DA
DABAQ
OBASTAN VİKİ
Abbas Dabılov
Abbas Dabılov (1898-1970) - XX əsr Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi və qissəxan. == Həyatı == Abbas Dabılov 1898-ci ildə Taxtakupır rayonunda anadan olub. O, yaradıcılığında qaraqalpaq klassik poeziyasının ən yetərli ənənələri əksini tapmış və o, XX əsrdə bu ədəbiyyatın ənənələrini özünəməxsus şəkildə davam və inkişaf etdirmişdir. A.Dabılovun uşaqlığı böyük ehtiyac içərisində keçmiş, gənclik dövründə o, Ural ətrafı qazaxların içində olmuşdur. Eyni zamanda o, qissəxanlıq sənətinə yiyənlənməklə istedadlı qiraət ustası kimi tanınmışdı. Abbas Dabılov qədim xalq dastanlarını çox böyük məharətlə ifa etmiş və nəticədə onun yaradıcılığı həm də ona uzun illər ərzində «Bahadır» (1945-1966) poema-dastanını yazmağa təsir etmişdir. Bu, elə bir epik əsərdir ki, burada doğma xalqın milli xüsusiyyətləri və Qaraqalpaqstanın XIX əsrdəki həyatının realist hadisələri əks olunmuşdur. Abbas Dabılovun «Bahadır» poema-dastanı qaraqalpaq ədəbiyyatının özünəməxsus hadisəsi hesab olunur. Yüksək poetik ənənələrə söykənən bu əsərə görə Abbas Dabılov Berdax adına Qaraqalpaqstan Dövlət mükafatına layiq görülmüşdür. O, Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi olmuşdur.
Abdulaye Dabo
Abdulaye Dabo (fr. Abdoulaye Dabo; 4 mart 2001, Nant) — Liqa 1 təmsilçilərindən olan Nant klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === "Nant" === 4 oktyabr 2017-ci ildə Dabo 16 yaşı olarkən Nant klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır, bununla da o, klubla müqavilə imzalayan ən cavan futbolçu oldu. Dabo peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Monako klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Emiliano Sala ilə əvəz olunmuşdur. Liqa 1 görüşündə Nant rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur.İki Liqa 1 oyunlarından sonra Dabo Fransanın 4-cü səviyyəli liqasında ehtiyat komandada çıxış etməyə başladı. === "Yuventus U-23" === 13 yanvar 2021-ci ildə Dabo Seriya C-də çıxış edən Yuventusun ehtiyat komandasına qoşuldu, transfer etmə imkanı verən 6 aylıq müqavilə imzalandı. == Milli karyerası == Dabo Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. Dabo Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Acipenser dabryanus
Koreya nərəsi (lat. Acipenser dabryanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Aşağı Dabardan (Çaroymaq)
Aşağı Dabardan (fars. دبردان سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (49 ailə).
Baqali Dabo
Baqali Dabo (27 iyul 1988, Klişi-la-Qarenn[d]) — Kipr klubu olan Apollon klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. == Klub karyerası == Dabo öz peşəkar karyerasında debütünü 2014-cü ildə İstres klubu ilə Liqa 2-də Anje klubuna qarşı 4–2 hesablı məğlubiyyət yaşandığı oyunda etmişdir.29 iyun 2016-cı ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə 2 illik müqavilə imzalamışdır.17 iyun 2018-ci ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubu ilə iki illik müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 avqust 2018-ci il məlumatlarına əsasən.
Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədi ilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban (ayaqqabıda)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədi ilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Daban sümüyü
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Dabançeng rayonu
Dabançeng rayonu (Çincə: 达坂城区/達阪城區; Pinyin: Dábǎnchéng Qū; Uyğurca: ضاَباَنثٱن رايونى, Dabancheng Rayoni, Dabançeng Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Dabançəkən
Dabançəkən, dabangeydirən - qapalı ayaqqabıların, xüsusən də tuflilərin, botinkalarin və çəkmələrin geyinilməsini asanlaşdıran bir cihaz. 4-5 sm enində və müxtəlif uzunluqlarda novşəkilli əyilmiş bir cihazdır. Polad, düralümin, sellüloid, buynuz və plastmasdan hazırlanır. Düz dabançəkən ayaqqabı çəkməyi asanlaşdırır, ayaqqabının dabanını deformasiyadan qoruyur və bununla həm ayaqqabını, həm də corab əşyalarını xilas edir.
