BARİ
BASAMAK
OBASTAN VİKİ
Vedia Barut
Vedia Barut (türk. Vedia Barut) — ilk kiprli türk olan sahibkar qadın. == Bioqrafiya == Vedia Barut 1919-cu il fevralın 14-də Lefkoşada anadan olub. O, Ayasofya məscidinin baş imamı Mehmet Rəcəb Bəy və evdar qadın Əminə Xanımın üç övladından ikincisi olub. O, 3 yaşından dərs almağa başlayıb, 9 yaşında isə Ayasofya İbtidai məktəbində oxuyarkən skripka dərsi almağa başlayıb. Daha sonra o, Viktoriya Qızlar Liseyini bitirir və əczaçı kimi karyera qurmaq istəyir, lakin Britaniya hökuməti o zaman siyasətini dəyişdiyi və Kipr xəstəxanasında əczaçılıq təhsilini qəbul etmədiyi üçün ümidləri puç olur. Buna cavab olaraq əmisi atasını onun üçün mağaza aça biləcəyinə inandırır. Bu mağaza 1937-ci ildə açılır. Bu patriarxal cəmiyyətdə çox mübahisəli idi. “Söz” qəzetinin yazarı Mithat Bəy bu reaksiyanı absurd qəbul edərək Barutun qatı müdafiəçisi olur və nəticədə onun cəmiyyətdə tanınmasına səbəb olur.
Ayxan Barut
Ayxan Barut (1964, Karataş, Adana ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub. 13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Barutağacı (Çaroymaq)
Barutağacı (fars. قلعه ارزه خوران‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (35 ailə).
Barutin buxtası
Barutin buxtası (bolq. залив Барутин, ‘Zaliv Barutin’ \'za-liv 'ba-ru-tin\) — 2.05 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən 1.03 km cənub-qərbdə yerləşmişdir. Monroye burnundan şimalda, Vokil burnundan cənubda yerləşmişdir. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində buzlağın əriməsi nəticəsində əmələ gəlmişdir. Buxta cənubi Bolqarıstanda yerləşən Barutin şəhərinin adını daşıyır. == Yerləşməsi == Barutin buxtası 62°48′10″ c. e. 61°30′30″ q. u. koordinatlarında yerləşmişdir.
Baruto Kayto
Baruto Kayto (把瑠都 凱斗, 5 noyabr 1984, Rakvere) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu. Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir. O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır. 2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir. == İlk illəri == Hyovelson Vyayke-Maaryada doğulsa da, Rohu kəndinin yaxınlığında böyümüşdür. Ailəsi inək ferması sahibi idi və o, uşaqlıdan ağır fiziki əməklə məşğul olmuşdur. Hyovelson 16 yaşında atasını itirdikdən sonra pul qazanmaq üçün gecə klubunda mühafizəçi kimi işləməyə başlamışdır.