QIŞLAMAQ – YAYLAMAQ Bu qış burada qışlamasan, madarım keçməz (S.S.Axundov); İbrahim əmi bu yayı yaylaqda yaylamışdır
QIŞLIQ – YAYLIQ Qışlığın tədarükünü yayda, yaylığın tədarükünü isə qışda görmək lazımdır
QIT – BOL Sərv ağacı hər ağacdan ucadır; Əsli qıtdır, budağında bar olmaz (Xəstə Qasım); Ancaq xoşbəxtlikdən meyvənin bol vaxtı idi (Ə
QITLIQ – BOLLUQ Qıtlıq illər yağışıtək quruyub göz yaşımız... (Şəhriyar); Bir yanda hakimdə böyük bir bolluq; Bizim nəsibimiz aclıq, yoxsulluq! (Ə
QIVRAQ – XƏSTƏ Həkim yaşlı, lakin qıvraq bir adamdır (Ə.Əbülhəsən); Burada xəstə çoxdur (S.Qədirzadə)
QIVRAQLAŞMAQ – XƏSTƏLƏNMƏK İstirahətindən sonra xeyri qıvraqlaşıbdır. Anam xəstələnmişdi (S.Qədirzadə)
QIVRILMAQ – AÇILMAQ Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı... (İ.Şıxlı)
QIYIQ – AÇIQ Elə bil bütün bunlar da tatarın qıyıq gözlərindən gizli qalmırdı (Ə.Əbülhəsən); Əlini Mayanın açıq çiyninə vurdu
QIYILI – AÇIQ Qıyılı gözlərində gizli bir kin qaynayır (İ.Tapdıq); ...Onun alnı açıq, üzü də ağdır (S
QIYQACI – DÜZ Səkinə Vəlinin üzünə düz baxdı. Pərşan ona qıyqacı bir nəzər saldı (M.İbrahimov)
QIYMAQ – AÇMAQ Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı (M.İbrahimov); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı
QIZARMAQ – AĞARMAQ Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Ağardı dan yeri gözlərinizdə (B
QIZDIRMA – ÜŞÜTMƏ Bir həftədir ki, uşağım qızdırma içində yanır (C.Cabbarlı); Bədəninə üşütmə düşdü (S
QIZDIRMAQ – SOYUTMAQ Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu (S.S.Axundov); Çayı soyutmayın, için (S
QIZĞIN – SAKİT Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın münaqişələr, kəskin deyişmələr dilidir (M
QIZĞINLIQ – SAKİTLİK Bir həftə əvvəldən aşağı bazarda, istərsə də yuxarı bazarda bir qızğınlıq müşahidə edilirdi (H
QIZIŞMAQ – SAKİTLƏŞMƏK Xan büsbütün qızışıb qəzəblə bağırdı (M.Rzaquluzadə); Tərlandan məktub aldığı üçün sakitləşdi
QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı (Mir Cəlal); Mən yenə sakitləşdim (S
QIZMAR – SƏRİN Şaxta qızmar bir dəmir kimi onu dağlayırdı (Ə.Məmmədxanlı); Bura həm kölgə idi, həm də sərin idi (M
QİYABİ – ƏYANİ “Satım, satmayım...” deyən miyanə satqınları; Qiyabi satqınları, əyani satqınları (X.Rza)
QİYAMƏT – PİS Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pis iş tut, nə də pis söz eşit (M
QOCA – CAVAN Qocanın biliyi, cavanın biləyi (Ata. sözü)
QOCALI – CAVANLI Uzaqlar, yaxınlar döydü qapını; Qocalı, cavanlı düşdükcə bəndə (H.Hüseynzadə)
QOCAMAN – BALACA Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədər yazsanız ləyaqəti var (S
QOÇAQ – QORXAQ Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? (C.Məmmədquluzadə); Mən qorxaq sandığım adamları utandırmaq üçün kartof-soğan soymağa mətbəxə
QOÇAQLAŞMAQ – TƏNBƏLLƏŞMƏK Kamran yaman qoçaqlaşıb (Ə.Vəliyev); Traktorçu son vaxtlar yaman işdən soyuyub, yaman tənbəlləşmişdir (“Ulduz”)
