DERİ

dəri
DERHAL
DERİN
OBASTAN VİKİ
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. == Film haqqında == Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Derik (Salmas)
Derik (fars. دريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).
Derivativlər
Derivatoqrafiya
Derivatoqrafiya – temperatur rejiminin dəyişməsi şəraitində maddədə baş verən kimyəvi və fizika-kimyəvi proseslərin tədqiqi üsuludur. == Derivatoqrafiyanın əsası == Derivatoqrafiyanın əsası differensial termiki analizin (DTA) başqa fiziki və ya fiziki-kimyəvi metodların , məsələn termoqravimetriya (TG), dilatometriya, kütlə spektrometriya, spektroskopiyanın birləşdirilməsilə qoyulub. DTA – TG analizində termiki effektin təsiri altında maddənin transformasiyasının baş verməsilə yanaşı, nümunənin (maye və ya bərk) kütləsində dəyişiklik qeydə alınır. == Derivatoqraf cihazı == Termik və termoqravimetrik dəyişmələri qeyd edən cihaz derivatoqraf adlanır. == Mənbə == Paulik F., Paulik J., Erdey L. Derivatography A complex method in thermal analysis. Talanta, 1966. – 13. – P. 1405-30. Уэндландт У. Термические методы анализа = Thermal Methods of Analysis/ Пер. с англ.
Hakopcan Deritcan
Hakopcan Deritcan — Səfəvilər imperiyasının Marseldə akkreditə olunmuş ilk konsullu. 1715-ci ildən ölümünə qədər konsul kimi fəaliyyət göstərmişdir. Deritcan Fransa üzrə ümumi səfir Məhəmməd Rza Bəyin geri qayıtmasından sonra Səfəvilər imperiyasının Qərbi Avropa üzrə əsas təmsilçisi olmuşdur. Məhəmməd Rza Bəy kimi Səfəvilər dövlətinin IX hökmdarı Sultan Hüseynin hakimiyyəti dönəmində vəzifəyə gətirilmişdir.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. == Film haqqında == Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Kredit derivativi
Kredit derivativi (ing. Credit derivative) — kredit risklərinin idarə olunması və ya ötürülməsi üçün istifadə edilən maliyyə alətləridir. Bu derivativlər bir tərəfin kredit riskindən qorunmasını təmin edərkən, digər tərəfə bu riskə məruz qalmaq müqabilində kompensasiya təklif edir. Kredit derivativləri borc öhdəliklərindən (kreditlər, istiqrazlar və s.) yaranan risklərin maliyyə bazarlarında daha çevik və effektiv idarə olunmasına imkan verir. == Kredit derivativlərinin istifadə sahələri == Kredit risklərinin idarə edilməsi Banklar və maliyyə qurumları kredit risklərini öz portfellərindən çıxarmaq üçün kredit derivativlərindən istifadə edirlər. Likvidliyin artırılması Kredit derivativləri investorların aktivlərini daha likvid formada satmasına və ya riskləri ötürməsinə imkan verir. Spekulyativ fəaliyyətlər İnvestorlar kredit derivativlərindən bazar hərəkətlərindən mənfəət əldə etmək üçün istifadə edirlər. Portfel diverifikasiyası Maliyyə qurumları müxtəlif kredit risklərini paylaşaraq portfellərini tarazlaşdırırlar. == Kredit derivativlərinin iqtisadiyyata təsiri == Kredit derivativləri maliyyə sistemindəki risklərin daha effektiv paylanmasına kömək edir. Lakin həddindən artıq istifadəsi və ya qeyri-şəffaf idarəetmə halları maliyyə böhranlarının yaranmasına gətirib çıxara bilər.