BAD
(Basarkeçər, Bərdə, Gəncə, Naxçıvan, Şərur, Yevlax, Zəngilan)
1. təndir qurmaq üçün tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanan palçıq (Gəncə). – Badı döyün təndirin qra:nı qayrax
2. palçıqdan hazırlanmış təndir hissələri (Bərdə, Basarkeçər) – Altı-yeddi baddan olur təndir (Bərdə); – Baddarı hazırra təndir qoyax (Basarkeçər)
II
(Kəlbəcər, Şəki, Ucar)
1. qazma evlərin ortasında palçıqdan qayrılmış ocaq yeri (Kəlbəcər) – Bizim evin badı çox dərin tüşüf
2. ocağın, kürənin kənarlarına düzülən kərpic (Şəki, Ucar). – Kürənin badı qızmışdı (Şəki); – Bu ocağın badı bir az bö:y olsa yaxşı olardı (Ucar)
III
(Ucar)
ağac qabığı
IV
(Qazax)
çiy kərpic. – Bir bad evim var
V
(Meğri)
su arxının kənarları. – Uxarı su gedip ki, baddar da islanıp