Azərbaycan dilinin dialektoloji lüğəti.

  • DİKİ

    (Zaqatala) motal. – Əli bu gün diki almışdı

    Tam oxu »
  • DİKİCİQ

    (Zaqatala) bax diki. – Dadaş dağdan mə:mçün bir dikiciq gətirmişdi

    Tam oxu »
  • DİQASİN

    (Lənkəran) çayda balıq tutmaq üçün tor. – Diqasini çək, balıx tüşür; – Diqasini iki nəfər çəkər

    Tam oxu »
  • DİQİR

    (Qax) qalmaqal, səs-küy. – Kiri hələ, diqir eləmə

    Tam oxu »
  • DİQQİ

    (Naxçıvan, Ordubad) vərəm xəstəliyi. – Diqqi pis xəstəlıxdı (Ordubad)

    Tam oxu »
  • DİLAB

    (Bakı, Ordubad, Şamaxı) taxça. – Mücri dilabdadi (Şamaxı)

    Tam oxu »
  • DİLAF

    (Gəncə, Oğuz, Şuşa) bax dilab. – Tez ol, dilafdan bir az mürəbbə çıxart gəti, qonağın qavağına qoy (Gəncə); – Dilafa qab da yığıllar, yorğan-döşəx’ də

    Tam oxu »
  • DİLAL

    (Gədəbəy) xingal. – Dilalı qaşıxnan ye:irix’

    Tam oxu »
  • DİLANQA

    (Şəki) meşədə ağaca vurulan nişan. – Meşədə ağacı piçətdiyirdi hökumət, huna dilanqa diyirdilər

    Tam oxu »
  • DİLAV

    (Qax) bax dilab

    Tam oxu »
  • DİLAVASAR

    (Qax) çatlamamaq üçün divarın ortasına qoyulan ağac

    Tam oxu »
  • DİLBAŞ

    (Culfa, İmişli, Şamaxı, Zəngilan) 1. qaramalın dilində əmələ gələn şiş (İmişli, Culfa, Şamaxı) 2. dildə səpgi, qızartı (Zəngilan)

    Tam oxu »
  • DİLBAZ

    (Salyan) dilli-dilavər. – Bı qız çox dilbaz qızdu; – Dilbaz adam zirəy olar

    Tam oxu »
  • DİLBƏND

    (Qax) tərcüməçi

    Tam oxu »
  • DİLBƏSTƏ

    (Təbriz) vurğun. – Mən indi də nəvələrimə dilbəstəyəm

    Tam oxu »
  • DİLCIRAN

    (Qazax) yemiş növü. – Dilcıran şirin olor

    Tam oxu »
  • DİLÇİ

    (Qax) aravuran

    Tam oxu »
  • DİLDALIYAN

    (Basarkeçər) sarmaşığa oxşar bitki. – Dildalıyanı hələ-bələ yemillər, ama onnan dən çıxır küncüt kimi

    Tam oxu »
  • DİLƏDÖYMƏ

    (Zəngilan) uşaq oyunu adı

    Tam oxu »
  • DİLƏMAĞ

    (Dərbənd) nişanlamaq, nişan taxmaq. – Əli unun qızini uğluna dilədi. – Qız diləmişüg uğlumuzçün

    Tam oxu »
  • DİLƏMAX

    (Qax, Şəki) nişanlamaq. – Qızı gələndə burda dilədim getdi (Şəki); – Bu gecə qızı diləmağa gələcaxlar (Qax)

    Tam oxu »
  • DİLƏNKƏ

    (Cəlilabad) meşənin qırılmaq üçün ayrılmış sahəsi. – Ağac qıranda dilənkədən qıreylər, yoxsa abeşig tutey

    Tam oxu »
  • DİLXIRTMA

    (Şamaxı) 1. soyuqlama nəticəsində qaramalın dilində əmələ gələn şiş 2. dildə səpgi, qızartı

