Alınma sözdür, türkmənlər buna “aqsı” deyirlər. Görünür, xəstəlikdə ağlıq əlaməti olur (ağsıl sözü “ağımsov” kimi başa düşülə bilər). Ağız suyu artır, suluqlar əmələ gəlir. Ağ və su kəlmələrindən əmələ gəlib (Ağbığ adlı xəstəlik də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)