Transmissiyanın tərkibinə aşağıdakılar daxildir: Mufta Kardan valı Differensial oynaqlı birləşmə Ötürücü qutu == Transmissiya yağları == Transmissiya yağları – ötürücü və paylayıcı qutuların, aparıcı əsas körpülərin, sükan mexanizmlərin hər cür dişli və zəncirvari reduktorların yağlanmasında istifadə olunur. Transmissiya yağları — əsasən qalıq neft məhsullarının selektiv təmizlənməsindən alınan ekstraktlara distillə yağları və aşqarlar (tərkibində yeyilməyə, siyrilməyə qarşı əsasən fosfor, kükürd, xlor, molibden, disulfid saxlayan) əlavə etməklə alınır. Yüksək yüklü transmissiyalı avtomobillər tətbiq olunana qədər niqroldan istifadə olunub. 1000C-də özlülük 6 – 20 mm2/san. Açıq dişli ötürücüləri yağlamaq üçün xüsusi özlülüklü, (1000C də 50 – 500 mm2/san). neftdən alınan qalıq yağlara aşqarlar əlavə olunmaqla istifadə edilir. Hipoid ötürücülərdə əsas körpülərin yağlanması üçün hipoid yağlardan istifadə olunur (tərkibində materialın səthi ilə kimyəvi reaksiyaya girərək siyrilməyə qarşı örtük əmələ gətirə bilən aşqarlar olmalı).
Əmtəə yağları
Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir. == Tətbiq sahəsi == Əmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür: === Sürtkü yağları: === Motor yağları Transmissiya yağları İndustrial yağlar Aviasiya yağları Energetik yağlar === Qeyri sürtkü yağları: === Texnoloji yağlar Tibbi yağlar Parfumeriya yağları Elektroizolyasiya yağları PlastifikatorlarƏmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir. == Əmtəə sürtkü yağları == Əmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn, Motor yağları "M" hərfi ilə; İndustrial yağlar – "İ" hərfi ilə; Transmissiya yağları – "T" hərfi ilə və s. == Mənbə == В.М.Капустин. Б.П.Тонконогов, И.Г.Фукс. "Технология переработки нефти".
Şahmat oynayan ölüm
«Şahmat oynayan ölüm» (isv. Döden spelar schack) — rəssam Albertus Piktorun təqribən 1480-ci illərdə çəkdiyi, özünün və İsveçdəki Töbü kilsəsinin ən məşhur freskası. == Tarixi == Töbü kilsəsinin inşaat prosesi XIII əsrin axırlarında sona çatmışdır. Kilsənin keşiş cübbələrinin saxlandığı yeri XIV əsrdə tamamlanmış, tağtavanı isə XV əsrin ortalarında yenilənmişdir. Kilsənin dörd dənə qövsşəkilli tağı var. 1480-ci illərdə Albertus Piktor onların üzərində rəsm əsərləri çəkmişdir. Kilsənin freskaları 1787-ci ildə, daha sonra isə 1992–1993-cü illərdə restavrasiya edilmişdir. İkinci restavrasiya zamanı freskaların komponentləri üzərində ətraflı şəkildə araşdırma aparılmışdır.«Şahmat oynayan ölüm» freskası kilsənin pilləkənlərinin üzərində, orqanın da yerləşdiyi tağtavanının qərb hissəsindədir. Bu freskanın müəllifi Albertus Piktor və onun beş nəfərlik atelyesidir. == Qalereya == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Svanberg, Jan med bidrag av Öberg, Jan.
Masutatsu Oyama
Masutatsu Ōyama (yap. 大山倍達, kor. 최영의, 崔永宜) — Kyokuşinkay karatenin əsasını qoyan məşhur karate ustasıdır. Kyokuşin karate məktəbinə maraq məhz əfsanəvi usta Masutatsu Oyamanın adı ilə baglıdır. == Həyatı == 1923-cü ildə Cənubi Koreyanın Qunsan əyalətində anadan olan Masutatsu Oyama karateçilərin yeni nəslinə aiddir. Mənşəcə koreyalı olub, etnik azlığa mənsub idi. Məşhur olduğu Masutatsu Oyamanın imzası – gənclik arzusunu təcəssüm etdirir (Hərfi mənada öz nailiyyətlərini yüksək dağ kimi toplamaq). Orta məktəbi Seulda bitirmiş və Aviasiya məktəbində təhsil almaqdan ötrü 1938-ci ildə Yaponiyaya köçmüşdür. Bir çox ləqəbləri ilə tanınmışdır. Gənclik illərində cüdo və boksla məşğul olmuşdur.
Oymaq iyesi
Uqo Oyama
Huqo Hoyama (9 may 1969) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Huqo Hoyama Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Huqo Hoyama Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Huqo Hoyama Braziliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yoşimatsu Oyama
Yoşimatsu Oyama — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
İvao Oyama
== Məlumat == Yaponiyanın 1904–1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı. Oyama(1842–1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904–1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885–96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu. Admiral Toqonun Port-Arturu təslim olmağa məcbur etməsində heç şübhəsiz ki, general Noqinin qalanın qurudan beşqat keçilməz hasarlarını dağıdıb müdafiə istehkamlarını tamamilə məhv etməsinin həlledici rolu oldu. Lakin Ernest və Trevor Düpilər yazır: "Mancuriyada rusların böyük qüvvələri vardı. Yaponlar rus ordularını əzib Yalu çayından geri atdılar. Ruslar Lyaoyanda böyük qüvvə cəmləşdirmişdilər.
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Azərbaycan Ali Təhsil Ocaqları
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Bakının ali təhsil ocaqları
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. == Həyatı == Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Nurizadə
Qalib Habil oğlu Nurizadə (10 iyun 1996, Gəgiran, Lənkəran, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Nuruzadə 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gəgiran kənd orta məktəbində təhsil almışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşanın azad edilməsində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.