QOÇAQLIQ – TƏNBƏLLİK Cahanın qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə tə
QOÇU – FAĞIR Qoçular, quldurlar qatar taxardı; Fağır-füqaraya yan-yan baxardı (Aşıq Ələsgər)
QOÇULUQ – FAĞIRLIQ Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri (N
QOHUM – YAD Hazırda mən öz qohumlarım və elim ilə bərabər cəbhəyə gedirəm (M.S.Ordubadi); Azad yad adamın bu hərəkətlərindən çox şübhələndi, dərhal ay
QOHUMLAŞMAQ – YADLAŞMAQ Mən özümü çox xoşbəxt hesab edirəm ki, sənin ilə qohumlaşmaq mümkün olaydı (S
QOHUMLUQ – YADLIQ Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış (C.Məmmədquluzadə); Yadlığı yadına düşüb qəhərləndi
QOXU – ƏTİR Bu rütubət və üfunət qoxusu oradan gəlirdi (M.Rzaquluzadə); Hər tərəfə ətir səpilmişdi (Mir Cəlal)
QOXULU – ƏTİRLİ Ətrafdakı qoxulu bataqlıq məni o qədər də bürüməmişdir ki, ondan xilas olub çıxa bilməyim (Ə
QOLÇOMAQ – KƏNDLİ Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama salındı (B
QONDARMA – TƏBİİ Sonra qondarma bir qəhqəhə çəkib bərkdən güldü (S.Qədirzadə); Təbiidir ki, öz oğluna da hisslər və duyğular aşılamağa çalışmış
QONDARMAQ – DAĞITMAQ Naşı bənna qondarıbdı novdanı, xalq neyləsin? (M.Möcüz); Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri dağıtm
QONUŞMAQ – SUSMAQ Gəl yanıma, sənin ilə qonuşaq; Könlümüzün istəyəni danışaq (H.K.Sanılı); Yaylım atəşi susmaq bilmir, yerə-göyə meydan oxunurdu (S
QOPMAQ – YAPIŞMAQ Kolun budağı ayının gücünə davam etməyib qopdu (S.S.Axundov); Tez əyilib mili yerdən götürdü və arvadına verdi, sonra onun yarıçılpa
QORXAQ – İGİD Ürkək, qorxaq qız uşağı yırtıcının qabağında dura bilmədi (M.İbrahimov); Dəli igiddir, əlindən xata çıxa bilər (Ə
QORXAQLAŞMAQ – İGİDLƏŞMƏK Bayram son vaxtlar yaman qorxaq olub, nədənsə qorxaqlaşıb. Əzəldən qoçaq idi
QORXAQLIQ – İGİDLİK Cəbhədə top gülləsindən baş götürüb qaçmaq qorxaqlıq deyil, cənab zabit, igidlikdir! (S
QORXMAQ – ÜRƏKLƏNMƏK Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? (N.Nərimanov); Baloğlan Qədirov pulun tapılmadığını görüb ürəkləndi (C
QORXMAZ – AĞCİYƏR Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzişirmiş (A.Şaiq); Adam bu qədər ağciyər olmaz (S
QORXMAZLIQ – AĞCİYƏRLİK Əmirin üsuli-idarəsinə qarşı bir düşmən kimi hücum edən şair öz böyüklüyünü və qorxmazlığını ziyarətdə onların hamısına göstər
QORXU – SEVİNC Bunu hiss etmiş kimi Mələyin ürəyinə bir qorxu çökdü (M.İbrahimov); Gözlərinə səadətə oxşar bir sevincin işığı düşdü (M
QORXUSUZ – CƏSARƏTSİZ Qorxusuz keçib gedir qüdrətli dağ qartalı (R.Rza); Müdirin iri gövdəsinə baxmayaraq, boş adamdı, cəsarətsizdi (S
QOŞA – TƏK Onlar qoşa durdular (Ə.Vəliyev); Sarışın səngərdə tək qaldı (S.Qədirzadə). QOŞA – TƏKBƏTƏK Ceyranlar qoşa gedər; Gözlə, ox boşa gedər; Yar
QOŞALAMAQ – TƏKLƏMƏK Zeyğəm isə əllərini qoşalayıb çırtıq çalırdı (S.Rəhimov); Kamilə gəlinciyini o biri oyuncaqlarından seçib təklədi
QOŞALAŞMAQ – TƏKLƏŞMƏK Atlar qoşalaşdı (İ.Şıxlı); Axsaq qoyun sürüdən aralanıb təkləndi