əd. now! right! now then! come! Di gəlin! Come now! Di başla(yın)! Right begin!; Di tez ol(un)! Hurry up now! Di əsəbləşmə(yin)! Come, come, don’t be nervous!

DIZQAX
DİABET
OBASTAN VİKİ
Di
Şanyü Di (v. 63) — Cənub Hun İmperiyasının imperatorudur. Şimal Hunları ilə müharibələr aparmışdı.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Di (rayon)
Di (fr. Die) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Di. Rayon əhalisi 2006-cı ildə 40 470 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon ərazisi — 2287 km².
Di Kaffari
Denis "Di" Kaffari (ing. Dee Caffari) (1973-cü il təvəllüdlü)-Malta əsilli Britaniyalı qadın yaxtaçı və 2006-cı ildə ilk qadın-yaxtaçı olmuşdur ki köməksiz və durmadan qərbə doğru nəhəng küləklərə qarşı yelkən gəmiylə səfər etmiş və buna görə Britaniya imperiyası ordeninə(MBE)layiq görülmüşdü. İkinci dəfə isə şərqə doğru istiqamət alan Kaffari, hər iki istiqamətdə köməksiz və durmadan dünyanı dövr etmiş ilk qadın-yaxtaçı olmuşdu.
Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. 2001-ci ildə yaradılmışdır. Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Fernandu-di-Noronya
Fernandu-di-Noronya (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir. == Coğrafiya == Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir. === Adalar === === Qayalar === == Təbiət və iqlimi == İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür. Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir.
Kasaletto di Sopra
Kasaletto di Sopra (Cremasco: Casalèt da Sura) — İtaliyanın Lombardiya bölgəsindəki Kremona əyalətində yerləşən kommuna. Milan şəhərindən 50 km şərqdə, Kremonadan isə 35 km şimal-qərbdə yerləşir.
Kastellammare di Stabiya
Kastellammare di Stabiya (it. Castellammare di Stabia) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kastelnuovo di Qarfanyana
Kastelnuevo di Qarfanyana (it. Castenuevo di Garfagnana) — İtaliyanın Toskana regionunda şəhər.
Kastilyone di Qarfanyana
Kastilyone di Qarfanyana (it. Castiglione di Garfagnana) — İtaliyanın Toskana regionunda şəhər.
Kazalnuovo di Napoli
Kazalnuovo di Napoli (it. Casalnuovo di Napoli) — İtaliyanın Kampaniya regionunda şəhər.
Leonardo Di Kaprio
Leonardo DiKaprio (11 noyabr 1974[…], Los-Anceles, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. Karyerasının başlanğıcından 2019-cu ilədək çəkildiyi filmlər 7.2 milyard dollar gəlir gətirib və o, dünyanın ən çox qazanan aktyorlarının illik reytinqinə 8 dəfə başçılıq edib. O, bir "Oskar", üç "Qızıl Qlobus" və bir çox mükafatlara layiq görülüb. Los-Ancelesdə anadan olan DiKaprio karyerasına 1980-ci illərin sonlarında televiziya reklamlarında görünməklə başlayıb. 1990-cı illərin əvvəllərində komediya janrında olan "Parenthood" kimi müxtəlif televiziya seriallarında təkrarlanan rollarda oynayıb. İlk böyük film işi və baş rolu "Bu oğlanın həyatı" filmi ilə olub. 1997-ci ildə "Titanik" filmi ilə beynalxalq şöhrət qazanıb. == Həyatı == Leonardo Vilhelm DiKaprio 11 noyabr 1974-cü ildə Kaliforniyanın Los-Anceles şəhərində doğulub. O, İrmelin Indenbirken və Corc Di Kaprionun yeganə övladıdır. Onun anası İrmelin hüquq katibi, atası Corc isə komiks rəssamı və distribütoru olub.
Lorenzo di Bonaventura
Lorenzo di Bonaventura (1957, Nyu-York, Nyu-York ştatı) — italyan mənşəli amerikalı kinorejissor və kino prodüseridir. 1990-cı illərdə Warner Bros. üçün işləmişdir. Harvard Universitetini bitirib. == Həyatı və karyerası == 1990-cı illərdə o, Warner Bros. şirkətinin icraçı prodüseri idi. Onun şəxsi şirkəti olan Di Bonaventura Pictures Paramount Pictures ilə birgə təsis edilmişdir. Warner Bros.da işlədiyi müddətdə Matriksi kəşf etmiş və J. K. Rowlingin kitabları əsasında çəkilmiş, eyni zamanda istehsalına rəhbərlik etdiyi Harry Potter franşizasının film hüquqlarını almışdır. O, yazıçı Maykl Skottun "Ölümsüz Nikolas Flamelin sirləri" adlı altı hissəli fantastik romanlarının film hüquqlarını əldə etməyi hədəfləmişdir. Di Bonaventura "Skottun fantaziya seriyası Harri Potterdən sonrakı təbii təkamüldür" demişdir.
