bacıoğlu
bad-hava 2021
OBASTAN VİKİ
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!!!
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Bad-İburq
Bad-İburq, Almaniyanın Aşağı Saksoniya regionunun Landkreis Osnabrück ərazisində yerləşən bir şəhərdir. İlk Prussiya kraliçası Sofiya Şarlotta bu şəhərdə dünyaya gəlmişdir.
Bad (Quba)
Bad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb.
Bad (albom)
Bad — Maykl Cekson albomu. == İstinadlar == == Xarici keçidlər == Campbell, Lisa D. Michael Jackson: The King of Pop. Branden Books. 1993. ISBN 978-0-82831-957-7. Brooks, Darren. Michael Jackson: An Exceptional Journey. Chrome Dreams. 2002. ISBN 1-84240-178-5.
Bad (mahnı)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bad 25
Bad 25 — Maykl Cekson albomu.
Bad Kissingen
Bad Kissingen (alm. ‎və bav. Bad Kissingen) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi, kurort mərkəzi.
Bad Qandersxaim
Bad Qandersheim (alm: Bad Gandersheim, Aşağı alman dilində: Ganderssen) - Almaniyada, Aşağı Saksoniya əyalətində yerləşən şəhər Northeim rayonunun bir hissəsidir. Əhalisi 10313 nəfərdir (31 dekabr 2010-cu ildə). 9.049 km² ərazini əhatə edir. Rəsmi kodu – 03 1 55 001.
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Breaking Bad
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Bad Guy
"Bad Guy" — amerikalı müğənni-bəstəkar Billi Aylişin mahnısı və onun ilk studiya albomundan beşinci sinqlı. İlk dəfə 9 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı media tərəfindən minimalist alətlərlə elektropop, dans-pop, trap-pop kimi xarakterizə edilmişdir. Ayliş "Bad Guy" mahnısını qardaşı Finneas ilə birlikdə yazmışdır. Mahnının kanadalı müğənni Castin Biber ilə birgə ifası olan başqa bir versiyası 11 iyul 2019-cu ildə işıq üzü görüb. Bad Guy buraxıldıqdan sonra müsbət rəylər qazandı. Mahnı ABŞ-nin Billboard Hot 100 hit-paradında və Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiya da daxil olmaqla 16 digər beynəlxalq siyahıya başçılıq etdi, həmçinin Birləşmiş Krallıq Sinqllar hit-paradında ikinci yeri tutdu. Bad Guy, Lil Nas X və Billi Rey Sayrusun "Old Town Road" mahnısının 19 həftəlik rekordunu qırdı. Mahnı Avstraliya Səsyazma Sənayesi Birliyindən (ARIA) on qat platin mükafatı və Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən altı dəfə mükafat da daxil olmaqla bir neçə sertifikata layiq görüldü. Mahnı 62-ci İllik Qremmi Mükafatlarında "Səsyazma" və "İlin mahnısı" daxil olmaqla bir neçə mükafat qazandı.
Bad Ideas
Bad Ideas — ABŞ müğənnisi Tessa Vayoletin(en) ikinci studiya albomu. 25 oktyabr 2019-cu ildə T∆G Music tərəfindən buraxılıb. Bütün mahnılar Tessa Violet tərəfindən yazılmış və bəstələnmişdir.
Bad Boys Blue
Bad Boys Blue (azərb. Mavi geyinmiş pis oğlanlar‎) – Avro disko və Avrodens janrlarında ifa edən Almaniya qrupudur. == Musiqi karyerası == "Bad Boys Blue" musiqi qrupu 1984-cü ildə Almaniyanın Köln şəhərində Tomas Hendrik və Karen Van Haaren tərəfindən yaradılmışdır. Qrupun iştirakçıları Endryu Tomas (ABŞ), Trevor Teylor (Yamayka) və Con Makİnerni (Böyük Britaniya) olmuşdur. Qrup "You’re Woman" mahnısı ilə bir neçə ölkədə ilk 10-luğa düşmüşdür. Bu qrup, əsasən, Şərqi Avropada məşhurluq qazanmışdır. 1987-ci ildə qrupun əsas aparıcı vokalisti Con Makİnerni oldu. Ona qədər qrupun əsas aparıcı vokalisti Trevor Teylor idi. Çox mahnılarda məhz ona məxsus idi. Həmçinin, mahnılarda Lian Li adlı ifaçı oxuyurdu.
