Azərbaycan dilinin dialektoloji lüğəti.

  • QURĞAZDAMMAX

    (Qazax) bax qurağazdammax. – Yol bir az qurğazdansın, soηra gələrsiniz orya

    Tam oxu »
  • QURĞUZDAMMAX

    (Tovuz) bax qurağazdammax. – Bir az qurğuzdanannan sonra de:rix’ yerin aratı çıxdı

    Tam oxu »
  • QURİK

    (Zaqatala) bax qulix’

    Tam oxu »
  • QURQA

    I (Zaqatala) qoza (palıd ağacında). – Palıtda qurqa çoxdu II (Zaqatala) çəyirdək

    Tam oxu »
  • QURQU

    (Şəki) bax qurqa II. – Zoğal qurqusunu döyüf, tənzifdən keçirif, verillər qarnı ağrıyana

    Tam oxu »
  • QURQUR

    I (Qax) su içilən qab II (Şərur) oval formalı dəmir qutu

    Tam oxu »
  • QURQURA

    (Naxçıvan) çöl quşu adı

    Tam oxu »
  • QURQURRƏK

    (Şamaxı) bax qurqura

    Tam oxu »
  • QURQUZ

    (İmişli) arıq

    Tam oxu »
  • QURONTA

    (Dərbənd, Tabasaran) günorta. – U da quronta gələdi (Tabasaran)

    Tam oxu »
  • QURRA

    (Qazax) ədabaz, lovğa. – Namaz yaman qurra adamdı

    Tam oxu »
  • QURRAVAZ

    (Basarkeçər) bax qırravaz. – Ə, qurravaz olma!

    Tam oxu »
  • QURRES

    (Kəlbəcər) ağılsız. – Qənirə illaf qurresdi

    Tam oxu »
  • QURREY

    (Qarakilsə, Laçın, Oğuz) sadəlövh. – Əliş kimi qurrey adam olmaz (Laçın); – Məmmədəli qurrey adamdı (Qarakilsə)

    Tam oxu »
  • QURSAX

    (Şəki) çinədan. – Qursağı boşdu to:ğun, den tökün yisin ◊ Qursax mayası (Göyçay) – pendir mayası

    Tam oxu »
  • QURSANA

    (Qax) fırfıra. – Uşaxlar oynıyan şeydi qursana

    Tam oxu »
  • QURŞAX

    I (Goranboy, Qazax) kiçik arx II (Qazax) qövsi-quzeh. – Yağış yağannan sonra qurşax sallanar III (Cəbrayıl) məc

    Tam oxu »
  • QURT

    (Yardımlı) zirək, diribaş. – Qurt adamdı, əlinnən nə desön galay

    Tam oxu »
  • QURTBAĞRI

    (Oğuz ) yabanı ağac adı. – Qurtbağrının yarpağı mürdəşiyə oxşuyur

    Tam oxu »
  • QURTDANQUŞ

    I (Hamamlı, Mingəçevir, Yevlax) hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən. – Bəhrəm kişi çox qurtdanquş adamdı (Yevlax); – Vəli qurtdanquş adamdı

    Tam oxu »
  • QURTDU

    (Yardımlı) paxıl, xəbis. – Qurtdu üşağdu, heç kəsi gözi götürmey

    Tam oxu »
  • QURTDUĞAN

    (Balakən) xəstəlik adı (dırnağın dibində olur)

    Tam oxu »
  • QURTULU

    (Ordubad) yabanı bitki adı

    Tam oxu »
  • QURTYEMƏZ

    (Basarkeçər, Kəlbəcər, Qax, Şəmkir) qida borusu (heyvanlarda). – Heyvanı kəsəndə qurtyeməzin kəs tulla (Basarkeçər); – Qoyunda da olur, malda da qurty

    Tam oxu »
  • QURU

    quru dolma: (Şəki) evdə hazırlanmış kolbasa. – Quru dolma qə:rif qış uzunu yiyrix’; – Biyil quru dolmamız çoxdu

    Tam oxu »
  • QURUÇANAX

    (Çənbərək, Tovuz) avara, işsiz. – Quruçanağ adam özünə öy qurammaz (Çənbərək)

    Tam oxu »
  • QURUX

    (Dərbənd) qoz çırpmaq üçün uzun çubuq

    Tam oxu »
  • QURUQAZ

    (Kürdəmir) yaxşı qızardılmış (çörək, kartof və s.)