Luici Di Byaco
Luici Di Byaco (3 iyun 1971, Roma) — italyan peşəkar futbol meneceri və keçmiş oyunçu. == Bioqrafiyası == Təəccüblüdür, amma "Roma" ilə (1995–1999) "İnter"in (1999–2003) hərəsinə dörd mövsüm verən Di Byaço onlarla əhəmiyyətli uğur əldə edə bilməyib. Buna baxmayaraq, həmin illərdə hər iki nəhəng onsuz da diqqət mərkəzində idi, Cicinin uğurlu oyunu isə onun İtaliya yığmasına dəvət alması ilə nəticələndi. 1998–2002-ci illər aralığında havbek 31 görüşdə "Skuadra Azzura"nın formasını geyindi, 2 qolun müəllifi oldu və komandanın 2000-ci il Avropa çempionatında ikinci yeri tutmasına kömək etdi. "İnter"dən sonra Di Byaço ötən ilin yayına qədər "Breşiya"da çıxış edirdi. O, məlum yaradıcı keyfiyyətləri ilə yanaşı "A" Seriyasının tarixində ən kobud futbolçu kimi tanınır. Luçinin kolleksiyasında 12 qırmızı vərəqə var. == 2006/07-ci illər mövsümü == Çempionatın ikinci dövrəsində yüksək liqada yerini qoruya bilməyən "Askoli"nin düşərgəsinə qatıldı. Meydana çox çıxmasa da (mərkəz müdafiəçisi mövqeyində oynayırdı), 7 oyunda 2 qol vurdu. == Nailiyyətləri == 2000-ci il Avropa çempionatının gümüş mükafatçısı.
Luiş di Kamoeş
Luiş di Kamoeş (Luiş Vaş di Kamoeş; port. Luís Vaz de Camões, 1524/1525, Lissabon – 10 iyun 1580, Lissabon) – XVI əsrdə yaşamış portuqal şairi, “Luziadalar” epik poemasının müəllifi, ədəbi portuqal dilinin yaradıcısı. Poemada Portuqaliya tarixinin şanlı səhifələrini, xüsusilə də, Vasko da Qamanın Hindistan sahillərinə səyahətini vəsf etmişdir. Kamoeş çoxlu lirik şerlərin, sonetlərin, satira və komediyaların müəllifidir. Onun həyatı milli tarixin hadisələri ilə bağlı olmuşdur. Bu tarix onun poeziyasının özülünü təşkil edir. O dörvün Portuqaliyasının tarixi qısa müddət ərzində qüdrətli imperiyadan hərbi məğlubiyyətlərə düçar olan bir ölkəyə çevrilməsinin faciəsi idi. == Həyatı == === Kamoeşin bioqrafiyasının əsas problemi === Kamoeşin həyatı haqqında dəqiq və etibarlı məlumatlar çox azdır. Hətta doğum tarixi 1550-ci ilə aid əsgərlərin siyahısında onun 25 yaşlı kimi qeyd edilməsinə əsasən müəyyən edilmişdir. Lissabon Hind Evinin həmin qeydiyyat reyestrində yazılmışdı: "Luiş de Kamoeş, Simon Vaj de Kamoeşin və Ana de Sanın oğlu, Lissabon, Mouraria sakinidir, 25 yaşı var, silahdaşıyandır (skvayr) və atasının zəmanəti ilə hərbçi S.Pedro doş Burqaleslə səyahət edir".
Marano di Napoli
Marano di Napoli — İtaliyanın Kampaniya regionunda şəhər.
Mariano Di Vaio
Mariano Di Vaio — məşhur italiyalı model, bloger və aktyor. == Həyatı == Mariano Di Vaio 9 may 1989-cu ildə İtaliyanın Assisi şəhərində anadan olub. 2015-ci ildə Eleonora Brunacci ilə evlənmişdir. 2016-cı ildə Nathan Leone Di Vaio, 2018-ci ilin 18 iyun tarixində Leonardo Liam Di Vaio adlı oğlu dünyaya gəlmişdir. == Şəxsi məlumatlar == Boyu = 178 sm Çəkisi = 80 kq Ayaqqabı ölçüsü = 44 Gözləri = qəhvəyi Saç rəngi = qəhvəyi == Karyerası == 2012-ci ildə şəxsi bloqunu yaratmışdır. Bir çox məşhur brendlərin siması olmuşdur.