    Tam oxu »
  • DİLXO

    (Göyçay) taxça

    Tam oxu »
  • DİLİÇIQQAX

    (Gəncə) pəltək. – Diliçıqqax Urusdamın oğlu indi gör nə fığan qayrır

    Tam oxu »
  • DİLİDUZDU

    (Şəmkir) aravuran. – Banı çox diliduzdu arvatdı

    Tam oxu »
  • DİLİĞARACA

    (Çənbərək) malın ağzında olan xəstəlik. – İnəyimiz diliğaraca olmuşdu, dədəm ülgüşnən qazıdı, yerinə duz basdı

    Tam oxu »
  • DİLİT

    (Şəki, Tovuz) dəfə, kərə. – Partal çox çix’lənəndə aşmağ olmur, iki dilit, üş dilit yüyüsən, gənə ağarmiyi (Şəki); – Üş dilit bizdən pul alıllardı Hiq

    Tam oxu »
  • DİLLƏMƏK

    I (Zaqatala) qeybət etmək, birinin dalınca danışmaq. – Ağaya dillədilər II (Salyan) donmaq, üşümək. – So:ğdan əl-ayağum da dillənir

    Tam oxu »
  • DİLLİYARA

    (Qazax) yara adı

    Tam oxu »
  • DİLMƏZLUM

    (Çənbərək) uşaq oyunu adı. – Uşaxlar dilməzlum oynuyullar

    Tam oxu »
  • DİLO

    (Bərdə, Gədəbəy, Göyçay, İsmayıllı, Kürdəmir, Oğuz, Şamaxı, Tərtər) bax dilab. – Tez ol, qızım, tayqulpu diloya qoy (İsmayıllı); – Qab-qacağu diloa qo

    Tam oxu »
  • DİLO:ÇA

    (Kürdəmir, Ucar) balaca taxça. – Yəhərcəmi dilo:çadadı (Ucar)

    Tam oxu »
  • DİLO:SAR

    (Şəki) çardağın kənarlarındakı açıq yer. – Çardağa to:x dilo:sardan girmişdi

    Tam oxu »
  • DİLOV

    (Ağdaş, Zaqatala) bax dilab

    Tam oxu »
  • DİLVEN

    (Qax) dilavər. – Baysı menin dilvendi

    Tam oxu »
  • DİM

    (Qax) ilik

    Tam oxu »
  • DİMİZ

    (Ağdam, Şəmkir) sakit. – Ə:, dimiz dur (Şəmkir); – Həmid kişi dimiz adamdı (Ağdam)

    Tam oxu »
  • DİMMƏVER

    (Tovuz) vergi adı (köhnə)

    Tam oxu »
  • DİMRİX’

    (Gədəbəy, Qazax) 1. iri (duz və s.) (Qazax). – Duzu yaxşı döymöyüfsəη, dimrix’di 2. kök (Gədəbəy). – Bu əmliy o birinnən dimrix’di də:sən

    Tam oxu »
  • DİMRİX’LƏNMƏX’

    (Çənbərək, Tovuz) 1. böyümək 2. kökəlmək

    Tam oxu »
  • DİMRİY

    (Qazax) diribaş

    Tam oxu »
  • DİN

    dini çıxmax: (Cəbrayıl) azca soyumaq

    Tam oxu »
  • DİNAB

    (Bakı, Şamaxı) xörək bişirmək üçün qaynadılan su. – Nəcibə, dinab çox şordu (Bakı) ◊ Dinab qoymağ – xörək bişirmək üçün su qaynatmaq

    Tam oxu »
  • DİNAXOR

    (Saatlı) balıq tutmaq üçün düzəldilmiş yer

    Tam oxu »
  • DİNAQUR

    (Qax) kiçik ocaq

    Tam oxu »
  • DİNCƏX’SİZ

    (Ağbaba) hövsələsiz. – Nə dincəx’siz adamsaη ə:, bir qoysaηa görəx’ no:lur bu işin axırı

    Tam oxu »
  • DİNDƏLƏMƏX’

    (Qazax) dimdikləmək. – Saxsağan comuşun başına tüşör dindəler

    Tam oxu »
  • DİNDİLİM

    (Qax) cincilim

    Tam oxu »
  • DİNDO

    (Yardımlı) külüng. – Gedib dindo çaley

    Tam oxu »