BAŞSIZ – AĞILLI Bu başsız uşaq başa düşür ki, öz hərəkətləri ilə özünə dost qazanmır. Çox ağıllı və namuslu qız imiş (M
BATABAT – ÇIXAÇIX Günün batabat zamanı idi (M.İbrahimov); Mən evdən çıxaçıxda o məni yaxaladı
BATAQLI – QURU Bataqlı küçələr düzəlib, gecələr elektrik ilə işıqlanırdı (S.S.Axundov); Mahmud... quru ot-ələf yığılmış çardağın altına girdi (Ə
BATAQLIQ – QURULUQ Küçənin ortası hər zaman bataqlıq və palçıq olurdu (S.Rəhman); Adanın quruluq hissəsində oturub dənizə tamaşa edirdik (M
BATIQ – ÇIXIQ Qoy onun o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın (S.Rəhimov); Elə bil onun gözü yerindən oynamış, çıxıq kimi görünürdü
BATIŞ – ÇIXIŞ Günəşin batışı ilə çıxışı gözəl olur. Günorta yerində olanda ona heç baxan da olmur (Çəmənzəminli)
BATİN – ZAHİR Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızılgüldür, amma batində onun tikanlarıdır (Ə
BATİNİ – ZAHİRİ Bu adamın zahiri quruluşu kimi, batini həyatının da çox maraqlı olduğunu onun hər sözündən, hər hərəkətindən anlamaq olurdu (A
BATMAQ – ÇIXMAQ Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır (Ə.Haqverdiyev)
BAYAĞI – MƏNALI Rəsulovun şirin dili, dərin mənalı baxışı o dəqiqə öz təsirini göstərdi (C.Əmirov); Bayağı adamlar yadıma düşəndə qanım qaralır (M
BAYAQ – DÜNƏN Mən bayaq zarafat eləmirdim (Elçin); Dünən bu hadisə onu bərk əsəbiləşdirmişdi (M.İbrahimov)
BAYAT – TƏZƏ Sonra anam dedi ki, iki tikə çörəyimiz qalıb, özü də bayatdır, isti çörək al, atan gəlib təzə çörək yesin (M
BAYĞIN – AÇIQ Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq); Sabirin yazdığı şeirlərin çoxu açıq və sadə an
BAYRAM – YAS Xanın bayramıdır, elin yasıdır (S.Rüstəm)
BEHİŞT – CƏHƏNNƏM Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? (Ə
BEHİŞTLİK – CƏHƏNNƏMLİK Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır (Çəmənzəminli); Dərvişsiz olan məmləkətin şöhrəti olmaz; Dünyası cəhənnəmlik o
BEKAR – İŞGÜZAR Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart (C.Əmirov); Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı
BEKARÇILIQ – İŞGÜZARLIQ Bekarçılıqdan darıxıram (C.Əmirov); Çünki onu tanıyırdı, işgüzarlığına bələd idi (Mir Cəlal)
BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır (F.Kərimov)
BƏDBƏXT – BƏXTİYAR Gərçi bu bədbəxt özü elmə həvəskardır (M.Ə.Sabir); Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim (M
BƏDBƏXTLİK – BƏXTİYARLIQ Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü (A.Şaiq); Körpə anasını itirdi birdən; Qanadı büküldü bəxtiyarlığın (Q
BƏDXAH – XEYİRXAH O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqdır (Ə
BƏDXAHLIQ – XEYİRXAHLIQ Lakin bir il sonra xanımın heç kəsə bədxahlıq edən adam olmadığını gördükdə.