Marko Di Matteo
Marko di Vayo
Marko di Vayo — İtaliya futbolçusu. == Həyatı == Marko 1976-cı il iyulun 15-də Roma şəhərində Cino və Rozella di Vayolar ailəsində dünyaya gəlib. O, heç vaxt yumşaq xarakteri, savadı və sakitliyi ilə seçilməyib. Bununla belə, o, ali təhsilli mühasib ola bilib. Marko həmişə işə ciddi yanaşması ilə diqqəti cəlb edib. Əgər di Vayolar ailəsinin gerbi olsaydı, orada mütləq bu sözlər yazılmalı idi – "heç vaxt dayanma". Marko futbola gəldiyi ilk vaxtlarda sürəti ilə seçilirdi. Eyni zamanda o, hiyləgər forvardlardan idi. Məhəllə futbolundan o, "Latsio"nun uşaq məktəbinə düşür. Bu da təəccüblü deyil.
Mars Di Bartolomeo
Mars Di Bartolomeo (d.
Maşadu di Asis
Maşadu di Asis (port. Machado de Assis, 21 iyun 1839, Rio-de-Janeyro — 29 sentyabr 1908, Rio-de-Janeyro) — braziliyalı yazıçı, publisist, filosof.
Oskar di Lovera
Oskar di Lovera (d. 12 oktyabr 1958) — Argentinalı biatlonçu. Oskar di Lovera Argentinanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. Oskar di Lovera birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Di Lovera 40:25.7 saniyəlik nəticəsi ilə 64 atlet arasında 59-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Prudenti di Morays
Prudenti di Morays (4 oktyabr 1841 – 3 dekabr 1902) — Braziliyanın üçüncü, ölkənin xalq tərəfindən seçilən ilk prezidenti. Florianu Peyşotu iflic keçirdiyi üçün 23 noyabr 1891-ci ildə ölkədə növbədənkənar prezident seçkiləri təşkil edildi. Prudenti di Morays rəqibi Afonsu Pena üzərində qələbə qazandı və seçimlə hakimiyyətə gələn ilk Braziliya prezidenti oldu.
Roberto Di Matteo
Roberto Di Matteo(29 may 1970) — İsveçrədə doğulan İtalyan baş məşqçi, keçmiş futbolçu. Futbolçuluğu dövründə orta sahə mövqesində vəzifə almışdır. Həyat yoldaşı Zoe və üç uşağı ilə Royal Liminqton Spada yaşayır.
Rodriqu-di-Freytaş
Rodriqu-di-Freytaş (port. Lagoa Rodrigo de Freitas) — Rio-de-Janeyro şəhəri ərazisində yerləşən laqun məşhəlli göl. Göl XVIII əsrdə yaşamış hərbçi Rodriqu di Freytaş Karvaliyonun şərəfinə adlandırılmışdır. Laqun Atlantik okean ilə kanalla birləşir. Kanal İpanema rayonu ərazisində yerləşir, Rio sakinləri arasında göl sadəcə Laqoа («göl») kimi adlandırılır. Rodriqu-di-Freytaş gölündən 2016 Yay Olimpiya Oyunlarında istifadə edilir. Burada Akademik avarçəkmə və Kanoye yarlışları keçirilir.
Dünya dilləri
Aşağıda dillər və dil qrupları ilə bağlı Vikipediyada olan və ya yaradılması vacib sayılan məqalələrin tam siyahısı verilib. Siyahıya ancaq insan dilləri daxil edilib (təbii, süni, jest və düzəltmə dillər də). Siyahıya heyvan dilləri və formal dillər (o cümlədən, kompüter dili və proqramlaşdırma dili) salınmayıb.
Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Dünya dini
Dünyanın əsas dinləri və mənəvi ənənələri az sayda əsas qruplara təsnif edilə bilər, baxmayaraq ki, bu, vahid təcrübə deyil. Bu nəzəriyyə XVIII əsrdə müxtəlif cəmiyyətlərdə sivilliyin nisbi səviyyələrini tanımaq məqsədilə başlamışdır, lakin o vaxtdan bu təcrübə bir çox müasir mədəniyyətlərdə nüfuzdan düşmüşdür.