Bad Habits (mahnı)
"Bad Habits" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-in ilk sinqlı. 10 yanvar 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Yazılması == Stacey Andersona danışan Keyn müsahibəsində "Bad Habits" mahnısının Törnerin bas gitara çalması, və özünün bunun üzərinə oxuması ilə yarandığını bildirib. Onlar həmçinin mahnının orijinal yazısının 40 dəqiqəyə yaxın olduğunu qeyd ediblər. == Musiqi videosu == Video 10 yanvar 2016-cı ildə sinql ilə eyni gündə buraxılıb. Klipdə Törner və Keynin Kaliforniyadakı barların birində göstərdiyi performansdan görüntülər yer alıb. Musiqi videosu Ben Chappell tərəfindən çəkilib.
Pilot (Breaking Bad)
"Pilot" (DVD və Blu-Ray buraxılışlarında "Breaking Bad" adlanır) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in pilot epizodu. Epizodun ssenari müəllifi və rejissoru teleserialın yaradıcısı olan Vins Qilliqandır. Epizod ilk dəfə 20 yanvar 2008-ci ildə AMC telekanalında efirə buraxılmışdır. Epizodda orta məktəbdə kimya müəllimi çalışan Volter Vayt 50-ci ad gününü ertəsi sağalmaz ağciyər xərçənginə tutulduğunu öyrənir. O, əvvəlcə diaqnozunu arvad-uşağından gizli saxlayır. Volter bacanağı DEA agenti Henk Şreyderə zəng vurur, onun keçən gün qonaqlıda təklif etdiyi anti-narkotik əməliyyatında iştirak etməyə razılaşır. Maşında əyləşib basqını seyr edərkən evin pəncərəsindən çıxıb qaçan keçmiş şagirdi Cessi Pinkman gözünə dəyir. Həmin gün o, Cessini tapmağı bacarır və onu şantaj edir ki, RV-də metamfetamin bişirməkdə ortağı olsun. Teleserialın pilot epizodu "60-cı Praytaym Emmi" mükafatlarında bir çox mükafata namizədlik qazandı. Baş qəhrəmanı canlandıran Brayan Krenston "Dram Serialında Görkəmli Baş Aktyor" nominasiyasında "Praymtaym Emmi" mükafatına layiq görüldü.
Cyperus badius var. inconspicuus
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Dağ badamı
Dağ badamı (lat. Amygdalus fenzliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür. 4 m-ə qədər hündürlüyündə, yerə sərilmiş geniş çətirli, ağac və ya koldur, budaqların sonu tikanlıdır. Yarpaqlar qısa saplaqlı 1,5 sm-ə qədər uzunluğunda, kənarları elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi,Yarpaqlar üstdən yaşıl, alt hissədə isə solğun-yaşıl olur, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Çiçəkləri birdən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Ləçəkləri çəhrayı rəngli və təxminən yumrudur.