    Tam oxu »
  • QURULDAVUX

    (Qax) şəlalə

    Tam oxu »
  • QURUM

    (Balakən) xəsis. – Səkinə qarını çox yaxşı tanıyıram, o, çox qurum arvaddı

    Tam oxu »
  • QURUMÇƏX’

    (Oğuz) alma, armud və s. meyvənin yeyiləndən sonra qalan tullantı hissəsi, cecəsi. – Almanın, armudun üzeyi də diyirix’, qurumçəx’ də

    Tam oxu »
  • QURUMSU

    (Qarakilsə, Qazax) qanı kəsmək üçün qurumdan hazırlanmış maddə. – Qurumsu qanı tez kəsir (Qarakilsə)

    Tam oxu »
  • QURUN

    (Axalsxi, Borçalı) nov. – Qurunda su olur, mal içir (Borçalı)

    Tam oxu »
  • QURUNTA

    (Dərbənd) bax quronta. – Mən yerimnə qurunta duradam

    Tam oxu »
  • QURVAĞA

    (Qazax) dəyirmanın üst daşını fırlatmaq üçün oxun ucuna keçirilən dəmir hissə. – Də:rman daşının ağırrığı qurvağıya tüşer

    Tam oxu »
  • QUSQUTA

    I (Salyan) ziyankar, yaramaz. – Şakir qusquta adamdı, işi-peşəsi adama ziyan vurmağdı II (Salyan) yabanı bitki adı

    Tam oxu »
  • QUSUL

    (Balakən) xəmir xörəyi adı

    Tam oxu »
  • QUSUNTI

    (Salyan) körpə uşağın qusmaması üçün bələyinə bağlanan ağ muncuq. – Qusuntını uşağın bələginə bağlaqınan, gəlirəm

    Tam oxu »
  • QUSUR

    (Qax) dağar. – Degirmanda bir qusur buğda üğütdüm

    Tam oxu »
  • QUŞBURNU

    (Daşkəsən, Gədəbəy, Xanlar) itburnu. – Quşburnu yaxşı çiçəx’di, cürəcürədi, etir iyisi oloy (Daşkəsən); – Quşburnu çayı da xeyırdı sö:ox’dəymə: (Gədəb

    Tam oxu »
  • QUŞDAVAN

    (Ağcabədi, Qazax) hündürdaban ayaqqabı. – Quşdavanı mə:llimlər ge:ner, qızdar ge:ner (Qazax)

    Tam oxu »
  • QUŞDƏDƏ

    (Qax) çöl quşu adı

    Tam oxu »
  • QUŞKEÇƏN

    (Ağbaba, Bərdə, Qazax) hündürdaban ayaqqabı. – Gəlinə bir qəşəng quşkeçən almışam, dabanı çox hündürdü, geyəmmir (Bərdə); – Əyağında quşkeçən varıydı

    Tam oxu »
  • QUŞKEÇƏR

    (Ordubad) bax quşkeçən

    Tam oxu »
  • QUŞQOMMAZ

    I (Basarkeçər) qaramalın omba sümüyünün baş tərəfi. – Döyüf öküzün quşqommazın yara eli:fsən II (Salyan) sarıtikan

    Tam oxu »
  • QUŞQUL

    (Yevlax) sərrast nişançı

    Tam oxu »
  • QUŞQUNTƏKLİFİ

    (Quba) könülsüz təklif, dəvət

    Tam oxu »
  • QUŞQUŞU

    (Çənbərək, Gədəbəy, Qazax) yüngülxasiyyətli. – Dedim: Ə, quşquşu Bayram, hardan belə? (Qazax); – Quşquşu adam xatadan ötməz (Çənbərək); – Sənin kimi q

    Tam oxu »
  • QUŞQUYRUĞU

    (Şahbuz) yabanı bitki adı

    Tam oxu »
  • QUŞQUZULAMAX

    (Qazax) günəşli gündə seyrək yağış yağmaq

    Tam oxu »