Dünyа əhаlisinin dini tərkibi
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. == Tarixi == Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
DİN-Darıdağ FK
"DİN-Darıdağ" — Naxçıvan Muxtar Respublikasının futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
EA Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.
Elektrik diş fırçası
Elektrik diş fırçası,bir Diş fırçasıdır ki elektrik enerjisindən istifadə edir,və sürətlə fırça başı hərəkət etmək üçün ya salınan yan tərəfdən, və ya fırlanma-salınım,adətən bir batareya ilə təchiz edilmişdir .
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elektrolüminessent displey
Elektrolüminessent displey – yastı-ekran displeylərin lüminofor qatının üfüqi və şaquli elektrodların arasına salındığı növü. Üfüqi və şaquli elektrodların kəsişdiyi hər bir nöqtə bir pikseldir (PIXEL) ki, o da cərəyan uyğun elektrodlardan keçdikdə işıqlanır.
Eleusine distachya
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Eleusine distans
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Elf dilləri (Orta Dünya)
Elf dilləri – Con Tolkin tərəfindən Orta Dünya kainatı üçün yaradılmış süni dillər. Elflər tərəfindən danışılır. Qulağa melodik gəlməsi ilə populyar olmuşdur. Elf dilləri bir dil ailəsidir. Bu dil ailəsinin 15 dili var və onlar arasında əhəmiyyətli fərqliliklər var. Elf dil ailəsindəki bütün dillər ibtidai kvendi adlı qədim elf dilindən törənmişdir. Elflər fərqli coğrafiyaya yayıldıqca yeni dialekt və dillər ortaya çıxmışdır. Hətta Elf dilləri ailəsi ağacı belə mövcuddur və bu dillərin qohumluq əlaqələrini göstərir. Məlum olan elf dilləri Avarin, Kvenya, Telerin, Nandorin, Sindarin, Qoldoqrin və İlkorindir. Xüsusilə Kvenya və Sindarin dilləri daha populyardır.
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. == Elm və Din münasibətiləri haqqında == Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Elxanilərin Qarabağ dirhəmi
Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövlətində Qarabağda zərb edilən gümüş dirhəm. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxanilər (1256–1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur. == Səciyyəvi xüsusiyyətləri == 1,18 q çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: "sultan", ikinci sətirdə uyğurca: "Ənuşirvan", 3-cü sətirdə: "hakimiyyəti davamlı olsun"; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə"; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur", ətrafında 4 xəlifə adları: "Əbubəkr / Ömər / Osman / Əli" sözləri zərb edilmişdir. == İstehsal yerləri və dövriyyəsi == Ənuşirvanın (745–756 = 1344–1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər. Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildən etibarən Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etmiş, elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir. Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə həm də tarixi Azərbaycanın digər şəhərlərində (Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər istehsal də edilmişdir.
Erigeron diplopappoides
Erigeron diplopappoides (lat. Erigeron diplopappoides) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron disparipilus
Erigeron disparipilus (lat. Erigeron disparipilus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erməni diasporu
Erməni diasporu (erm. Հայկական սփյուռք) — Ermənistandan kənarda yaşayan erməni icmaları. Dünyada yaşayan ermənilərin ümumi sayı 8 – 10 milyon arasındadır. Bunlardan 8 milyonu erməni diasporunu təşkil edir. Birinci dünya müharibəsindən sonra erməni diasporunun sayı artır, bu artım Avropaya, ABŞ -a və Yaxın Şərq ölkələrinə mühacirət edən ermənilərin hesabına olur. Həmçinin Yeni Zelandiya, Avstraliya, Hindistan, Argentina və Cənubi Afrika Respublikası kimi ölkələrdə mütəşəkkil erməni diasporu mövcuddur. == Müxtəlif ölkələrdə yaşayan ermənilərin təqribi sayı == Rusiya – 1130 min (2002-ci ildə) Fransa – 500 min. İran – 200 min. ABŞ – 385 min (2000 – ci ildə) Gürcüstan – 248 min (2000 – ci ildə) Suriya – 190 min. Livan – 160 min.
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistanda din
== ERMƏNİLƏRİN "DİN" STRATEGİYASİ == Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox "Nuhun xəzinələri", "Nuh peyğəmbər və Ermənistan", "dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti" məsələləridir (18, s. 114–115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57).
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.

Digər lüğətlərdə