ZİYANSIZ – XEYİRSİZ Əcəb xoşxasiyyət, ziyansız heyvandır (M.Talıbov); O həmişə xeyirsiz işdən yapışır (“Azərbaycan”)
ZOR – ASAN Müqim bəy sabahkı işin çox zor iş olduğunu kəsdirdi (S.Rəhimov); Silvionun dueli indiki vuruşmadan çox asandır (M
ZORAKI – KÖNÜLLÜ İstəyən könüllü, istəməyən zorakı – deyib muzdur Vəli düz Hacı Qulunun gözünün içinə baxdı (M
ZORAKILIQ – KÖNÜLLÜLÜK İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadırlar, qorxmayın (M.S.Ordubadi); Vəzifəni könüllülük prinsipi əsasında bölüşd
ZORBA – BALACA Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı (A.Şaiq); Balaca, isti və səliqəli bir mənzil idi (Mir Cəlal)
ZORBALAŞMAQ – BALACALAŞMAQ Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə zorbalaşırdı (N
ZORBALIQ – BALACALIQ Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam (S
ZORLA – XOŞLA Sizin onu zorla pozdurmağa haqqınız yoxdur (C.Cabbarlı); Bu gün xoşla qoymasan, sabah qaçar gələr (C
ZORLU – ZƏİF Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır (Xəstə Qasım); – Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi (Mir Cəlal)
ZORLUQ – ZƏİFLİK Hacı Vəlinin müəyyən prinsipləri var idi, şeyləri zorluqla qəbul edirdi (Çəmənzəminli); O öz zəifliyini bilirdi (M
ZÖVQ – CÖVR Həm zövqüdür, həm cövrüdür ömrün o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət (B.Vahabzadə)
ZÜLMƏT – İŞIQLIQ Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi (M.Dilbazi); Aşağıda Cəbir ağzında başlanan açıqlıq, işıqlıq, düzlükdə isə azad təbiə
ZÜLMƏTLİ – İŞIQLI Zülmətli və sakit bir gecə idi (C.Məmmədov); Xəstənin işıqlı, havalı, təmiz bir otaqda saxlanmasını məsləhət gördüm
ZÜLMKAR – ƏDALƏTLİ Bəy çox xəsis və zülmkar idi (Ə.Sadıq); Ədalətli hökmdar ol! (A.Şaiq)