ÖDƏMƏK

f.
1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək.
Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi. Çəmənzəminli.
[Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov.

2. Təmin etmək.
[Gənc:] Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Çəmənzəminli.
Əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsrini ödəyəcəkdir. M.S.Ordubadi.

// Bəs etmək, yetmək, çatmaq, kifayət etmək. Maaşı məxaricini ödəyir.
[Bəhlul:] Mənim təqaüdüm ev kirayəsini ödəyirdi… B.Bayramov.

3. Öhdəsinə götürmüş olduğu bir şeyi yerinə yetirmək. Planı artıqlamasilə ödəmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖDƏMƏK doldurmaq
  • ÖDƏMƏK qaytarmaq — vermək
  • ÖDƏMƏK kifayətlənmək — qənaətlənmək — əvəzlənmək

Etimologiya

  • ÖDƏMƏK Qədim sözlərdən olan öd (öt) kəlməsi “borc” (долг, заем) mənasını əks etdirib. -ə şəkilçisi isimdən feil düzəldib
ÖDƏMƏ
ÖDƏNİLMƏ

Digər lüğətlərdə

мо́лот-ры́ба обосно́ванность подмы́вка постэмбриона́льный раззнако́мливать экспатриа́ция бубни́ть ве́ред выве́шивать зажи́мистый нома́дный упрёк тарпан baloney choristical chronometry erroneous jai alai lipotropin pacesetting spring out spunky third-dimensional were-bear выкатывать