BƏDXƏRC – QƏNAƏTCİL Arvadının niyə bu qədər tələbkar, bədxərc olduğuna dair suallara cavab tapa bilmirdi (Ə
BƏDXƏRCLİK – QƏNAƏTÇİLİK Bədxərclik və israfla, səxavət və əliaçıqlıq arasında fərq vardır (M.Talıbov); Qənaətçilik çox faydalıdır
BƏDLİK – YAXŞILIQ Lakin bədlikdən iki zırpı it də onlarla gəlirdi (M.Talıbov); Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıq indi də mənim yadımdan çıx
BƏDSİFƏT – GÜLƏRÜZ Bədsifət adamdır, qaşqabağından zəhər yağır. Həmişə gülərüz gördüyüm Səlim indi bomboz bozarmışdı
BƏXTƏVƏR – BƏDBƏXT Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? (Aşıq Qurbani); Bu
BƏXTƏVƏRLİK – BƏDBƏXTLİK Dərdim var, ay başına dönüm, sirrim var, mən bəxtəvərlikdən buraya gəlməmişəm (B
BƏXTİQARA – XOŞBƏXT Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxtiqarə, şükür olsun! (Ə
BƏLA – XOŞBƏXTLİK Kiçik bir xəta böyük bəlalar törədir (M.İbrahimov); Əfsus ki, yazıq Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi (S
BƏLALI – UĞURLU O şair mədh edir min bir gülzarı; Bəlalı aşiği, sevdalı yarı (S.Vurğun); Mənim tərifimdən, ey uğurlu quş; Onun qəlbindəki tikanı qopar
BƏLƏD – NAŞI Dadaş... sən dediyin adamların heç birinə mən bələd deyiləm (C.Məmmədquluzadə); Necə naşı bağbanam ki; Bir çiçəyi mənim olmaz (M
BƏLƏDLİK – NAŞILIQ Döyüş işinə nəzəri cəhətdən o qədər bələdliyim yoxdur (Mir Cəlal); İndi, yoldaş, neçə il naşılıq eləyəcəksən? (Mir Cəlal)
BƏLƏKLİ – AÇIQ Bələkli iki körpə baş-ayaq nənnidə yatırdı (M.İbrahimov); Uşağın qundağı açıq idi
BƏLƏMƏK – AÇMAQ Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi bələyirdi (A.Şaiq); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A
BƏRƏKƏTLİ – YARARSIZ Bu il rayonun, doğrudan da bərəkətli illərindən biri idi (S.Rəhimov); Yararsız yerləri yararlılaşdırmaq lazımdır
BƏRƏKƏTSİZ – YARARLI Sanki havadan un ələnirdi. Ancaq bu bərəkətsiz un yeri ağartmırdı (Mir Cəlal);
BƏRİ – ORA Yaxşı deyil, bəri gəl! (M.Hüseyn); ...Bu gün uşaqları da götürüb ora gedək (Ə.Vəliyev)
BƏRK – BOŞ Bərkdə də, boşda da sözü bir olub; Şərəfli, şöhrətli adlı babalar (H.Hüseynzadə). BƏRK – ZƏİF Əgər bircə dəqiqə bərk külək əssə və ya bir t
BƏRKİMƏK – BOŞALMAQ – Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M
BƏRKLİK – BOŞLUQ Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz (Ə.Əbülhəsən); Bəy, özü də boşluq eyləyibsən (Ə
BƏRPA – BƏRBAD İstehkamçı mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız (Mir Cəlal); Bütün əməyim bərbad oldu
BƏSİT – MÜRƏKKƏB Həyat haqqında sənin təsəvvürlərin nə qədər bəsitdir, Güləbətin! – dedi (M.İbrahimov); Mürəkkəb işdən hər adamın başı çıxmır
BƏSTƏ – HÜNDÜR Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə (Bayatı); Əkbər boyca hündürdü
BƏSTƏBOY – UCABOY Təqribən on-on beş yaşlı, bəstəboy, badamı qaragöz bir qız Mayanın diqqətini cəlb etdi (M
BƏY – QUL Söymə qul atamı, söyməyim bəy atana (Ata. sözü). BƏY – NÖKƏR Özü də şəhərimizin birinci bəyidir
BƏZƏN – HƏMİŞƏ Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı (Ə.Əbülhəsən); [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır (
BƏZZAT – ALİCƏNAB Yoxsa vurulmusan qıza, ay bəzzat? (S.Rüstəm); Alicənab adammış (S.Rüstəm)
BIY – VAY Bıy, nə qəşəng ceyrandır, bunu haradan almısan (Mir Cəlal); Vay öldüm, vay öldüm, kömək ediniz (S