Erigeron badachschanicus
Erigeron badachschanicus (lat. Erigeron badachschanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eucalyptus badjensis
Eucalyptus badjensis (lat. Eucalyptus badjensis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eupatorium badium
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Euseius badius
Euseius badius (lat. Euseius badius) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Felis badia
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Georq Persi Badqer
Georq Persi Badqer (ing. George Percy Badger; aprel 1815 – 21 fevral 1888, London) —ingilis şərqşünası. Georq Persi Badqer 1815-ci ildə Londonun şimal-şərqindəki Chelmsfordda doğulmuşdu. Ailəsi, uşaqlığı və yetişmə tərzi haqqında yetərli bilgi yoxdur. İngilis ordusunda çavuş olan atası, ehtimalən vəzifəylə getdiyi Maltada öldüyündə Badqer on doqquz yaşındaydı. Burada sıxıntı içində və qeyda dəyər bir rəsmi təhsil almadan yetişdi. Xarici dil öyrənməyə qarşı böyük bir qabiliyəti olduğundan qısa zamanda Malta dilini və xalq ərəbcəsinin məhəlli bir ləhcəsi olan bu dilə hakimiyəti sayəsində digər Orta Şərq ləhcələrini öyrəndi. Georq Persi Badqer 1835–1836-cı illərdə gerçəkləşdirdiyi ilk Orta Şərq ziyarəti çərçəvəsində getdiği Beyrutda Ərəb dilində çalışmalarını davam etdirdi. Maltaya dönüşündə qatıldığı Anglikan Kilisəsi Misyonerlik Təşkilatının (Anglican Church Missionary Society) Vallettadakı nəşriyyatın Ərəb dili bölümündə mütərcim və mətbəəçi olaraq təhsil gördü. Burada, aralarında modern Ərəb dili və ədəbiyatının öncülərindən olan Livanlı məşhur yazıçı Faris əş-Şidyakın da olduğu elm adamları və səyyah vaizlərdən mütəşəkkil bir qrupa qatıldı.
Hacı Məhəmmədəli Badamçı
Hacı Məhəmmədəli Hacı Məhəmmədtağı oğlu Badamçı (?-1939)—Məşrutə hərəkatının üzvü. O, Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. 1920-ci ildə vətənin xilası uğrunda gizli də olsa mübarizə aparan İDP Azərbaycan əyalət təşkilatına, onun Təbriz komitəsinə Mirzə Əli Çayçı, Mirzə Əli xan Postxana, Hacı Məhəmmədəli Badamçı başçılıq edirdi. Hacı Məhəmmədəli Badamçı 1924-cü ildə Berlində çıxan "İranşəhr" nəşriyyatında Şeyx Məhəmməd Xiyabaninin bioqrafiyasını çap etdirmişdi. Hacı Məhəmmədəli Badamçı 1939-cu ildə vəfat edib. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hind badamı
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Janna Badoyeva
Janna Osipovna Badoyeva (ukr. Жанна Йосипівна Бадоєва; qızlıq soyadı — Dolqopolskaya; 18 mart 1976, Majeykyay) — Ukraynalı teleaparıcı və rejissor. Daha çox "Oryol i Reşka" səyahət proqramının müəllifi və aparıcısı kimi tanınır. Janna Badoyeva 18 mart 1976-cı ildə Litvanın Majeykyay şəhərində anadan olmuşdur. Onun valideynləri mühəndis idilər, buna görə də qızlarının inşaat texnikumuna daxil olmasını arzu edirdilər. Janna bu texnikuma daxil olur və sonadək təhsil alır. Sonra Kino və Televiziya İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq istəyir, lakin yaşı çatmır. Rejissorluq fakültəsini bitirərək, ardınca Kiyevdə yerləşən ali məktəblərin birində işləməyə başlayır. Badoyeva Comedy Club U. A. şousunun ilk rezident qadını olmuşdur. 1+1 telekanalında efirə çıxan "Танцую для тебя" (azərb.
Kempinski Hotel-Badamdar
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Loik Badiaşil
Loik Badiaşil Mukinayi (5 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Badiaşil Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Badiaşil öz peşəkar karyerasında debütünü Monako klubu ilə 27 iyul 2016-cı ildə etmişdir. O, görüşdən 13 dəqiqə sonra Fənərbağça klubu ilə qarşılaşmada Morqan De Sanktisi əvəz etmişdir. Həmin görüşdə Monako UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Fənərbaxçaya 2-1 hesabı ilə məğlub olmuşdur. Badiaşil Liqa 1-də debütünü 20 may 2017-ci ildə 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Seydu Sunu əvəz etmişdir. Badiaşilin valideynləri Konqo vətəndaşlarıdır. Badiaşil Monako klubunda peşəkar futbolçu kimi çıxış edən Benua Badiaşilin böyük qardaşıdır.