Dabanıyasdı Mehmed Paşa
Dabanıyasdı Mehmed Paşa (ö. 1639) — IV Murad dövründə ümumilikdə 4 il 8 ay 14 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Albaniyanın Plyevlya kəndində dünyaya gəlmişdir. Darüssəadə ağası Hacı Mustafa ağanın xidmətinə alınmış, onun yanında saray tərbiyəsi almışdır. Onun xidmətindən miraxurluğa gətirilmiş, çox keçmədən vəzir rütbəsiylə Misir bəylərbəyi seçilmişdir. 18 may 1632 tarixində IV Muradın əmriylə edam olunan Topal Rəcəb Paşanın yerinə sədarətə gətirildi. Xəbəri aldıqdan sonra dərhal İstanbula gələn Mehmed Paşa ilk iş olaraq 10 iyun günü Sənan Paşa köşkündə ayaq divanı tərtiblədi. IV Muradın da iştirak etdiyi bu ayaq divanında divan vəzirləri, üləma, yeniçəri və sipahi ağaları Quran-i Kərimə and içərək padşaha bağlı olduqlarını və aralarındakı üsyançıları təslim edəcəklərinə söz verdilər. Nəticədə qısa zaman ərzində Saka Mehmed, Cin Əli və digər üsyan rəhbərləri təslim edildilər və şəhər mərkəzində edam olundular. Üsyanda iştirak edən ancaq ələ keçirilməyən sipahilərin adları ocaq dəftərlərindən silindi.
Dabaqlı dağı
Dabaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 2046,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dibəklidağ qolunun yamacında Ərəfsəçay-Gəvikçay (Əlincəçayın sağ qolları) suayırıcısında zirvə. Orta Eosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.
Dabardan
Aşağı Dabardan (Çaroymaq)
Dabbaqlıq
Dabbaqlıq – gön dəri emalı,yəni aşılanması ilə məşğul olan sənət sahəsi. Bəzi mənbələrə görə ibtidai-icma quruluşu dövründən başlamış bir sənətdir.Keçmişdə dabbaqlar müxtəlif dəri növlərindən yüksək zövq və böyük məharətlə cürbəcür məmulatlar - ayaqqabı, kəmər, dəri gödəkcələr, kitab cildləri və yəhərlər hazırlayırdılar. Hazırda bu sənət təkmilləşdirilib. Müasir dövrdə gön-dəri emalı sahəsi iqtisadiyyatın yüksək gəlir gətirən istiqamətlərindəndir.
Dabbaqzadə Mehmed Əfəndi
Dabbaqzadə Mehmed Əfəndi (1619 – 5 dekabr 1702) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Mahmud Əfəndinin oğludur. İlk təhsilini dövrün tanınmış alimləri olan Cərrah şeyx Mehmed Əfəndi, Uzun Həsən Əfəndi və Tarsusi Əfəndidən almış, 1647-ci ildə Qaraçələbizadə Əbdüləziz Əfəndinin tələbəsi olaraq dini təhsilini bitirmişdir. 1656–1666-cı illərdə İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq çalışdıqdan sonra Süleymaniyyə mədrəsəsinə təyin edildi. Daha sonra qazı oldu və 1667-ci ildə Dəməşq, 3 il sonra Ədirnə, 1675-ci ildə İstanbul, 1679-cu ildə isə Anadolu qazısı olaraq təyin edildi. 1687-ci ildə Rumeli qazısı oldu və nəhayət, həmin ilin oktyabrında şeyxülislamlığa yüksəldi. Qısa olan bu ilk şeyxülislamlığı əsnasında IV Mehmedi devirən və II Süleymanı taxta çıxaran siyasi qruplaşmanın tərkibində yer aldı. Bundan başqa Körpülü Fazil Mustafa Paşanın edamını tələb edən üsyançılarla mübarizə apardı. Dabbaqzadənin şeyxülislamlıqdan alınmasına səbəb isə yeniçəri və sipahilərlə yola getməməsi oldu. Üsyan qaldıran yeniçəri və sipahilər o illərdə Fazil Mustafa Paşanın vəzifədən alınmasına və sürgün edilməsinə səbəb olmuşdular.