Lord Baden-Powell
1857-ci il 22 fevral tarixində Böyük Britaniyanın paytaxtı olan London şəhərində məşhur bir ailədə dünyaya göz açmışdır.Onun babası Robert Stefenson paravozun ixtirası ilə bütün dünyada məşhur olmuş Corc Stefensonun oğludur. O, Oksford Universitetinin professoru, keşiş Baden Pauellin ailəsinin on uşağından sayca səkkizincisi idi. B.P-nin üçyaşı tamam olarkən atası vəfat etmişdir. Əziz uşaqlar və gənclər, əgər siz skaut ədəbiyyatında BP işarəsinə rast gəlsəniz, təəccüblənməyin- bütün dünyada Baden Pauelli nəvazişlə belə adlandırırlar. Baden-Pauell uşaqlıqdan həvəslə yeniliyi öyrənməyə çalışırdı və buna asanlıqla nail olurdu. Kiçik yaşlarından pianino və skripkada ifa etməyi öyrənmiş, aktyor kimi tamaşalarda çıxış edirdi. Uşaqlıq illərinin çox hissəsini kənd yerində keçirdiyi üçün təbiətdə olmağı və açıq havada oyunları çox xoşlayırdı. O, asudə vaxtını hədər yerə sərf etmirdi. İmkan yaranan kimi qardaşları və yaxın dostları ilə birgə yeni macəralar axtarmaq məqsədilə İngiltərənin dəniz sahillərinə və Temza çayı ilə qayıq səyahətlərinə çıxardı. Bu səyahətlərdə onlar çadırlarda gecələyər, ocaqda hazırlanmış yeməklə qidalanardılar.
Ləkəli badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Mentha arvensis var. badensis
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha badensis
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mirməhəmmədkərim Badkubeyi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Molla Sadıq Badkubey
Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür. Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır. Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur.
Molla Sadıq Badkubeyi
Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür. Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır. Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur.
Monquş Buyan-Badırqı
Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir. Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb. Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı.
Məhəmməd Badi
Məhəmməd Bədi (ərəb. محمد بديع‎; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi. Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib. “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.
Məhəmməd Nəcəfi Badkubeyi
Ayətullah Seyid Məhəmməd Nəcəfi Badkubeyi — Azərbaycanlı İslam alimi. Seyyid Hüseynin oğlu Ayətullah Seyyid Məhəmməd Nəcəfi Badkubeyi də din alimi idi. O, ibtidai təhsilini atasından və digər alimlərdən almışdı. Seyyid Məhəmməd 30 yaşında ikən əmisi (Seyyid Hüseyn Badkubeyinin qardaşı) ailəsi ilə birlikdə Bakıdan Nəcəfə, qardaşı ilə görüşməyə gəlir. O özü ilə iki qızını da gətirmişdi. Qızlardan birini Seyyid Məhəmmədə, o birini isə qardaşı Seyyid Həsənə nişanlayırlar. Əmisi öz arvadını və iki qızını Nəcəfdə qoyub Bakıya qayıdır. Seyyid Məhəmməd əmisi qızı ilə evlənir, qardaşı isə o biri bacı ilə ailə qurmağa razı olmur. Seyyid Məhəmmədin əmisi qızı ilə izdivacından bir neçə övladı doğulur, amma hamısı kiçik yaşında ikən tələf olur. Axırda uşaqların anası da xəstələnib dünyasını dəyişir.
Nina Badriç
Nina Badriç – Xorvatiyalı müğənni.

Digər lüğətlərdə