Dabbe (film, 2006)
Dabbe — istehsalı, rejissorluğu və ssenaristliyi Həsən Qaracadağ tərəfindən olan türk istehsalı qorxu filmidir. Film, Quran-i Kərimin Nəml surəsində yer alan, din alimlərinin nə olduğu haqqında tam fikirləri olmadığı Dabbetül Arz mövzusundadır və onu internet şəbəkəsi olaraq bildirir. Film, Türkiyə kinoteatrlarında 539 min 381 insan tərəfindən izlənmişdir. == Mövzu == Yeni 2006-cı ilə girmişkən, Amerika Birləşmiş Ştatlarında qəribə intihar hadisələri baş verir. Türkiyədə bunlara oxşar ilk hadisə İzmirin Səlcuq rayonunda meydana gəlir. İnternet ilə arası digər insanlara nisbətdə daha yaxşı olan Tarık, səbəbsiz yerə intihar etmişdir. Tarıkın yaxın dostları Səma, Handə və Cem komissar Süleyman tərəfindən sorğu olunur amma bir nəticə alınmır. İləriki günlərdə Cemə Tarıkın adresindən elektron poçt gəlir. Bir ölünün yaşayanlarla əlaqə qurması mümkündür? Bəs başka növ varlıqların virus kimi internet üzərindən yayılması?
Dabbe 2
Dabbe 2 — istehsalçısı, rejissoru və ssenaristi Hasan Karacadağ olan türk istehsalı qorxu filmidir. Başrollarda Serdar Özer, Ebru Aykaç və Serhat Yiğitin yer aldığı film, 2006-cı ildə kinoteatrlara çıxmış Dabbenin davamıdır. Film Türkiyə kinoteatrlarında 264 min 259 nəfər tərəfindən izlənilmişdir. == Mövzu == İnternet şəbəkəsi ilə yayılıb, hər evə girən Dabbe, əmrinə tabe olan cinlər və kölgə varlıqlar ilə dünya üzərindəki bütün elektromaqnit sistemləri ələ keçirmişdir. Sonuncu hücum üçün, göylərdən gələcək o işarə gözlənilir. Quranda yer alan və anidən göylərdən enəcək qiyamət aləmit duman; yəni qiyamət artıq yerə gəlir. İstanbulda da son saatların yaxınlaşdığından xəbərsiz olan bir qrup insan, bu qara fəlakət və sirr valıqlarla qarşılaşmanın dəhşətini yaşayırlar.
Dabbe 4: Cin vurması
Dabbe: Cin vurması - 2013-cü il türk qorxu filmi.
Dabbe 6
Dabbe 6 - rejissoru və ssenaristi Həsən Qaracadağ olan 2015-ci il türk qorxu filmi.
Dabbo
Dabbo (ing. Dubbo) — Avstraliyanın Yeni Cənubi Uels ştatının Orinc regionunda şəhər. Bu həmin regionda ən böyük yaşayış məskənidir, əhalisi 32327 nəfərdir.
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.
Dabrava buzlağı
Dabrava buzlağı (bolq. ледник Дъбрава, ‘Lednik Dabrava’ \'led-nik d&-'bra-va\) — 14 km uzunluğu, 4.5 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Mörfi buzlağından cənub-qərbdə, Sölş buzlağından şimalda, Diili dağından qərbdə yerləşmişdir. Lallemand fyordundan şimal-qərbdə yerləşmişdir.Buzlaq cənubi, şimali, cənub-qərbi Bolqarıstanda yerləşən Dabrava şəhərinin adını daşıyır. == Yerləşməsi == Dabrava buzlağı 66°58′30″ c. e. 66°28′00″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Dabstep
Dabstep(ing. Dubstep)- bir elektron rəqs janri kimi Londonun cənubunda və İngiltərədə çıxmışdır.Dabstep səsi, başlanğıcda El-B Stiv Qarli, Oris Cay və Zed Bias istehsalları tərəfindən 1999–2000 illərdə çıxdı.

Значение слова в других словарях

бла́нжевый девчу́шечка индоктрина́ция квадра́тно-гнездово́й ку́чивать облапо́шивание пу́стула абсце́сс аллилу́йщица африка́анс сомали́йка сто́птанный фронтон cement-mixer cittern decompression injury loiter own remounting богослов демобилизоваться дилетантский навалить надеться пунш